Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏHSİL İŞÇİLƏRİNİN RESPUBLİKA MÜŞAVİRƏSİ

Xəbər verdiyimiz kimi, avqustun 18-də Azərbaycan Dövlət İqtisad Universitetində təhsil işçilərinin respublika müşavirəsi keçirilmişdir.

Bakı  şəhəri rayonları, respublikanın şəhər və rayon icra hakimiyyətləri başçılarının da iştirak etdiyi müşavirəni təhsil naziri  Misir Mərdanov  açaraq dedi ki, XXİ əsrə müstəqil dövlət kimi qədəm qoyan Azərbaycan keçən əsrin sonlarında qazandığı istiqlalını qoruyub saxlamaq, hüquqi, demokratik , dünyəvi dövlət quruculuğu, bazar iqtisadiyyatı, dünya birliyinə inteqrasiya yolu ilə gedir. Bu işdə digər sahələrlə yanaşı, milli təhsil quruculuğunun, təhsil sahəsində beynəlxalq standartlara uyğun əsaslı islahatların aparılmasının mühüm rolu olacaqdır. Müstəqil Azərbaycanda milli təhsil quruculuğu strategiyasının hazırlanması və həyata keçirilməsi çağdaş tariximizə təhsil islahatının memarı və qurucusu möhtərəm cənab Heydər Əliyevin adı ilə daxil olubdur.

Natiq dedi ki, rəhbər təhsil işçilərinin respublika müşavirəsi çox əlamətdar bir dövrdə keçirilir. Qarşıdan üçüncü minilliyin ilk dərs ili gəlir, bir neçə gündən sonra ölkəmizin təhsil işçilərinin ənənəvi avqust konfransları öz işinə başlayacaqdır. Ən başlıcası isə, möhtərəm Prezidentimizin Fərmanı ilə bu ilin oktyabrında dövlət müstəqilliyimizin bərpasının 10-cu ildönümü böyük təntənə ilə bayram ediləcəkdir.

Ölkəmizin qarşılaşdığı çətinliklərə baxmayaraq, ötən illər ərzində

təhsil sistemi özünün ahəngdar inkişafından qalmamışdır. Təhsil tariximizdə ilk dəfə ümumi orta təhsilin dövlət standartları və bazis tədris planı hazırlanmış, dərslik yaradıcılığında böyük uğurlar qazanılmış, İstedadlı uşaqların hərtərəfli inkişafını təmin etmək məqsədi ilə yeni tipli tədris müəssisələri şəbəkəsi yaradılmış, peşə-ixtisas təhsili pilləsində əsaslı struktur dəyişiklikləri aparılmış, ali təhsilin ikipilləli sisteminə keçilmiş,  təhsil sahəsində beynəlxalq əlaqələr əhəmiyyətli dərəcədə genişlənmişdir.

Ən başlıcası isə, təhsil sahəsində islahat proqramına uyğun olaraq, bu  ideyaları həyata keçirmək məqsədi ilə Dünya Bankının krediti hesabına 20 pilot məktəbi müəyyən edilmişdir. Nazirlik hazırda Dünya Bankı ilə qarşıdakı on illik dövrü əhatə edən ikinci islahat layihəsi üzərində işini davam etdirməkdədir.

Misir Mərdanov bildirdi ki, nazirlik Azərbaycan Prezidentinin göstərişini rəhbər tutaraq yeni dərs ilini “keyfiyyət ili” elan etmişdir. Bu istiqamətdə ilkin addımlar atılmış, təhsilin keyfiyyətinə nəzarət üzrə monitorinqin və qiymətləndirmənin yeni mexanizminin, eləcə də şagird və tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sisteminin eksperimental qaydada tətbiqinə başlanılmışdır. Təhsilin keyfiyyəti məsələsi müasir dünyanın ən qlobal probleminə çevrilibdir. Məhz buna görə YUNESKO XX1 əsri “Təhsil əsri” - “İntellekt əsri” elan  edibdir.

Nazir dedi ki, respublika Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanlarından, habelə bu günlərdəki bəyanatından irəli gələn vəzifələrin yerinə yetirilməsində Azərbaycan məktəbinin üzərinə böyük məsuliyyət düşür. Təhsil işçiləri möhtərəm Prezidentimizin bu tarixi Fərmanlarını və bəyanatını ürəkdən bəyənir və müdafiə edirlər. Həmin tarixi sənədlərdə qoyulan problemlərin icrasını təmin etmək məqsədi ilə nazirlikdə xüsusi fəaliyyət proqramı hazırlanmış və onun həyata keçirilməsinə başlanılmışdır.

Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov, BDU-nun filologiya fakültəsinin dekanı, Milli Məclisin deputatı Nizami Cəfərov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ələkbər Quliyev, Bakının Nizami rayonundakı “Zəngi” litseyinin direktoru Bayram Heydərov, Binəqədi rayonu təhsil şöbəsinin müdiri Həqiqə Məmmədova, Əzizbəyov rayonu təhsil şöbəsinin müdiri İlham Məmmədov müşavirədə çıxış etdilər.

