Qeyri-neft-qaz sənayesində 6,3 faizlik artım qeydə alınıb
Bakı, 4 noyabr, AZƏRTAC
Cari ilin 9 ayında ümumi daxili məhsul 1,5 faiz, qeyri-neft-qaz sektorunda isə bu göstərici 2,6 faiz artıb. Artım tamamilə qeyri-neft-qaz sektoru hesabına təmin olunub. Qeyri-neft-qaz sektoru üzrə artımın aparıcı mənbəyi əsasən qeyri-neft-qaz sənayesi, nəqliyyat logistika və rəqəmsal xidmətlər olub.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, cari ilin 9 ayında qeyri-neft-qaz sənayesində 6,3 faiz, nəqliyyat sektorunda 10 faiz, informasiya-rabitə sektorunda 11,1 faiz artım baş verib.
Fotoqraf - Aydın Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [17:11]
bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb
- 04.11.2026 [16:54]
® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə
- 04.11.2026 [16:53]