TƏHSİL NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, 1 yanvar 2001-ci il tarixdən pullu təhsil xidmətlərinə 18 faiz əlavə dəyər vergisi tətbiq edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri və aparıcı ali təhsil müəssisələri rektorlarının iştirakı ilə bu məsələ Milli Məclisdə yenidən müzakirə olunmuş və pullu təhsil xidmətlərinə əlavə dəyər vergisinin tətbiq edilməsi 1 sentyabr 2001-ci il tarixədək uzadılmışdır.
Vətəndaşların çoxsaylı müraciəti ilə əlaqədar Təhsil Nazirliyi bildirir ki, bütün dövlət və özəl təhsil müəssisələrində ödənişli əsasla təhsil alan tələbələrdən təhsil haqqı yalnız əvvəlcədən müəyyənləşdirilmiş məbləğdə alınmalı, əlavə dəyər vergisi tələb edilməməli, zəruri hallarda həmin müəssisələrin öz büdcəsi hesabına ödənilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [16:42]
MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər
- 04.11.2026 [16:36]
Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ
- 04.11.2026 [15:49]
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
- 04.11.2026 [15:47]
Proqram sistemlərinin sintezi üçün intellektual metod və modellər işlənilib
- 04.11.2026 [15:10]
BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi açılıb
- 04.11.2026 [14:04]