Natiqllər vurğuladılar ki,  44 dövlət və özəl ali təhsil müəssisəsini, 70-dən çox orta ixtisas məktəbini, 4500-dən çox ümumtəhsil məktəbini əhatə edən Azərbaycan təhsil sistemində minə yaxın elmlər doktoru, beş mindən çox elmlər namizədi, yüz minlərlə müəllim çalışır. Bununla yanaşı, təhsildə çatışmazlıqlar və problemlər də mövcuddur. Lakin respublika rəhbərliyinin, ilk növbədə Azərbaycan Prezidentinin təhsilə göstərdiyi diqqət və qayğı bunların aradan qaldırılacağına ümid verir.

Çıxış edənlər orta məktməblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsinin zəruriliyini vurğuladılar, mövcud nöqsanlar barədə fikirlərini açıqladılar, Azərbaycan Prezidentinin məlum Fərmanlarının, bəyanatının ana dilimizin dərindən öyrənilməsi, təbliği, mənəvi dəyərlərimizin qorunması, uşaqların və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində müstəsna rolu olduğunu, təhsil işçiləri qarşısında mühüm vəzifələr qoyduğunu bildirdilər.

Azərbaycan Prezidentinin icra aparatının rəhbəri RAMİZ MEHDİYEV  müşavirədə geniş məruzə etdi. O, müşavirə iştirakçılarını yeni tədris ili münasibətilə təbrik etdi, üçüncü minilliyin və təzəəsrin ilk ilinə təsadüf edən bu dərs ilinin Azərbaycan təhsilinin tarixində keyfiyyətcə də yeni dövrün başlanğıcı olmasını arzuladı.

Natiq vurğuladı ki, avqust müşavirəsinin diqqət mərkəzində duranəsas mövzulardan biri dəAzərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” (18 iyun 2001-ci il), “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” (9avqust 2001-ci il) Fərmanları və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı 13 avqust tarixli bəyanatı olmalıdır. Geniş ictimaiyyətin, o cümlədən ziyalıların dərin rəğbətlə qarşıladıqları bu Fərmanlar möhtərəm prezidentimizin xalqımız qarşısında böyük tarixi xidmətlərindən biri olub, ana dilimizin təbliği, öyrənilməsi, tətbiqi işinin təkmilləşdirilməsi sahəsində misilsiz əhəmiyyətə malik sənədlər kimi gənclərimizin vətənpərvərlik tərbiyəsində, milli şüurun formalaşmasında müstəsna rol oynayacaqdır.

Respublika Prezidentinin 13 tarixli bəyanatı Azərbaycan təhsili qarşısında mühüm tələblər irəli sürür. Hər bir xalqın adət-ənənəsi olduğu kimi, millətimizin də öz milli-mənəvi və dini dəyərlərinin olduğunu vurğulayan dövlətimizin başçısı əsrlər boyu yaranmış bu dəyərlərin xalqımızın mənəviyyatını təşkil etdiyini və buna görə də qorunmalı olduğunu dönə-dönə qeyd etmişdir. Millətimizin yüksək milli-mənəvi dəyərlərini ləkələməyə çalışan qüvvələrin əməllərinin ağır dərdləri olan bir ölkədə ifrat həddə çatmasının doğurduğu hiddət dolu bu kəskin etiraz bəyanatı təhsil sahəsində çalışanları ciddi düşündürməlidir. Çünki Azərbaycan xalqı gənc nəsli onlara əmanət etmişdir. Təhsil işçiləri gənclərimizin mənəviyyatsız yola getməsinin qarşısını almaq üçün onları ən əvvəl əxlaqı dəyərlər aşılayan elmi biliklərlə silahlandırmağı bacarmalı, mənəviyyatımızın, milli mentalitetimizin qorunması yolunda ən yüksək vətəndaşlıq nümunəsi göstərməlidirlər.

Bizim milli təhsilimizin bünövrəsini Azərbaycan əlifbası və Azərbaycan dili təşkil edir. Prezidentin adı çəkilən Fərmanları Azərbaycan məktəbinə XX1 əsrin tələblərinə uyğun olan yüksək zəkalı, milli məfkurəyə sadiq, sağlam mənəviyyatlı insan tərbiyə etməyə imkan verir. Bu Fərmanlar bir daha sübut edir ki, tarixin bütün zərbələrinə baxmayaraq, Azərbaycan xalqı öz dilini, ədəbiyyatını, zəngin mədəni irsini nəinki qoruyub saxlamağa nail olmuş, həm də onları zənginləşdirib ən dəyərli bir ərmağan kimi müstəqil Azərbaycanın gələcək nəsillərinə çatdırmaq üçün əlverişli zəmin yaratmışdır.

