Aparat rəhbəri: Bu günədək 633 investisiya təşviqi sənədi verilib
Bakı, 4 noyabr, AZƏRTAC
Bu il oktyabrın 1-dək 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi təqdim edilib.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, təşviq edilmiş layihələrin 87 faizi regionların payına düşür: “Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən cari ilin 9 ayında sahibkarların ümumi dəyəri 417 milyon manat olan 4600-dan çox investisiya layihəsinə 246 milyon manat güzəştli kredit verilib. Kreditlərin 68 faizi regionların payına düşür”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [15:30]
Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 faizdir
- 04.11.2026 [15:26]
Ankarada Azərbaycanın biznes və investisiya mühiti təşviq edilib
- 04.11.2026 [15:21]