Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 faizdir
Bakı, 4 noyabr, AZƏRTAC
Bu gün Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı yüksəkdir - 32 faizdir. Bu göstərici nəinki regionun, həm də dünya və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrinin orta göstəricilərindən, eləcə də digər müqayisə meyarlarından yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Azərbaycan büdcəsinin investisiyayönümlü olduğunu bildirən nazir deyib: “Amma bunun səbəbləri var. Çünki əsaslı xərclərimizlə bağlı bir çox ölkənin hazırda üzləşmədiyi çağırışlarla qarşılaşırıq. Bu çağırışların öhdəsindən gəlməliyik. Qarabağı və Şərqi Zəngəzuru bərpa etməliyik. Bu məqsədlə böyük həcmdə vəsait xərclənir. Paralel olaraq, investisiyayönümlü əsaslı xərclərə də ciddi vəsait ayırırıq. Bu vəsaitlər vasitəsilə ölkə iqtisadiyyatına töhfə verməyə çalışırıq”.
Fotoqraf - Aydın Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [17:11]
bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb
- 04.11.2026 [16:54]
® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə
- 04.11.2026 [16:53]