Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi

Bakı, 28 avqust (AZƏRTAC). “İnterfaks” beynəlxalq informasiya agentliyi avqustun 27-də öz internet səhifəsində (http://www.interfax.ru/world/393783) Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun “Mehriban Əliyeva - xeyirxahlıq və ümid mücəssəməsi” sərlövhəli məqaləsini dərc edib. AZƏRTAC məqaləni təqdim edir.
X X X
Şərqdə insan anadan olarkən ona xüsusi ad vermək ənənə halı alıb. Bunun bütün insan taleyinə təsir edəcəyinə və ya əvvəlcədən müəyyənləşdirəcəyinə ümid edilir. Bu ənənənin real həyatda özünü nə dərəcədə doğrultduğunu bilməsəm də, məhz Mehriban Əliyeva ilə tanışlıq həmin adətin mahiyyətinə inanmağa vadar edir. Bu məqalə adı müasir tarixə təkcə məqsədyönlü və nümunəvi rəhbər kimi deyil, həm də əsl Şərq gözəlliyini təcəssüm etdirən zərif və məlahətli qadın kimi düşən məhz bu insana, qeyri-adi şəxsiyyətə hörmət və ehtiram əlaməti olaraq həsr edilir.

Elə görünür ki, hərtərəfli və yorulmaz fəaliyyəti təkcə ölkədə deyil, həm də onun hüdudlarından kənarda kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan insan haqqında öz fikrini açıq şəkildə ifadə etməkdən asan iş yoxdur. Onun fəaliyyətinə və nailiyyətlərinə saysız-hesabsız məqalə həsr edilib. Hamı Mehriban Əliyevanın yaşından, milliyyətindən və dini inancından asılı olmayaraq minlərlə insanın ürəyini necə fəth edə bildiyini anlamağa çalışır. Cavab, əlbəttə ki, asandır. Onu ətrafdakıların hamısına humanist münasibətinə, qayğı və köməyə ehtiyacı olanlara yardım etdiyinə, başqasının dərdinə şərik olmaq və lazımi anda yanında olmaq bacarığına görə sevir və hörmət edirlər. Xeyirxahlıq, mərhəmət və şəfqət kimi anlayışlar Mehriban xanım üçün, həqiqətən də, önəmlidir və onun həyat fəlsəfəsinin ayrılmaz hissəsidir.

Mehriban Əliyeva haqqında yazmaq, üstəlik, onun barəsində öz fikrini söyləmək olduqca ciddi və məsuliyyətli vəzifədir. Məsələ burada onun ədalətli və xeyirxah davranışlarının təsviri üçün hər hansı söz çatışmazlığında deyil, oxucunun onun haqqında təsəvvürünü formalaşdırmaq şansı əldə edə biləcəyi incə detalı, məğzi unutmaq əndişəsidir. Lakin peşəkar fəaliyyəti uzun illərdir Mehriban Əliyevanın adı ilə ayrılmaz şəkildə bağlı olan bir insan kimi, onun işə və ətrafdakılara münasibəti haqqında təəssüratlarımı bölüşmək qərarına gəldim.

O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun xoşməramlı səfiri və İSESCO-nun ilk qadın xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. O, ailə ocağının qoruyucusu, qayğıkeş övlad, həyat yoldaşı, ana və nənədir. Mehriban Əliyeva həyatında bir çox şeylərə nail ola bilib: üç uşaq böyütmək və öz həyat yoldaşına etibarlı dayaq olmaqla, dəstəyə ehtiyacı olanlara kömək göstərərək ölkənin ictimai həyatının ayrılmaz hissəsinə çevrilmək.

Hər birimizə aydındır ki, Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla yalnız bir sahəyə diqqət ayıra və ya bir çox ölkənin birinci xanımları kimi kənardan müşahidəçi mövqeyi tuta bilərdi. Lakin bu, onun prinsiplərinə cavab vermir.

Tam məsuliyyətlə deyə bilərəm ki, heç bir sahə onun diqqətindən kənarda qalmayıb. Onun rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Onun bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də, müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib. Üstəlik, birinci xanım statusu onun sosial məsuliyyətini daha da artırır və öz müsahibələrinin birində etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların səmərəliliyinin gücləndirilməsinə yönəldilmiş bütün mümkün imkanlardan istifadə etməyə məcbur edir.

