XARİCİ ÖLKƏLƏRİN TURİZM TƏŞKİLATLARININ NÜMAYƏNDƏLƏRİ BAKIDA TOPLAŞACAQLAR
Dünyanın 50-yə yaxın ölkəsinin 2 minə qədər turizm təşkilatının nümayəndələri Bakıya dəvət edilmişlər. Onlar bu il may ayının 29-31-də respublikamızın paytaxtında keçiriləcək Beynəlxalq turizm yarmarkasında iştirak edəcəklər.
Qonaqlar həmçinin Azərbaycanın səfalı yerlərinə səyahətə çıxacaq, zəngin tarixi və mədəni abidələrimizlə, respublikamızın təbiəti ilə tanış olacaqlar.
Böyük Britaniyanın İTECA Kacpian şirkətinin təşkil etdiyi, Respublika Gənclər, İdman və Turizm Nazirliyinin himayəsi ilə keçiriləcək beynəlxalq yarmarka Ümumdünya Turizm Təşkilatı tərəfindən dəstəklənir.
Respublikamızın turizm təşkilatları bu il martın 27-30-da Moskvada “Səyahət və turizm” mövzusunda keçiriləcək beynəlxalq sərgidə də iştirak edəcəklər.