Azərbaycan Dövlət İnformasiya Agentliyi

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim -  ŞƏRH

Bakı, 3 oktyabr, AZƏRTAC

Tarixdə elə günlər var ki, onların əhəmiyyəti bir hadisənin, bir qərarın, yaxud bir seçkinin çərçivəsinə sığmır. Belə tarixlər bütöv bir xalqın sonrakı inkişaf yoluna təsir göstərir, dövlətin gələcək istiqamətini müəyyənləşdirir. Azərbaycanın müasir dövlətçilik tarixində 3 oktyabr məhz belə əlamətdar günlərdən biridir. 1993-cü ilin bu günündə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ölkənin son dərəcə mürəkkəb siyasi, hərbi və iqtisadi şəraitdən çıxa bilməsi üçün yeni dövlətçilik mərhələsinin başlanğıcı oldu.

Bu barədə AZƏRTAC-a açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Azad Novruzov deyib.

Deputat qeyd edib ki, 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkədə dövlət idarəçiliyinin sistemli şəkildə yenidən qurulması üçün yeni imkan yarandı. Oktyabrın 10-da keçirilən andiçmə mərasimində onun xalqa sədaqətlə xidmət edəcəyini və fəaliyyətini Azərbaycanın gələcək inkişafına həsr edəcəyini bəyan etməsi qarşıdakı siyasi kursun mahiyyətini ifadə edirdi.

Bu baxımdan, 3 oktyabrı yalnız prezident seçkilərinin keçirildiyi tarix kimi qiymətləndirmək onun siyasi əhəmiyyətini məhdudlaşdırardı. Bu tarix həm də iyunda başlanan milli qurtuluş prosesinin dövlət idarəçiliyində yeni mərhələyə keçməsi idi.

Yeni siyasi rəhbərliyin qarşısında dayanan birinci vəzifə sabitliyin bərpası idi. Çünki təhlükəsizliyin təmin edilmədiyi, dövlət hakimiyyətinin ölkənin bütün ərazisində işlək olmadığı, qanunsuz silahlı dəstələrin mövcud olduğu şəraitdə nə iqtisadi inkişafdan, nə hüquqi islahatlardan, nə də uzunmüddətli xarici siyasətdən danışmaq mümkün idi.

“Sonrakı dövrdə qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətinə son qoyulması, dövlət çevrilişi cəhdlərinin qarşısının alınması və idarəetmənin möhkəmləndirilməsi nəticəsində ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində mühüm addımlar atıldı. Eyni zamanda, nizami ordu quruculuğuna xüsusi diqqət yetirildi. Siyasi müstəqilliyin davamlı olması üçün onun güclü iqtisadi əsasları formalaşdırılmalı idi. 1990-cı illərin əvvəllərində Azərbaycan ağır iqtisadi böhran keçirirdi. İstehsalın azalması, maliyyə çətinlikləri və keçmiş iqtisadi əlaqələrin dağılması ölkənin inkişaf imkanlarını ciddi şəkildə məhdudlaşdırmışdı. Belə bir vəziyyətdə Azərbaycanın malik olduğu enerji ehtiyatlarının ölkənin strateji inkişafına xidmət edən amilə çevrilməsi xüsusi əhəmiyyət daşıyırdı.

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” bu siyasətin mühüm nəticələrindən biri oldu. Sənəddə göstərildiyi kimi, müqavilənin imzalanması Azərbaycanın enerji ehtiyatlarının beynəlxalq əməkdaşlıq əsasında işlənilməsinə və sonrakı illərdə yeni enerji layihələrinin həyata keçirilməsinə yol açdı. Azərbaycan neftinin müxtəlif marşrutlarla dünya bazarlarına çıxarılması ölkənin iqtisadi və geosiyasi imkanlarının genişlənməsində mühüm rol oynadı", - deyə o bildirib.