Mehriban xanımın öz xalqının maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsi oldu. Hazırda Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. O, təbiətin, cəmiyyətin və öz mənəvi tələbatlarının əvvəlcədən müəyyənləşdirdiyi bütün sahələrdə özünü reallaşdıra bilən həmahəng, məqsədyönlü və güclü qadınlar üçün etalon oldu. Bundan başqa, onlar Mehriban xanımın simasında təkcə lider və ya ictimai xadim deyil, həm də köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, doğma insan görürlər.

Mehriban Əliyeva ailəsini çox sevir və ailə ənənələrinə böyük hörmət bəsləyir. O, hesab edir ki, əgər evdə qarşılıqlı anlayış, qarşılıqlı dəstək və hörmət varsa, qalan şeylər özü düzələcək. Hazırda İlham Əliyev və Mehriban xanımın birliyi bir çoxları üçün nümunədir. Onların nümunəsi sayəsində milli ailə ənənələri dirçəlir, qarşılıqlı anlayış artır, uşaqlara, uşaqların valideynlərə münasibəti dəyişir.

Protokol baxımından qüsursuz davranış, sakit baxış, təmkinli intonasiya özünə daha az diqqət yönəltməyə xidmət edir. Düzdür, bu, həmişə alınmır. Birinci xanımın nöqsansız xarici görünüşü və tərzi xeyli müddətdir təqlid predmetinə çevrilib. Mehriban Əliyeva zəngin mənəvi və intellektual potensiala malik çox maraqlı insandır. O, bütün təşəbbüslərdə müsbət nəticə qazanmaq üçün qibtə doğuracaq qabiliyyətə malik mahir praqmatikdir. O, həqiqətən də, tükənməz enerjiyə malikdir. Deyərdim ki, məhz onun inamı, nikbinliyi, müsbət enerjisi rəhbərlik etdiyi Heydər Əliyev Fondunun hər bir əməkdaşına reallaşdırılan layihələrin uğurla yekunlaşmasına daha böyük əminlik verir. Bu insan incə yanaşması və nadir müdrikliyi sayəsində şübhə və bədbinliyi kənara atmaqla istənilən vəziyyətdən çıxış yolu tapa bilər.

Onun yanında işlədiyim illər ərzində iki sadə həqiqəti dərk etdim: onlardan birincisi - Mehriban Əliyevanın fəaliyyətində hər şeyin öz vaxtı var və tələskənlik bu və ya digər layihənin nəticəsinə zərər vura bilər. İkincisi - onun mahiyyəti layihə həyata keçirildikdən sonra anlaşılan ilk baxışdan az əhəmiyyətli görünə biləcək detallara diqqətli yanaşması və dəqiq təhlili. Məhz buna görə də Heydər Əliyev Fondunun uğurları təkcə həmrəy kollektivin yorulmaz işinin nəticəsi deyil, həm də bütün təfərrüatları dəqiq başa düşən, komandanın hər bir üzvü ilə sıx təmasda olmaqla tədbirlərin hazırlanmasında və reallaşdırılmasında iştirak edən tələbkar və məqsədyönlü rəhbərin səyləridir.

Xalq onu sevir və ona inanır, ona görə ki, Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik və mesenantlıq ənənələri canlanıb. Mehriban Əliyeva insanlara xeyirxahlığa meyl, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb. O, bütün sosial problemlərin yalnız dövlət tərəfindən həll edilməli olması barədə ictimai şüurda kök salmış təsəvvürü dağıdıb və cəmiyyətin bütün təbəqələrinin həmin problemlərin həllində iştirakına can atmasına nail olub. Bununla da Mehriban Əliyeva Azərbaycan cəmiyyətinin bu gününə qayğı göstərməklə, Azərbaycan Prezidentini ölkəmizin gələcəyi ilə bağlı işində və qayğısında dəstəkləyərək məşğulluğun təmin edilməsi sahəsində və istedadlı gənclərin məsuliyyətli layihələrə cəlb edilməsində novator olub. Məhz birinci xanım ətrafına gənc əməkdaşları topladıqdan sonra müasirliyin tələblərinə uyğunlaşdırılan dövlət müəssisələri, ənənəvi olduğu kimi, təkcə “stajı” olan insanları deyil, həm də gənc nəslin nümayəndələrini işə qəbul etməyə başladı.

Mehriban Əliyevanın öz gözəlliyi və səxavətliliyi ilə heyran edən dərin mənəvi dünyası haqqında təkcə onunla yaxından tanış olanlar deyil, həm də onunla bir kəlmə söhbət etmək imkanı qazananlar danışa bilərlər. Kənardan müşahidə edərək onun öz diqqəti ilə insanlara verdiyi hüdudsuz sevincə heyran olmamaq mümkün deyil. Bəzən elə görünür ki, Mehriban xanım isti və qayğı dolu bir baxışı ilə isidir, sakitləşdirir və ümid verir.

