Energetika naziri Oğuzda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 4 noyabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov noyabrın 20-də Oğuz, Qax, Zaqatala, Balakən, Qəbələ, İsmayıllı rayonlarından və Şəki şəhərindən olan vətəndaşlarla görüşəcək.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş saat 11:00-dan başlayaraq Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında (ünvan: AZ4800, Oğuz şəhəri, S.Seyidbəyov küçəsi, 20) keçiriləcək.
Görüşə gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1146, 1145, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: İlknur Əhmədov), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs: Asim Məmmədov: əlaqə telefonu: (050) 378-28-46, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [15:30]
Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 faizdir
- 04.11.2026 [15:26]