Ramiz Mehdiyev xatırlatdı ki, XX əsrin son ilində Dakarda keçirilən Dünya Təhsil Forumu yeni əsrdə təhsilin məqsədlərini və aktual problemlərini müəyyənləşdirmişdir. Forum ayrı-seçkilikdən uzaq olan, müasir tələblərə çavab verən mükəmməl təhsil sisteminin formalaşmasını bir vəzifə kimi irəli sürmüş, hər bir ölkəyə öz milli proqramını hazırlamağı tövsiyə etmişdir. Belə bir milli proqramın hazırlanması bizdən tələb edir ki, keçdiyimiz yola nəzər salaq, onu təhlil edərək nailiyyətlərimizi və problemlərimizi müəyyənləşdirək.

Keçdiyimiz yola nəzər salarkən görürük ki, Azərbaycanda təhsilin, məktəbin tarixi çox qədim dövrlərə təsadüf etsə də, onun inkişafı XX əsrlə bağlı olsa da, həmin əsrin 70-ci illərindən başlayaraq daha geniş vüsət almışdır.Məhz bu illərdə təhsil ölkəmizin iqtisadiyyatının, elm və mədəniyyətinin, sosial sahələrinin inkişafına təkan verən daha güclü qüvvəyə çevrilmiş, vətəndaşların təhsil almaq imkanlarının artırılması istiqamətində təsirli tədbirlər həyata keçirilmışdır. O vaxtlar Azərbaycana rəhbərlik edən möhtərəm Heydər Əliyevin daimi diqqət və qayğısı sayəsində respublikamızda məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş ali məktəblərə qədər bütün təhsil şəbəkəsi ilbəil genişləndirilir, təhsil sisteminin maddi-texniki bazası ardıcıl surətdə möhkəmləndirilirdi.

XX əsrdə Azərbaycan təhsili 70 ildən artıq bir müddətdə keçmiş SSRİ-nin təhsil sistemi cərçivəsində qurulsa da, öz milli xarakterini qoruyub saxlaya bilmiş, təhsilin, əsasən, ana dilində aparılması milli əqidənin və təfəkkürün təşəkkülündə müstəsna rol oynamışdır. Bu mənada cənab Heydər Əliyevin siyasi iradəsi və cəsarəti sayəsində 1978-ci ildə keçmiş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinin də misilsiz tarixi əhəmiyyəti olmuşdur.

        Məruzəçi bildirdi ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə ictimai-siyasi, ideoloji mənzərənin dəyişilməsi, bazar münasibətləri zəminində yeni iqtisadi dünyagörüşünün formalaşması, cəmiyyətdə demokratik meyllərin artması bütün fəaliyyət sahələri kimi, təhsilə də öz təsirini göstərmişdir.

        1992-ci ildə qəbul olunan Təhsil Qanunu Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində ilk addım olsa da, onun bir çox müddəaları müasir tələblərə çavab vermədiyinə görə, yeni qanunun qəbul olunmasına zərurət duyulur. Azərbaycan təhsilində yaranan keyfiyyət dəyişiklikləri, eləcə də ölkə iqtisadiyyatının bazar münasibətlərinə inamla keçidi təhsil sahəsində islahatların aparılmasını zəruri edirdi. 1999-cu il iyunun 15-də ölkə Prezidenti Heydər Əliyev tərəfindən təsdiq olunmuş Təhsil İslahat Proqramı məhz həmin zərurətin obyektiv gerçəklikdən doğan real nəticəsi idi. Bu Proqramın əsas konseptual ideyaları isə hələ xeyli əvvəl, möhtərəm Prezidentimizin Azərbaycan müəllimlərinin XI qurultayındakı dərin məzmunlu və proqram xarakterli nitqində qoyulmuşdu. İslahat Proqramı XX əsrin sonunda təsdiq olunsa da, strateji əhəmiyyətə malik həmin sənəd yeni yüzilliyin ilk 15-20 ilində Azərbaycan təhsilinin inkişafının öncül istiqamətlərini müəyyənləşdirmişdir.

XX əsr arxada qalmışdır. Yeni, 2001-ci il ərəfəsində dövlətimizin başçısının xalqa müraciətində Azərbaycanın XX əsrdə keçdiyi tarixi yol bütün uğurları, meylləri və ziddiyətləri ilə geniş şəkildə işıqlandırılmışdır. Cəsarətlə demək lazımdır ki, analitik təfəkkürün dolğun ifadəsi olan bu tarixi müraciət ötən əsrin dəqiq xronalogiyasını əks etdirən fundamental elmi araşdırma səviyyəsinə yüksəlmişdir.