Onun valideyn qayğısından və himayəsindən məhrum olmuş uşaqlara sevgisi müasir Azərbaycan tarixində ayrıca sütunla yazılıb. Mehriban Əliyeva uşaqlarla bağlı hər bir problemə həssas reaksiya verir. O, bu və ya digər xəstəlikdən əziyyət çəkən uşaqların xilası naminə mümkün olan hər şeyi edir, uşaqların doğmalarının əhatəsində sağlam yaşamaları üçün hər cür səy göstərir. Hazırda valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlar qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında ailə ab-havası yaradılıb.

Onun uşaqlara xeyirxahlığını, mərhəmətini və sevgisini qızları Leyla və Arzu da əxz ediblər. Məhz onların uşaq evlərinə və internat məktəblərinə tez-tez baş çəkmələri yeni ənənənin əsasını qoyub - hazırda ictimaiyyət, müxtəlif dövlət strukturları və beynəlxalq təşkilatların nümayəndələri uşaq müəssisələrinin yetirmələrinə mütəmadi baş çəkirlər.

Mehriban Əliyeva 2004-cü ildə əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat evinə baş çəkdiyi zaman xəstəlikdən əziyyət çəkən uşaqları ana qayğısı ilə qucaqlayarkən, onları qolları arasına alarkən uşaq evinin tərbiyəçilərinin gözündə sevinci, heyranlığı, eyni zamanda, təəccübü xatırlayıram. Onun bu münasibəti ilk dövrlərdə hətta təhlükəsizlik xidmətinin əməkdaşlarını çaşqın vəziyyətə salırdı. Onlar necə davrandıqlarını bilmirdilər; uşaqları Azərbaycanın birinci xanımının yanına buraxmaq olar, ya yox. Onun fiziki qüsurlu uşaqları qucaqladığı videokadrlar ilk növbədə təəccüb doğururdu. Hazırda bu normadır və qarşımızda tamamilə başqa mənzərə var. Biz Mehriban xanımdan nümunə götürərək, sağlamlıq vəziyyətindən asılı olmayaraq, uşaqları cəmiyyətin bərabərhüquqlu üzvləri kimi görməyə başlayırıq.

Dünya birliyinin Azərbaycanın tarixi reallıqları, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, eləcə də XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı və işğal edilmiş ərazilərimizdəki vandalizm faktları barədə məlumatlandırılması Mehriban xanımın Heydər Əliyev Fondu qarşısında aydın şəkildə qoyduğu əsas tapşırıqlardan biridir.

Dünyanın müxtəlif ölkələrində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi, eləcə də xarici ölkələrlə diplomatik münasibətlərin qurulması münasibətilə tədbirlər, onun təşəbbüsü ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı, Avropa Parlamentinin və UNESCO-nun mənzil-qərargahlarında, BMT-nin Cenevrədəki mənzil-qərargahında silsilə tədbirlərin keçirilməsi bir məqsəd güdür: ölkənin mövqeyinin möhkəmləndirilməsi və beynəlxalq arenada onun imicinin yaxşılaşdırılması.

Mehriban Əliyevanın qarşıya qoyduğu vəzifələrdən biri də bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni abidələrin bərpasıdır. Ermənistan tərəfindən təcavüzə məruz qalan və işğal altında olan ərazilərdə vandalizm aktları ilə qarşılaşan Azərbaycanın Versal Sarayının parkındakı mədəniyyət abidələrinin, Luvrda İslam incəsənəti şöbəsinin, Berlin Qəsrinin, Romada Kapitoli muzeyindəki “Filosoflar zalı”nın və digərlərinin bərpasında fəal iştirakı haqqında informasiyanı bu gün bütün dünyada məmnunluq hissi ilə qarşılayırlar.

O, ətraf mühitin mühafizəsi, o cümlədən ağacların kəsilməsi ilə bağlı problemlərə xüsusi həssaslıqla yanaşır. Onun göstərişi ilə Fondun əməkdaşları dəfələrlə ağacların kəsildiyi yerlərə gedərək nadir növdən olan ağacların məhv edilməsinin qarşısını alıblar. Bu, Bakı sakinləri üçün ətraf mühitin qorunmasına çağırışdır. Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci ildən bütün ölkədə milyonlarla ağac əkilib. Bu fəaliyyət Fondun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoqun (IDEA) təsisçisi və rəhbəri, ətraf mühitin təhlükəsizliyinin təmin olunması və təbiətin mühafizəsi sahəsində gənclərin məlumatlılığının artırılmasına xüsusi diqqət ayıran Leyla Əliyeva tərəfindən də davam etdirilir.