A.Novruzov qeyd edib ki, müstəqil dövlət yalnız sərhədlərdən və idarəetmə institutlarından ibarət deyil. Onu yaşadan həm də cəmiyyəti ümumi məqsədlər ətrafında birləşdirən milli ideyadır. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasında azərbaycançılıq bu baxımdan xüsusi yer tuturdu. Azərbaycançılıq ölkə daxilində yaşayan vətəndaşlarla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları da ortaq milli mənsubiyyət və dövlətçilik düşüncəsi ətrafında birləşdirən ideoloji xətt kimi formalaşdırıldı.

Diqqətə çatdırılıb ki, 1993-cü ildən sonrakı dövlətçilik siyasətinin mühüm istiqamətlərindən biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi idi. Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi məkan xarici siyasətdə xüsusilə çevik və praqmatik yanaşma tələb edirdi. Müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan münasibətlərin qurulması, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi xarici siyasətin əsas istiqamətlərindən oldu.

“Xarici siyasətin digər əsas istiqaməti Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin beynəlxalq aləmə çatdırılması və ərazi bütövlüyü prinsipinin beynəlxalq platformalarda müdafiəsi idi. Beləliklə, Azərbaycanın xarici siyasəti bir tərəfdən beynəlxalq əməkdaşlığa və inteqrasiyaya, digər tərəfdən isə milli maraqların və dövlət suverenliyinin müdafiəsinə əsaslanırdı”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, 1993-cü ilin Azərbaycanı ilə sonrakı illərin Azərbaycanını müqayisə etdikdə 3 oktyabrın siyasi mahiyyəti daha aydın görünür. Həmin dövrdə əsas məsələ dövlətin parçalanmasının qarşısını almaq, müstəqilliyi qorumaq və sabitliyi bərpa etmək idisə, sonrakı mərhələdə vəzifələr dəyişdi: dövlət institutlarını möhkəmləndirmək, iqtisadi inkişaf modelini formalaşdırmaq, beynəlxalq mövqeləri genişləndirmək və müstəqilliyi dönməz prosesə çevirmək lazım idi. Məhz buna görə 3 oktyabr 1993-cü il Azərbaycan tarixində bir seçki tarixindən daha geniş məna daşıyır.

“Bu baxımdan 3 oktyabr 1993-cü ildən başlanan mərhələnin ən mühüm nəticəsi Azərbaycanın gələcək inkişafının strateji istiqamətlərinin müəyyənləşdirilməsi oldu. Dövlətçilik, milli birlik, iqtisadi müstəqillik, hüquqi institutlar, güclü ordu və milli maraqlara əsaslanan xarici siyasət vahid inkişaf konsepsiyasının əsas istiqamətlərinə çevrildi.

3 oktyabrın tarixi mənası da məhz bundadır: həmin gün verilmiş siyasi seçim sonrakı illərdə təkcə hakimiyyətin deyil, müstəqil Azərbaycan dövlətinin inkişaf istiqamətinin müəyyənləşdirilməsinə təsir göstərən mühüm hadisə oldu”, - deyə Azad Novruzov əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Romanın qonaqları - Bir şəhər, min bir turist... FOTOREPORTAJ

Ramil İskəndərli: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayağıdır

İƏİT-in vergi cinayətləri ilə mübarizə sahəsində təşviq etdiyi vahid yanaşma səmərəli prinsiplərə əsaslanır

Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan dövlət maliyyəsi təsnifatını beynəlxalq GFSM standartına 95 faiz uyğunlaşdırmağı hədəfləyir

Ucarda fermerlərin toxum təminatına dəstək məqsədilə satış məntəqəsi fəaliyyətə başlayıb

Sahil Babayev: Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır

Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 faizdir

Ankarada Azərbaycanın biznes və investisiya mühiti təşviq edilib

Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb

Mehdixan Vəkilov: 148 manatlıq kostyumu "Avara bağı"nda dilənçiyə verən Səməd

Özəl sektorda təqribən 50 minə yaxın əmək müqaviləsi artımı olub

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir

Maliyyə naziri: ARDNF qızılın qiyməti 5000 dolları keçdikdən sonra satışa başlayıb

