Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfərlə yazılan tarix, qürurla yaşanan gün

Zəfərlə yazılan tarix, qürurla yaşanan gün

Bakı, 3 noyabr, AZƏRTAC

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsi kimi əbədi yaşayacaq. Bu gün yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbəni deyil, xalqımızın onilliklər boyu yaşadığı ağrıların, itkilərin, məcburi köçkünlük həyatının və doğma torpaqlarına qayıtmaq həsrətinin sona çatmasını ifadə edir. Zəfər Azərbaycanın öz taleyini öz iradəsi ilə müəyyənləşdirdiyi, milli ləyaqətini və dövlətçilik gücünü bütün dünyaya nümayiş etdirdiyi möhtəşəm tarixi hadisədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova bildirib.

Deputat vurğulayıb ki, Azərbaycanın tarixi Zəfəri təsadüfi deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü ordu quruculuğunun, iqtisadi inkişafın, milli birliyin və prinsipial diplomatiyanın məntiqi nəticəsidir. Bu yolun təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən dövlətçilik fəlsəfəsi dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kursun uğurla davam etdirilməsi Azərbaycanın hərbi, iqtisadi və diplomatik potensialını gücləndirərək tarixi Qələbəyə zəmin yaradıb. O xatırladıb ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan xalqının uzun illər gözlədiyi tarixi dönüş oldu. 44 gün ərzində Azərbaycan Ordusu yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. Bu qələbədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və strateji rəhbərliyi, hərbçilərimizin şücaəti, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz birliyi həlledici rol oynadı. “Dəmir yumruq” milli həmrəyliyin və dövlətə inamın rəmzinə çevrildi. Şuşanın azad edilməsi Zəfər tariximizin ən möhtəşəm səhifələrindən biridir. Şuşa Azərbaycanın milli kimliyini, tarixini və mənəvi dünyasını özündə yaşadan müqəddəs şəhərdir. Onun azadlığı həm hərbi, həm də mənəvi baxımdan böyük tarixi əhəmiyyət daşıyır. 2020-ci ildə ərazi bütövlüyümüzün bərpasından sonra 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi bütün ərazilərində tam təmin edilib. Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması bu tarixi prosesin rəmzi hadisələrindən biri olub. Zəfərin əsas nəticələrindən biri də işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlandırılmasıdır. Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Məktəblərin, xəstəxanaların, yolların, yaşayış məntəqələrinin və digər sosial obyektlərin inşası azad edilmiş ərazilərin gələcək inkişafına xidmət edir.

Onun fikrincə, Zəfər yalnız qürur günü deyil, həm də böyük məsuliyyətdir. Şəhidlərin xatirəsinin yaşadılması, onların ailələrinə və qazilərə dövlət qayğısının davam etdirilməsi, qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. O, Azərbaycanın postmünaqişə dövründə də milli maraqlarını qətiyyətlə müdafiə etdiyini, regionda sülh və əməkdaşlığın təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirdiyini vurğulayıb. Bildirib ki, dayanıqlı sülh Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət əsasında qurulmalıdır.

Deputat qeyd edib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası ilə Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan tarixi nəticələr bir-birini tamamlayır. Bu davamlı siyasi xətt Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, milli maraqlarının qorunmasına və tarixi Zəfərin qazanılmasına xidmət edib.

O vurğulayıb ki, bu gün Qarabağda yüksələn Azərbaycan Bayrağı, yenidən qurulan şəhərlərimiz və doğma torpaqlarına qayıdan ailələrimiz Zəfərin canlı təcəssümüdür. Tarixi Qələbəmizin əsl davamı azad edilmiş ərazilərin inkişaf etdirilməsi, insanların firavan yaşayışının təmin olunması və güclü dövlətin gələcək nəsillərə ötürülməsidir.

“Zəfər bizim tariximizdir, suverenlik dövlətimizin gücüdür, milli birlik isə gələcəyimizin ən böyük təminatıdır. 8 Noyabr xalqımızın yaddaşında Azərbaycanın öz taleyini öz iradəsi ilə müəyyənləşdirdiyi tarixi gün kimi əbədi yaşayacaq”, – deyə E.Akimova bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir

“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” - elmi seminar

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

Maka Boçorişvili: Dialoq olmadan Aİ Gürcüstandakı prosesləri obyektiv qiymətləndirə bilməyəcək

Hesablama Palatasının sədri: Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122,1 milyon manat daxil olub