Azərbaycanı dünyaya olduğu kimi, yəni dünyəvi, çoxmillətli və müxtəlif dinlərin mövcud olduğu, müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmətə və etibara əsaslanan səmimi dostluğun və əməkdaşlıq münasibətlərinin tarixən mövcud olduğu, yüksək tolerantlıq ənənələrinin formalaşdığı dövlət kimi təqdim etmək ölkənin birinci xanımının fəaliyyətində prioritet məsələlərdən biridir. Onun təşəbbüsü ilə həyata keçirilən “Tolerantlığın ünvanı. Azərbaycan” layihəsi çərçivəsində müxtəlif dini obyektlərdə - Pir Həsən ziyarətgahı, Bakıda Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsi və Müqəddəs Məryəm Kilsəsi, Şamaxıda Cümə Məscidi, Gəncədə Həzrəti Zeynəb Məscidindən tutmuş Fransanın müxtəlif regionlarındakı kilsələrin, Strasburqda XIV əsr Kafedral Kilsəsinin vitrajlarının bərpasına, eləcə də Həştərxanda Knyaz Vladimirin abidəsinin ucaldılmasınadək bərpa işləri görülüb. Mehriban Əliyevanın təşəbbüsü ilə Müqəddəs Roma katakombalarının bərpası isə beynəlxalq ictimaiyyət tərəfindən müsəlman dünyasının xristianlığın müqəddəs abidələrinin qorunub saxlanmasına töhfəsi kimi qəbul edilir.

Mən dəfələrlə onun xarici ölkələrin tarixi və mədəniyyəti ilə bağlı biliyinin dünya muzeylərinin bələdçi və ekskursiya rəhbərlərini necə valeh etdiyinin şahidi olmuşam. Misal üçün, Mehriban xanım Vatikan Dövlətinə sonuncu səfəri zamanı katakombaların bərpaçıları ilə iki saat ərzində ünsiyyət qurub onların gördükləri işlərin detallarına vararaq, onu müşayiət edən rəsmi şəxslər də daxil olmaqla, ətrafdakıları təəccübləndirdi.

Mehriban Əliyevanın incə zövqünü Bakı şəhərinin dəyişən simasında da hiss etmək olar. Onun məsləhətləri sayəsində arxitekturanın Şərq və Qərb üslubları harmonik şəkildə birləşir, bu zaman əbədi gənc paytaxt öz tarixi simasını qoruyub saxlayır.

Onun rəhbərliyi altında xeyli sayda əhəmiyyətli layihələr həyata keçirilib. O, milli-mənəvi dəyərlərin qorunub saxlanması və dünyaya təqdim edilməsinə öz töhfəsini verir, istedadlı gəncləri - idmançıları, rəssamları, musiqiçiləri dəstəkləyir. O, minlərlə insana sağlamlığını və ümidini qaytarıb. Bunların hamısı bir məqsədlə - öz xalqının və Vətəninin rifahı naminə xidmət etmək məqsədi ilə həyata keçirilir. Onun fəaliyyəti insanları xeyirxah işlərə ruhlandırır, cəmiyyətdə mərhəmət və şəfqət kimi daimi dəyərlərin möhkəmlənməsinə xidmət edir.

Sonda qeyd etmək istərdim ki, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verilən ilk ölkədir. İndi isə, demək olar, yüz il sonra bizim birinci xanımımızın simasında Odlar Ölkəsi dünyaya yeni obraz təqdim edir. Əbəs yerə deyil ki, Qərbin kütləvi informasiya vasitələrində dəfələrlə belə bir fikir bildirilib ki, xüsusilə postsovet məkanında birinci xanım institutunun əhəmiyyəti və rolunun fəallaşması bir çox halda Mehriban Əliyevanın sayəsində baş verdi.