Avrozonada inflyasiyanın illik səviyyəsi 4 faizə çatıb

Nazir: Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub

Zəfərin ağxalatlı qəhrəmanları: məktəblilər onların fədakarlığını canlandırdılar

Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

İdarə rəisi: Bakı 2040-cı ilədək müasir və dayanıqlı şəhər modelinə keçəcək

AQTA qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə işlərini davam etdirir

® Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib

“AIREX 2026” iştirakçısı: Bu sərgi xarici investorların regionun potensialını yaxından tanıması üçün əhəmiyyətli platformadır

Millinin sabiq baş məşqçisi: Yerli futzalçıların yeni sistemə uyğunlaşması üçün zamana ehtiyac var

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edib

Səfir: Səudiyyə Ərəbistanı Azərbaycanla həmrəyliyini qurban payı ilə nümayiş etdirir

AZƏRTAC “AIREX 2026” sərgisinin media tərəfdaşıdır VİDEO

AZƏRTAC “AIREX 2026” sərgisinin media tərəfdaşıdır VİDEO

“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir

“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” - elmi seminar

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

Hesablama Palatasının sədri: Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122,1 milyon manat daxil olub

Vüqar Gülməmmədov: Gömrük rüsumları üzrə proqnozlaşdırılan məbləğin 30 milyon manatı yığımların payına düşür

Maka Boçorişvili: Dialoq olmadan Aİ Gürcüstandakı prosesləri obyektiv qiymətləndirə bilməyəcək

Büdcə prosesinin iştirakçıları ilə müzakirələr hər növbəti il büdcə sənədləşməsinin keyfiyyətinin artırılmasına səbəb olur

Azərbaycanlı voleybolçu: Bolqarıstan klubu ilə matçın həlledici məqamlarında təcrübəmiz öz sözünü dedi

Samuxda yeni yaşıllıqlar salınıb

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Çin ilə Avropa arasında nəqliyyat dəhlizlərinin inkişafı Qırğızıstan üçün prioritet məsələdir

Paşinyan: Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir

Dünyanın dörd texnologiya nəhəngi süni intellektə 740 milyard dollardan çox vəsait ayıracaq

“Ədəbi proses-2025”: müharibə mövzusu, gənc müəlliflər və detektiv ədəbiyyatın gələcəyi

Dövlət maliyyəsinin idarə edilməsi istiqamətində aparılan təkmilləşmələrin nəticəli olması üçün 35 tövsiyə verilib

Ekspert: Metro şəbəkəsinin genişləndirilməsi şəhərətrafı ərazilərdə sərnişin axınının bölüşdürülməsinə imkan verəcək

Vüqar Gülməmmədov: Qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasının zəruri olduğu qənaətindəyik

Azərbaycanla Qırğızıstan fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlığı genişləndirir

Avropa Komissiyası Gürcüstanla bağlı illik hesabatını təqdim edib

Bakıda qəza - avtomobil klinikaya çırpıldı FOTOLAR VİDEO

Bakıda qəza - avtomobil klinikaya çırpıldı FOTOLAR VİDEO

Gəncədə “Gələcəyin karyerası” regional tədbiri: ekspertlər tələbələrə tövsiyələr veriblər

Tural Rzayev: Xankəndi istiqamətində hər addımımız Vətən sevgisindən güc alırdı

Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb

Azərbaycanın su obyektlərinin hidroqrafik xüsusiyyətləri araşdırılıb

Gürcüstan parlamentinin sədri Qırğızıstan Prezidenti ilə Orta Dəhlizin inkişafını müzakirə edib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Nazir: Gələn il mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti təsnifatı üzrə xərclər 643 milyon manat olacaq

Nazirlik: 2022-2026-cı illərdə ÜDM ildə 2,7 faiz artacaq

Deputat: Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

Qazaxıstan 2035-ci ilə qədər iki AES-in tikintisini başa çatdırmağı planlaşdırır

“Sabah”ın Çempionlar Liqasındakı rəqibinin qapıçısı İT mütəxəssisi kimi də çalışır

Pakistanlı ekspert: Avropa qlobal təsir imkanlarını yalnız ənənəvi iqtisadi güc vasitəsilə qoruya bilməz VİDEO