Bəşəriyyətin XX1 əsrə qədəm qoyması sadəcə təqvim dəyişikliyi hadisəsi deyildir. Bu əsrdə bizi yeni reallıqlar, yeni problemlər gözləyir. Yeni yüzillik, heç şübhəsiz, cəmiyyətin ictimai-siyasi, mədəni və sosial həyatının qloballaşması və universallaşması, informasiya texnologiyalarının və telekommunikasiyaların rolunun artması ilə bağlı bir dövr olacaqdır. Eyni zamanda, bu əsrdə maddi sərvətlərin və ehtiyatların məhdudlaşması, ekoloji problemlərin kəskinləşməsi, bütün fəaliyyət sahələrində rəqabətin daha da güclənməsi, cəmiyyətin infrastrukturunun nəzərəçarpacaq dərəcədə dəyişməsi də gözlənilir. Bütün bunlara əsasən, demək olar ki, yeni dövrün tələbləri və problemləri nə qədər sərt və çətin olarsa, insan amili, onun istedadı, bacarıq və qabiliyyəti bir o qədər böyük əhəmiyyət kəsb edəcəkdir. Bu mənada XX1 əsri “Zəkalar əsri” adlandırsaq, heç də səhv etmərik. Ona görə də yeni yüzillik  həm də təhsilin intensiv inkişaf əsri olacaqdır. Bu baxımdan təbii bir sual meydana çıxır: Təhsilimizin hazırki səviyyəsi, potensial imkanlarımız yeni əsrdə təhsil sahəsində qarşıda duran qlobal vəzifələri yerinə yetirməyə zəmin yaradırmı?!

Inkarolunmaz faktdır ki, bütün vətəndaşlara təhsil almaq üçün bərabər şəraitin yaradılması, on bir illik icbari orta təhsilə keçilməsi, peşəkar müəllim korpusunun, eləcə də güclü elmi-pedaqoji kadr potensialının formalaşması, ana dilində milyon tirajlarla dərsliklərin, tədris vəsaitlərinin nəşri, təhsildə yeni dövlət standartlarının hazırlanıb tətbiq olunması vəən nəhayət, son on ildə milli təhsil sisteminin təşəkkül tapması ən böyük nailiyyətlərimizdən sayılmalıdır.

Ramiz Mehdiyev bildirdi ki, ölkəmizdə məktəbəqədər  müəssisələrin və bunlarda uşaqların sayı xeyli azalmışdır. Bu, bir tərəfdən, demoqrafik amillərlə, habelə məcburi köçkünlər problemi iləəlaqədardırsa, digər tərəfdən, həmin müəssisələrin maddi təminatının zəif olması ilə bağlıdır. Bir çox rayonlarda bu müəssisələrə qayğı göstərmək əvəzinə,  onların binaları mənimsənilərək maddi texniki bazası məhv edilmişdir. Bu hal xüsusilə təhsil nazirliyi şəbəkəsindən kənarda qalan, digər nazirlik, idarə və təşkilatların, habelə bəzi yerli icra strukturlarının balansında olan müəssisələrə aiddir. Elə Bakı şəhərinin mərkəzində yerləşən və vaxtilə uşaqlarımızın tərbiyəsində böyük rol oynamış bir neçə belə müəssisənin binasında indi restoran, mağaza, bank və s. fəaliyyət göstərir və yaxud onlar müxtəlif şirkətlərə verilmişdir.

        Məktəbəqədər uşaq müəssisələrinin ərzaq təminatı da istənilən səviyyədə deyildir. Hərçənd, indinin özündə bu məqsədlər üçün o qədər də az vəsait sərf edilmir. Dözülməz haldır ki, uşaq bağçasına gələn uşaq çox vaxt özü ilə yemək də gətirir. Kontingentinin demək olar ki, böyük əksəriyyəti imkansız ailələrdən olan bu müəssisələrin pedaqoji və texniki işçilərinin əmək haqları həddindən artıq aşağıdır. Yeni yaşayış  massivlərində körpələr evləri və uşaq bağçaları yox dərəcəsindədir. Əgər  nəzərə alsaq ki, məktəbəqədər müəssisələr uşaqların erkən yaşlarından dünyagörüşünün formalaşmasında, əqli və fiziki inkişafında, tərbiyə olunmasında, eyni zamanda məktəbə hazırlığında müstəsna əhəmiyyət kəsb edir, onda bu problemin nə qədər ciddi olduğu daha qabarıq nəzərə çarpır. Ona görə də məktəbəqədər uşaq müəssisələrinin inkişafına dəstək üçün yaxın vaxtlarda müvafiq qanunvericilik aktlarının qəbul edilməsi son dərəcə vacibdir.