Hər bir azərbaycanlı müasir Azərbaycanın simvolu, xeyirxahlıq və ümid mücəssəməsi olan öz birinci xanımı ilə fəxr etməkdə haqlıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Romanın qonaqları - Bir şəhər, min bir turist... FOTOREPORTAJ

Ramil İskəndərli: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayağıdır

İƏİT-in vergi cinayətləri ilə mübarizə sahəsində təşviq etdiyi vahid yanaşma səmərəli prinsiplərə əsaslanır

Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan dövlət maliyyəsi təsnifatını beynəlxalq GFSM standartına 95 faiz uyğunlaşdırmağı hədəfləyir

Ucarda fermerlərin toxum təminatına dəstək məqsədilə satış məntəqəsi fəaliyyətə başlayıb

Sahil Babayev: Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır

Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 faizdir

Ankarada Azərbaycanın biznes və investisiya mühiti təşviq edilib

Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb

Mehdixan Vəkilov: 148 manatlıq kostyumu "Avara bağı"nda dilənçiyə verən Səməd

Özəl sektorda təqribən 50 minə yaxın əmək müqaviləsi artımı olub

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir

Maliyyə naziri: ARDNF qızılın qiyməti 5000 dolları keçdikdən sonra satışa başlayıb

Avrozonada inflyasiyanın illik səviyyəsi 4 faizə çatıb

Nazir: Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub

Zəfərin ağxalatlı qəhrəmanları: məktəblilər onların fədakarlığını canlandırdılar

Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

İdarə rəisi: Bakı 2040-cı ilədək müasir və dayanıqlı şəhər modelinə keçəcək

AQTA qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə işlərini davam etdirir

® Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib

“AIREX 2026” iştirakçısı: Bu sərgi xarici investorların regionun potensialını yaxından tanıması üçün əhəmiyyətli platformadır

Millinin sabiq baş məşqçisi: Yerli futzalçıların yeni sistemə uyğunlaşması üçün zamana ehtiyac var

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edib

Səfir: Səudiyyə Ərəbistanı Azərbaycanla həmrəyliyini qurban payı ilə nümayiş etdirir

AZƏRTAC “AIREX 2026” sərgisinin media tərəfdaşıdır VİDEO

AZƏRTAC “AIREX 2026” sərgisinin media tərəfdaşıdır VİDEO

“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir

“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” - elmi seminar

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

Hesablama Palatasının sədri: Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122,1 milyon manat daxil olub

Vüqar Gülməmmədov: Gömrük rüsumları üzrə proqnozlaşdırılan məbləğin 30 milyon manatı yığımların payına düşür

Maka Boçorişvili: Dialoq olmadan Aİ Gürcüstandakı prosesləri obyektiv qiymətləndirə bilməyəcək

Büdcə prosesinin iştirakçıları ilə müzakirələr hər növbəti il büdcə sənədləşməsinin keyfiyyətinin artırılmasına səbəb olur

Azərbaycanlı voleybolçu: Bolqarıstan klubu ilə matçın həlledici məqamlarında təcrübəmiz öz sözünü dedi

Samuxda yeni yaşıllıqlar salınıb

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Çin ilə Avropa arasında nəqliyyat dəhlizlərinin inkişafı Qırğızıstan üçün prioritet məsələdir

Paşinyan: Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir

Dünyanın dörd texnologiya nəhəngi süni intellektə 740 milyard dollardan çox vəsait ayıracaq

“Ədəbi proses-2025”: müharibə mövzusu, gənc müəlliflər və detektiv ədəbiyyatın gələcəyi

Dövlət maliyyəsinin idarə edilməsi istiqamətində aparılan təkmilləşmələrin nəticəli olması üçün 35 tövsiyə verilib

Ekspert: Metro şəbəkəsinin genişləndirilməsi şəhərətrafı ərazilərdə sərnişin axınının bölüşdürülməsinə imkan verəcək

Vüqar Gülməmmədov: Qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasının zəruri olduğu qənaətindəyik

Azərbaycanla Qırğızıstan fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlığı genişləndirir

Avropa Komissiyası Gürcüstanla bağlı illik hesabatını təqdim edib

Bakıda qəza - avtomobil klinikaya çırpıldı FOTOLAR VİDEO

Bakıda qəza - avtomobil klinikaya çırpıldı FOTOLAR VİDEO

Gəncədə “Gələcəyin karyerası” regional tədbiri: ekspertlər tələbələrə tövsiyələr veriblər

Tural Rzayev: Xankəndi istiqamətində hər addımımız Vətən sevgisindən güc alırdı

Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb

Azərbaycanın su obyektlərinin hidroqrafik xüsusiyyətləri araşdırılıb

Gürcüstan parlamentinin sədri Qırğızıstan Prezidenti ilə Orta Dəhlizin inkişafını müzakirə edib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Nazir: Gələn il mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti təsnifatı üzrə xərclər 643 milyon manat olacaq

