Şimali Koreya Yapon dənizinə doğru bir neçə raket atıb
Bakı, 4 noyabr, AZƏRTAC
Şimali Koreya Yapon dənizinə doğru bir neçə raket buraxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin məlumatına istinadla bildirib.
Məlumata görə, raketlər Şimali Koreyanın Hamgyonqnamdo əyalətindəki Sondok yaşayış məntəqəsindən buraxılıb. Onların ballistik, yoxsa qanadlı raketlər olduğu hələlik dəqiqləşdirilməyib.
Cənubi Koreya hərbçiləri ABŞ ilə birgə döyüş hazırlığını davam etdirdiklərini və mümkün təxribatlara cavab verməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, Şimali Koreya noyabrın 2-də qanadlı, oktyabrın 31-də isə ballistik raketlər üçün kasetli döyüş başlıqlarını sınaqdan keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [15:26]
Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb
- 04.11.2026 [15:20]
Avrozonada inflyasiyanın illik səviyyəsi 4 faizə çatıb
- 04.11.2026 [14:01]
Avropa Komissiyası Gürcüstanla bağlı illik hesabatını təqdim edib
- 04.11.2026 [13:19]