Məruzəçi dedi ki, müasir inkişaf mərhələsində təhsil sisteminin ən aktual problemi hər bir fərdin şəxsiyyət kimi formalaşdırılmasından, əsl vətəndaş yetişdirilməsindən ibarətdir. Vaxtilə cəmiyyətdə belə bir fikir yaranmışdı ki, orta məktəbin vəzifəsi yalnız ayrı-ayrı fənlər üzrə bilik verməkdən ibarətdir. Bu meyl indi də tam aradan qaldırılmamışdır. Halbuki, bilik vermək məktəbin bir vəzifəsidirsə, tərbiyə etmək onun ikiqat vəzifəsidir. Bu sahədə məsələlərin tənzim olunması üçün tez bir zamanda "Milli tərbiyə konsepsiyası" işlənib hazırlanması və onun tətbiqinə başlanması məqsədəuyğundur.

        Görkəmli alim, tanınmış sənətçi olmaq olar, lakin  bu insanlar Vətənin çətin vaxtlarında həlledici rol oynaya bilməsələr, onların nə elminin, nə sənətlərinin heç bir əhəmiyyəti yoxdur. Bu mənada bizim təhsil ocaqlarımız, xüsusən də orta məktəblərimiz ilk növbədə vətəndaşlıq məktəblərinə çevrilməlidir. Orta məktəblərdə tədris olunan hər bir fənn bilik verməklə yanaşı, eyni zamanda vətəndaş tərbiyəsinə xidmət etməlidir. Bu sahədə Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası fənlərinin imkanları daha böyükdür. Əslində, bu fənlər üzrə keçilən dərslər eləəsl mənada vətəndaşlıq dərsləridir.

Prezident Heydər Əliyev təhsil işçiləri və gənclərlə çoxsaylı görüşlərində doğma ana dilinin, Azərbaycan ədəbiyyatının, tarix və coğrafiyasının dərindən öyrənilməsinin vacibliyini dəfələrlə qeyd etmiş, bütün bunlarla əlaqədar qarşıya çox ciddi vəzifələr qoymuşdur. Şübhəsiz ki,  "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman gənclərimizin vətənpərvərlik tərbiyəsində, milli şüurun formalaşmasında  müstəsna rol oynayacaqdır. İndi vəzifə ondan ibarətdir ki, məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş ali məktəblərə qədər bütün pillələrdə Azərbaycan dilinin tətbiq sahəsi durmadan genişləndirilsin, dilin öyrənilməsi metodikaları getdikcə təkmilləşdirilsin və Azərbaycan dilində gözəl nitq qabiliyyətinə malik olmaq ümumxalq əhəmiyyətli işə çevrilsin.

Qeyd olundu ki, təhsilin səviyyəsi, təlimin keyfiyyəti Azərbaycan ictimaiyyətini razı salmır. Ümumi orta təhsilin dövlət standartları təsdiq edilsə də, indiyədək ayrı-ayrı fənlər üzrə öyrədiləcək minimum biliklərin həcmi hələ tam dəqiqləşdirilməmişdir. Dərsliklərin heç də hamısı lüzumsuz, ikinci dərəcəli materiallardan tam təmizlənməmişdir. Orta məktəb şagirdlərinin 50-60 faizindən çoxu fundamental fənlərdən, o cümlədən riyaziyyat, biologiya, kimya, fizika və s. fənlərdən verilən bilikləri məktəb şəraitində lazımi səviyyədə mənimsəyə bilmirlər.

        Natiqin fikrincə, inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınaraq ibtidai, orta və tam orta təhsil pillələrini özündə birləşdirən 12 illik ümumi orta təhsilə keçməyin vaxtı gəlib çatmışdır. Bunun üçün müasir təfəkkürlü, yüksək peşəkar səviyyəyə malik müəllim korpusunun yaradılması, hazırda fəaliyyət göstərən müəllimlərin ixtisasının artırılması və yenidən hazırlanması kimi vacib məsələlər də həll olunmalıdır.

Məruzəci vurğuladı ki, uşaq və gənclərin estetik dünya görüşünün formalaşmasına, fiziki hazırlığının inkişafına, kompüter təliminə, xarici dillərin öyrənilməsinə ciddi diqqət yetirilməsi son dərəcə vacibdir. Orta məktəblərdə şagirdlərin fiziki hazırlığına həftədə cəmi 2 saat vaxt ayrılması nə dərəcədə düzgündür?!

Daha sonra "məktəb-valideyn" münasibətlərinə toxunan natiq dedi ki, uşaq və gənclərimizin formalaşması prosesində bu əlaqələr nə pedaqoji, nə də psixoloji baxımdan bir-birini tamamlamır. Məktəb konkret olaraq hər bir şagirdin bilik, bacarıq və vərdişlərinin səviyyəsi, potensial imkanları, bir sözlə, onun nəyə qadir olduğu barədə valideynlərində obyektiv təsəvvür yaratmır. Halbuki, hər bir şagirdin gələcək inkişafı, cəmiyyətdə tutacağı mövqe, peşə istiqaməti haqqında əsaslandırılmış proqnoz məhz məktəb tərəfindən verilməlidir.