Nazirlik: 2022-2026-cı illərdə ÜDM ildə 2,7 faiz artacaq

Deputat: Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

Qazaxıstan 2035-ci ilə qədər iki AES-in tikintisini başa çatdırmağı planlaşdırır

“Sabah”ın Çempionlar Liqasındakı rəqibinin qapıçısı İT mütəxəssisi kimi də çalışır

Pakistanlı ekspert: Avropa qlobal təsir imkanlarını yalnız ənənəvi iqtisadi güc vasitəsilə qoruya bilməz VİDEO

Pakistanlı ekspert: Avropa qlobal təsir imkanlarını yalnız ənənəvi iqtisadi güc vasitəsilə qoruya bilməz VİDEO

bp: “Şəfəq” layihəsi üzrə tikinti işlərinə 444 yerli işçi cəlb olunub

Aparat rəhbəri: Xarici ticarət saldosu 7,1 milyard dollar profisitlə formalaşıb

Elvin Camalov: Doqquz ayda qeyri-neft-qaz ixracı 20,5 faiz artıb

Azərbaycan Premyer Liqasının XXI turu “Zəfər turu” elan edilib

Aparat rəhbəri: Bu günədək 633 investisiya təşviqi sənədi verilib

Fransada 17 oktyabr etirazlarından sonra 329 nəfər həbs edilib

Nazirlik: İşğaldan azad edilmiş ərazilərin bərpasına büdcədən indiyədək 26 milyard manatadək vəsait yönəldilib

Qeyri-neft-qaz sənayesində 6,3 faizlik artım qeydə alınıb

Bu il Səngəçal terminalından ixrac edilən neft və kondensatın həcmi 13 faiz azalıb

AQTİ rəsmisi: Arıqlama çayları piy kütləsini deyil, bədəndəki suyu və əzələni itirir

Azərbaycanın Zəfər Günü CAR-da qeyd olunub

Sahil Babayev: Növbəti ildə sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat proqnozlaşdırılır

Amerikalı ekspert: Avropanın müxtəlif ölkələrində etirazlar uzun müddət davam edə bilər

Maliyyə naziri: 2027-ci ildə səhiyyə xərcləri büdcə xərclərinin təqribən 5 faizi olacaq

Rayonlarda leysan olacaq - PROQNOZ

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək

® Mərkəzi Gömrük Hospitalında dislipidemiyaya həsr edilmiş ödənişsiz elmi simpozium təşkil olunacaq

Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb VİDEO

Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb VİDEO

Qazaxıstanda Aral-Xəzər magistralının tikintisini 2028-ci ilin sonunda başa çatdırmaq planlaşdırılır

Sahil Babayev: Növbəti ildə büdcə üzrə təhsil xərcləri 5,1 milyard manat proqnozlaşdırılır

Nazir: Gələn il ümumi dövlət xidmətlərinə 5,5 milyard manat xərclənməsi proqnozlaşdırılır

Mərkəzi Bankın sədri: Bank sektorunun struktur likvidlik profisiti 2,2 dəfə artıb

Maliyyə naziri: Gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 26,4 milyard manat proqnozlaşdırılır

Bakı metrosunda NFC sistemi ilə 74 milyonadək ödəniş edilib

Sahil Babayev: Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,2 milyard manat qiymətləndirilir

Taleh Kazımov: Gələn il inflyasiya səviyyəsinin hədəf daxilində olacağı gözlənilir

Bruno Retayo: Fransada immiqrantların yarısı yoxsulluq şəraitində yaşayır

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

Sağlamlıq turizmi üzrə beynəlxalq ekspertlər Bakıda bir araya gəlib- YENİLƏNİB

Avropanın təqdim etdiyi demokratik dəyərlərlə real siyasi davranışı arasındakı ziddiyyətlər bir daha üzə çıxdı - ŞƏRH

Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb

Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər

Deputat: Ədəbiyyatda Qarabağ mövzusu müharibə təsvirindən qayıdışın bədii ifadəsinə doğru inkişaf edib

Zərdabda fermer və sahibkarlar aqrar sahədə dəstək mexanizmləri barədə məlumatlandırılıb

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub

Sosial Xidmətlər Agentliyi ötən dövrdə 953 uşağın ailələrinə qayıtmasını təmin edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNƏCƏK VİDEO

Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir

“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında tarixə düşüb

Nazir: Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək

Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək

Fransada milli dəmir yolu şirkəti ümummilli tətil ərəfəsində əməkdaşlarına 400 avro məbləğində mükafat təklif edib