Pakistanlı ekspert: Avropa qlobal təsir imkanlarını yalnız ənənəvi iqtisadi güc vasitəsilə qoruya bilməz VİDEO

bp: “Şəfəq” layihəsi üzrə tikinti işlərinə 444 yerli işçi cəlb olunub

Aparat rəhbəri: Xarici ticarət saldosu 7,1 milyard dollar profisitlə formalaşıb

Elvin Camalov: Doqquz ayda qeyri-neft-qaz ixracı 20,5 faiz artıb

Azərbaycan Premyer Liqasının XXI turu “Zəfər turu” elan edilib

Aparat rəhbəri: Bu günədək 633 investisiya təşviqi sənədi verilib

Fransada 17 oktyabr etirazlarından sonra 329 nəfər həbs edilib

Nazirlik: İşğaldan azad edilmiş ərazilərin bərpasına büdcədən indiyədək 26 milyard manatadək vəsait yönəldilib

Qeyri-neft-qaz sənayesində 6,3 faizlik artım qeydə alınıb

Bu il Səngəçal terminalından ixrac edilən neft və kondensatın həcmi 13 faiz azalıb

AQTİ rəsmisi: Arıqlama çayları piy kütləsini deyil, bədəndəki suyu və əzələni itirir

Azərbaycanın Zəfər Günü CAR-da qeyd olunub

Sahil Babayev: Növbəti ildə sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat proqnozlaşdırılır

Amerikalı ekspert: Avropanın müxtəlif ölkələrində etirazlar uzun müddət davam edə bilər

Maliyyə naziri: 2027-ci ildə səhiyyə xərcləri büdcə xərclərinin təqribən 5 faizi olacaq

Rayonlarda leysan olacaq - PROQNOZ

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək

® Mərkəzi Gömrük Hospitalında dislipidemiyaya həsr edilmiş ödənişsiz elmi simpozium təşkil olunacaq

Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb VİDEO

Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb VİDEO

Qazaxıstanda Aral-Xəzər magistralının tikintisini 2028-ci ilin sonunda başa çatdırmaq planlaşdırılır

Sahil Babayev: Növbəti ildə büdcə üzrə təhsil xərcləri 5,1 milyard manat proqnozlaşdırılır

Nazir: Gələn il ümumi dövlət xidmətlərinə 5,5 milyard manat xərclənməsi proqnozlaşdırılır

Mərkəzi Bankın sədri: Bank sektorunun struktur likvidlik profisiti 2,2 dəfə artıb

Maliyyə naziri: Gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 26,4 milyard manat proqnozlaşdırılır

Bakı metrosunda NFC sistemi ilə 74 milyonadək ödəniş edilib

Sahil Babayev: Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,2 milyard manat qiymətləndirilir

Taleh Kazımov: Gələn il inflyasiya səviyyəsinin hədəf daxilində olacağı gözlənilir

Bruno Retayo: Fransada immiqrantların yarısı yoxsulluq şəraitində yaşayır

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

Sağlamlıq turizmi üzrə beynəlxalq ekspertlər Bakıda bir araya gəlib- YENİLƏNİB

Avropanın təqdim etdiyi demokratik dəyərlərlə real siyasi davranışı arasındakı ziddiyyətlər bir daha üzə çıxdı - ŞƏRH

Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb

Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər

Deputat: Ədəbiyyatda Qarabağ mövzusu müharibə təsvirindən qayıdışın bədii ifadəsinə doğru inkişaf edib

Zərdabda fermer və sahibkarlar aqrar sahədə dəstək mexanizmləri barədə məlumatlandırılıb

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub

Sosial Xidmətlər Agentliyi ötən dövrdə 953 uşağın ailələrinə qayıtmasını təmin edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNƏCƏK VİDEO

Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir

“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında tarixə düşüb

Nazir: Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək

Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək

Fransada milli dəmir yolu şirkəti ümummilli tətil ərəfəsində əməkdaşlarına 400 avro məbləğində mükafat təklif edib