İstedad o vaxt əsl mənəvi sərvətə çevrilir ki, o vaxtında aşkar olunsun, onun gələcək inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilsin. Təəssüf ki, istedadlı uşaqlarla işin təşkilində hələ də vahid, səmərəli mexanizm yoxdur. Məruzəçinin fikrincə, strateji əhəmiyyətli bu məsələ iləəlaqədar xüsusi dövlət Proqramının hazırlanmasına zəruri ehtiyac vardır.

        Ramiz Mehdiyev daha sonra dedi ki, orta məktəblərdə uşaq və gənclərin təhsilinin təşkili, təlimin keyfiyyətinin təmin olunması, məktəb-valideyn əlaqələrinin yaradılması və digər sahələrdə mövcud olan nöqsanlar, obyektiv səbəblərlə yanaşı, həm də bir sıra məktəb rəhbərlərinin idarəetmədə peşəkarlıq səviyyəsinin aşağı olması kimi subyektiv amillə  bağlıdır. Bəzi məktəblərdə müəllimlər tədris etdikləri fənnə barmaqarası baxırlar. Orta məktəblərdə, xüsusilə buraxılış siniflərində imtahanların sayı çoxdur. Birinci siniflərə qəbul zamanı süni maneələr yaradılır. Bəzi məktəblərdə ödənişli siniflər yaratmaq kimi sağlam məntiqdən uzaq və qeyri-qanuni ideyalar dolaşmaqdadır. Müxtəlif tipli gimnaziya və litseylər yaratmaqla mahiyyətində heç bir dəyişiklik olmayan təhsil ocaqları çoxalmışdır. Məktəblərdə rəhbər korpusun və müəllim kadrlarının keyfiyyətcə yeniləşdirilməsinə ehtiyac duyulur. Bunun üçün tez bir zamanda müvafiq attestasiya mexanizmi hazırlanıb həyata keçirilməlidir.

        Natiq dedi ki, ölkəmiz müstəqillik qazandıqdan sonra peşə ixtisas təhsili müəssisələrinin fəaliyyət istiqamətlərinə, mütəxəssis hazırlığına qoyulan tələblər də köklü şəkildə dəyişmişdir. Hazırda bu sahədə elə problemlər mövcuddur ki, onları təxirə salmadan həll etmək lazımdır.

Peşə ixtisas təhsilinin ilkin mərhələsi olan texniki peşə təhsilinin cəmiyyətdə rolu və statusu əvvəlki illərlə müqayisədə çox aşağı düşmüşdür. Belə vəziyyət, əsasən, 1992-ci ildə respublikaya rəhbərlik edənlərin texniki peşə təhsili sisteminə pozucu münasibəti nəticəsində yaranmışdır. Hətta o dövrdə texniki peşə təhsili sisteminin tamamilə ləğv olunması barədə parlament qarşısında məsələ də qaldırılmışdı. Məqsəd də ondan ibarət idi ki, uzun illərdən bəri yaradılmış zəngin maddi-texniki baza satılaraq şəxsi əllərə keçsin, dövlətə məxsus binalar isə özəlləşdirilsin.

        Bizim siyasətimiz texniki peşə təhsili sisteminin qorunub saxlanması və dinamik inkişafının tə"min edilməsindən ibarətdir. Buna nail olmaq üçün ilk növbədə onun təhsil sistemindəki, bütövlükdə isə cəmiyyətdəki statusu bərpa olunmalı, bu tədris müəssisələrindəəvvəllər deyildiyi kimi "fəhlə" yox, iqtisadiyyatın və sosial sahənin müasir infrastrukturu nəzərə alınmaqla ixtisaslı "sənətkar", "usta" hazırlanmalıdır. İlk növbədə istehsal prosesində gedən dəyişikliklər tədris prosesində öz əksini tapmalıdır.

Orta ixtisas təhsilindən söhbət açan natiq xatırlatdı ki, YUNESKO-nun Beynəlxalq təhsil təsnifatında bu, ümumi orta təhsildən sonrakı təhsil kimi qeyd olunmuşdur. Son illərdə təhsildə aparılan düzgün dövlət siyasəti sayəsində orta ixtisas təhsili müəssisələrinin müstəqil fəaliyyəti və inkişafı üçün hüquqi, iqtisadi və digər zəminlər yaranmış və onların şəbəkəsi qorunub saxlanmışdır.

        Prezidentin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında"  13 iyun 2000-ci il tarixli Fərmanı ilə bir sıra dövlət qurumlarının tabeliyində olan 21 orta ixtisas təhsili müəssisəsi Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.

Lakin nazirlik isə bu imkandan istifadə etmir. Məsələn, kənd təsərrüfat profilli orta ixtisas təhsili müəssisələrinin mövcud ixtisas strukturu müasir bazar iqtisadiyyatının, aqrar sektorda sahibkarlığın, fermer təsərrüfatının inkişafına tam xidmət etmir. Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinə yenidən baxılmalı, kadr hazırlığı strukturu təkmilləşdirilməlidir. Natiqiin fikrincə, respublikada aparılan təhsil islahatları çərçivəsində orta ixtisas təhsilinə dair xüsusi perspektiv inkişaf Proqramı hazırlanıb təsdiq edilməli və realizə olunmalıdır.