Vüqar Gülməmmədov: Gömrük rüsumları üzrə proqnozlaşdırılan məbləğin 30 milyon manatı yığımların payına düşür

Büdcə prosesinin iştirakçıları ilə müzakirələr hər növbəti il büdcə sənədləşməsinin keyfiyyətinin artırılmasına səbəb olur

Azərbaycanlı voleybolçu: Bolqarıstan klubu ilə matçın həlledici məqamlarında təcrübəmiz öz sözünü dedi

Samuxda yeni yaşıllıqlar salınıb

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Çin ilə Avropa arasında nəqliyyat dəhlizlərinin inkişafı Qırğızıstan üçün prioritet məsələdir

Paşinyan: Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir

Dünyanın dörd texnologiya nəhəngi süni intellektə 740 milyard dollardan çox vəsait ayıracaq

“Ədəbi proses-2025”: müharibə mövzusu, gənc müəlliflər və detektiv ədəbiyyatın gələcəyi

Dövlət maliyyəsinin idarə edilməsi istiqamətində aparılan təkmiləşmələrin nəticəli olması üçün 35 tövsiyə verilib

Ekspert: Metro şəbəkəsinin genişləndirilməsi şəhərətrafı ərazilərdə sərnişin axınının bölüşdürülməsinə imkan verəcək

Vüqar Gülməmmədov: Qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasının zəruri olduğu qənaətindəyik

Azərbaycanla Qırğızıstan fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlığı genişləndirir

Avropa Komissiyası Gürcüstanla bağlı illik hesabatını təqdim edib

Bakıda qəza - avtomobil klinikaya çırpıldı FOTOLAR VİDEO

Bakıda qəza - avtomobil klinikaya çırpıldı FOTOLAR VİDEO

Gəncədə “Gələcəyin karyerası” regional tədbiri: ekspertlər tələbələrə tövsiyələr veriblər

Tural Rzayev: Xankəndi istiqamətində hər addımımız Vətən sevgisindən güc alırdı

Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb

Azərbaycanın su obyektlərinin hidroqrafik xüsusiyyətləri araşdırılıb

Gürcüstan parlamentinin sədri Qırğızıstan Prezidenti ilə Orta Dəhlizin inkişafını müzakirə edib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Nazir: Gələn il mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti təsnifatı üzrə xərclər 643 milyon manat olacaq

Nazirlik: 2022-2026-cı illərdə ÜDM ildə 2,7 faiz artacaq

Deputat: Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

Qazaxıstan 2035-ci ilə qədər iki AES-in tikintisini başa çatdırmağı planlaşdırır

“Sabah”ın Çempionlar Liqasındakı rəqibinin qapıçısı İT mütəxəssisi kimi də çalışır

Pakistanlı ekspert: Avropa qlobal təsir imkanlarını yalnız ənənəvi iqtisadi güc vasitəsilə qoruya bilməz

bp: “Şəfəq” layihəsi üzrə tikinti işlərinə 444 yerli işçi cəlb olunub

Aparat rəhbəri: Xarici ticarət saldosu 7,1 milyard dollar profisitlə formalaşıb

Elvin Camalov: Doqquz ayda qeyri-neft-qaz ixracı 20,5 faiz artıb

Azərbaycan Premyer Liqasının XXI turu “Zəfər turu” elan edilib

Aparat rəhbəri: Bu günədək 633 investisiya təşviqi sənədi verilib

Fransada 17 oktyabr etirazlarından sonra 329 nəfər həbs edilib

Nazirlik: İşğaldan azad edilmiş ərazilərin bərpasına büdcədən indiyədək 26 milyard manatadək vəsait yönəldilib

Qeyri-neft-qaz sənayesində 6,3 faizlik artım qeydə alınıb

Bu il Səngəçal terminalından ixrac edilən neft və kondensatın həcmi 13 faiz azalıb

AQTİ rəsmisi: Arıqlama çayları piy kütləsini deyil, bədəndəki suyu və əzələni itirir

Azərbaycanın Zəfər Günü CAR-da qeyd olunub

Sahil Babayev: Növbəti ildə sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat proqnozlaşdırılır

Amerikalı ekspert: Avropanın müxtəlif ölkələrində etirazlar uzun müddət davam edə bilər

Maliyyə naziri: 2027-ci ildə səhiyyə xərcləri büdcə xərclərinin təqribən 5 faizi olacaq

Rayonlarda leysan olacaq - PROQNOZ

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək

® Mərkəzi Gömrük Hospitalında dislipidemiyaya həsr edilmiş ödənişsiz elmi simpozium təşkil olunacaq

Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb VİDEO

Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb VİDEO

Qazaxıstanda Aral-Xəzər magistralının tikintisini 2028-ci ilin sonunda başa çatdırmaq planlaşdırılır

Sahil Babayev: Növbəti ildə büdcə üzrə təhsil xərcləri 5,1 milyard manat proqnozlaşdırılır

Nazir: Gələn il ümumi dövlət xidmətlərinə 5,5 milyard manat xərclənməsi proqnozlaşdırılır

Mərkəzi Bankın sədri: Bank sektorunun struktur likvidlik profisiti 2,2 dəfə artıb

Maliyyə naziri: Gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 26,4 milyard manat proqnozlaşdırılır

Bakı metrosunda NFC sistemi ilə 74 milyonadək ödəniş edilib

Sahil Babayev: Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,2 milyard manat qiymətləndirilir

Taleh Kazımov: Gələn il inflyasiya səviyyəsinin hədəf daxilində olacağı gözlənilir

Bruno Retayo: Fransada immiqrantların yarısı yoxsulluq şəraitində yaşayır

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

Sağlamlıq turizmi üzrə beynəlxalq ekspertlər Bakıda bir araya gəlib- YENİLƏNİB

Avropanın təqdim etdiyi demokratik dəyərlərlə real siyasi davranışı arasındakı ziddiyyətlər bir daha üzə çıxdı - ŞƏRH

Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb

Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər

Deputat: Ədəbiyyatda Qarabağ mövzusu müharibə təsvirindən qayıdışın bədii ifadəsinə doğru inkişaf edib

Zərdabda fermer və sahibkarlar aqrar sahədə dəstək mexanizmləri barədə məlumatlandırılıb

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub

Sosial Xidmətlər Agentliyi ötən dövrdə 953 uşağın ailələrinə qayıtmasını təmin edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNƏCƏK VİDEO

Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir

“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında tarixə düşüb

Nazir: Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək

Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək

Fransada milli dəmir yolu şirkəti ümummilli tətil ərəfəsində əməkdaşlarına 400 avro məbləğində mükafat təklif edib

Azərbaycanda yeni yataqların istismarı qızıl hasilatını artıra bilər – Ekspert rəyi

Çin Demokratların qələbəsindən sonra ABŞ ilə konstruktiv strateji münasibətlər qurmağa çağırıb

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək

Maliyyə naziri: Gələn il Neft Fondunun gəlirləri 7,8 milyard dollar qiymətləndirilir

Sahil Babayev: Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri artıb

Nazir: 2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır

“Qırmızı Ürəklər” təqaüd proqramına qəbul başladı – tələbələrə aylıq 200 manat veriləcək

Adıgeydə dron hücumuna məruz qalan “Ozon” mərkəzində yanğın baş verib

Azərbaycan qlobal əhəmiyyətli müzakirələrə ev sahibliyi edən ölkə kimi tanınır - RƏY

Qazaxıstan parlamenti Asiya İnkişaf Bankı ilə 15 illik kredit müqaviləsini təsdiqləyib

Bu saata olan əsas xəbərlər

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum  REPORTAJ  VİDEO

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum REPORTAJ VİDEO

Vətən müharibəsinin xronikası: 4 noyabr

“Ədəbi proses – 2025”: Zəfər diskursundan Böyük Qayıdış ideyasına

Azərbaycanın ÜDM-i 2027-ci ildə 141 milyard manat səviyyəsində proqnozlaşdırılır

BDU-da “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində görüş təşkil edilib

Komitə sədri: Gələn ilin büdcə gəlirləri 39,2 milyard manat proqnozlaşdırılır

Əmlakın könüllü verilməsi hansı hallarda dələduzluq hesab olunur? – Ali Məhkəmədən izah

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ayısəsi məbədi

FHN: Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın söndürülüb

SMIIC-in Baş Assambleyasının iclasında halal standartlaşdırma məsələləri nəzərdən keçirilib

2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri və prinsipləri açıqlanıb

Anar Bayramov: Azərbaycanın tibbi turizm indeksi üzrə reytinq cədvəlinə daxil olması əsas hədəflərdəndir

General-mayor Gündüz Əbdülov: Müdafiə və təhlükəsizlikdə qurumlararası əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir

“Qarabağ” Futbol Akademiyasının direktoru: “Dinamo” ilə ilk oyun bizə ümid verdi