        Əgər biz təhsili cəmiyyətin inkişafetdirici qüvvəsi sayırıqsa, mübaliğəsiz demək olar ki, bu prosesin mərkəzində ali təhsil dayanır. Çünki yalnız əsl ziyalı, yüksək təhsilli şəxsiyyət, bütövlükdə təhsillənmiş cəmiyyət demokratiyanın mahiyyətini, zəruriliyini və xüsusiyyətlərini düzgün dərk edə və onlardan daha səmərəli, daha şüurlu istifadə edə bilər.

        Bazar münasibətləri şəraitində ali təhsilli mütəxəssis hazırlığına qoyulan tələblər kökündən dəyişmişdir. İndi ali təhsilin inkişaf prioritetlərinin əsasını əmək bazarının tez-tez dəyişən tələbatına uyğun mütəxəssis hazırlığının çevik modelinin yaradılması, kadr hazırlığı sahəsində iqtisadiyyatın infrastrukturuna əsasən ixtisas və ixtisaslaşma təsnifatının təsdiq olunması, bakalavr və magistr pillələrində kadr hazırlığına qoyulan yeni tələblərin işlənilməsi, bu zəmində məzmunun yeniləşdirilməsi və ali təhsilə mütəxəssis yetişdirilməsinin  yeni dövlət standartlarının hazırlanması təşkil etməlidir. Bütün bunlarla bərabər, ali təhsilin təşkili ilə bağlı siyasət elə qurulmalıdır ki, gələcəkdə bu müəssisələr elm-təhsil-istehsal komplekslərinə çevrilsin. Başqa sözlə, elmin təhsillə inteqrasiyası təmin olunsun, onların nəzdində ayrı-ayrı pillələrdən olan təhsil müəssisələri yaradılsın, öz profillərinə uyğun istehsal sahələri təşkil edilsin.

Özəl təhsil müəssisələrindən danışan məruzəci dedi ki,  müstəqilliyin ilk illərində heç bir hüquqi əsas olmadan 100-dən artıq özəl ali təhsil müəssisəsi açıldı. Lakin zaman ötdükcəbelətəhsil müəssisələrinin açılması, hüquqi şəxs statusu alması,ləğvi kimi vacib reqlamentlər hazırlanıb qəbul edildi. Amma yenə də qanunsuz fəaliyyət göstərən özəl müəssisələr mövcuddur və Respublikamızın müvafiq orqanları hələ də bu hallara qarşı qəti tədbirlər görmürlər. Digər tərəfdən, də qanuni açılmış özəl ali məktəblərin bir çoxunda təhsilin səviyyəsi olduqca aşağıdır. Bunların əksəriyyəti daha çox şəxsi qazanc məqsədi güdürlər. Halbuki, özəl ali təhsil müəssisələri təhsilin keyfiyyəti naminə dövlət ali təhsil müəssisələrilə sağlam rəqabət aparmalıdırlar.

        Təhsildə keyfiyyət göstəricilərindən danışarkən ilk növbədə müəllim hazırlığı, onların diplomdan sonrakı təhsili kimi vacib məsələlərə də toxunmaq lazımdır. Azərbaycan Prezidenti Heydər Əliyev müəllimlərin birinci qurultayında demişdir: "Müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir. Müəllimlik asan peşə deyildir. Bəziləri hesab edirlər ki, hər adam müəllim ola bilər. Bəzən olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik edir". Müəllim hazırlığına və onların fasiləsiz təhsilinə olan xüsusi diqqətin nəticəsidir ki, Prezidentin2000-ci il 13 iyun tarixli Fərmanı ilə Azərbaycan təhsilində hələ analoqu olmayan Azərbaycan Müəllimlər İnstitutu və onun respublikanın bütün müəllim kontingentini əhatə edə biləcək 12 filialı yaradıldı.

Ramiz Mehdiyev bildirdi ki, təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdən biri kimi pedaqoji kadrların attestasiyasının yeni mexanizminin hazırlanması da Prezidentin yuxarıda adı çəkilən Fərmanında öz əksini tapmışdır. Lakin ötən müddət ərzində bu barədə layihə hazırlanmasına baxmayaraq, təəssüf ki, bu günədək təsdiq edilməmişdir. Məruzəçinin fikrincə, pedaqoji kadrlar attestasiyadan keçirilərkən keyfiyyət meyarları hökmən əsas götürülməli, əməyin düzgün qiymətləndirilməsi və stimullaşdırılmasına istinad olunmalıdır. Əks təqdirdə attestasiya yenə də formal xarakter daşıyacaq, onun nəticəsinin isə keyfiyyət göstəricilərinə heç bir təsiri olmayacaqdır.

        Təhsilin idarə olunmasında yeni mexanizmlərə keçid məsələsi də aktual problemlərdən biridir. Təəssüf ki, təhsilin idarə edilməsində mövcud olan ikili tabeçilik onun keyfiyyətinə mənfi təsir göstərir. Respublikada təhsilin idarə olunması, onun maliyyələşməsi, metodiki və tədris vasitələri ilə təminatı, kadr məsələləri, təmir və texniki təchizat məsələləri yalnız təhsil nazirliyi tərəfindən həyata keçirilməlidir.

Müəllimin məktəbdəki statusunun yüksəldilməsi problemlərinə toxunan natiq vurğuladı ki, müəllimin tədris müəssisəsindəki rolu yüksəldilməsə, o, cəmiyyətdə layiqli yerini tuta bilməz. Məktəbdə gedən bütün proseslərdə müəllimin iştirakı təmin edilməli, onun yaradıcı fəaliyyəti üçün bütün imkanlardan maksimum istifadə olunmalı, "təhsil verən-təhsil alan", "müəllim-valideyn", "müəllim-əmək kollektivi" vəən nəhayət, "müəllim-idarəedən” münasibətləri tənzimlənməli, başlıcası isə, müəllimin sosial problemləri həll edilməlidir. Təəssüf ki, regionlarda bəzi hallarda müəllimlərin sosial problemlərinin həllini yalnız mərkəzdən gözləyirlər. Yerli icra hakimiyyəti orqanlarının, rayon ictimaiyyətinin birgə səyləri əsasında həll oluna bilən kiçik bir problemi süni surətdə şişirdirlər.

        Təhsil sistemi qarşısında qoyulan möhtəşəm vəzifələrin uğurla həyata keçirilməsi maliyyə təminatından, ölkə iqtisadiyyatının intensiv inkişafından çox asılıdır. Prezident Heydər Əliyev öncül sahə kimi  təhsilin  inkişafına daim diqqət və qayğı göstərmiş, təhsil işçilərinin əmək haqqının artırılması barədə Sərəncamlar imzalanmışdır. Təsadüfi deyil ki,  İslahat Proqramında təhsilin maliyyə təminatının mərhələlər üzrə yüksələn xəttlə inkişafı xüsusi olaraq nəzərdə tutulmuşdur. Qaçqın və müharibə problemlərini yaşayan bir ölkənin təhsilinin tərəqqisi üçün əlavə maliyyələşmə mənbələrinin axtarıb tapılması son dərəcə zəruridir. Təhsil nazirliyi, eləcə dəiqtisadi inkişaf vəmaliyyə nazirlikləri, digər dövlət qurumları təhsil sisteminə investisiyaların cəlbi, qrantların ayrılması istiqamətində təsirli tədbirlər görməli, beynəlxalq təşkilatlarla, təhsil sahəsində xarici tərəfdaşlarla işi gücləndirilməlidirlər.

        Məruzəci daha bir vacib məsələdən - təhsil ocaqlarında son vaxtlar müşahidə olunan siyasiləşmə prosesindən də bəhs edərək vurğuladı ki, totalitar rejimə xas olan bu hala çoxpartiyalı cəmiyyətdə yol vermək olmaz. Təəssüf ki, cəmiyyətimizdə təhsil ocaqlarını öz siyasi ambisiyalarını həyata keçirmək üçün poliqon hesab edən qüvvələr mövcuddur, belə qüvvələrin təsiri altında uşaqlar, gənclər məktəbdən yayınaraq zərərli işlərlə məşğul olurlar. Bu gün təhsil ocaqlarında çalışanlar dövlətçilik mənafelərindən çıxış edərək, yetişməkdə olan gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə var gücünü sərf etməli, Azərbaycanın daxili və xarici siyasətini düzgün dərk edib onun təbliğatçısına çevrilməlidirlər.

Natiq dedi ki, plüralizmin hökm sürdüyü hazırkı vaxtda təhsilin təşkili, inkişafı və idarə olunması, islahatların aparılması, beynəlxalq təcrübənin tətbiqi və sair kimi məsələlərlə bağlı müxtəlif fikirlər, mübahisəli yanaşmalar da meydana çıxır. Bu, təbiidir. Lakin bütün ideyaları yenilik kimi qəbul edib mexaniki şəkildə Azərbaycan təhsilinə gətirmək olmaz. Məsələn, deyirlər ki, demokratiya şəraitində yaşayırıqsa, muxtariyyət və özünüidarəetmə prinsiplərinin tətbiqinə şərait yaradılıbsa, onda təhsil sisteminə dövlət nəzarəti arxa plana keçməlidir. Bəzilərinin fikrincə, dövlət təhsil müəssisələrinin özəlləşdirilməsi və yaxud icarəyə verilməsi yolu ilə maliyyə problemlərini həll etmək olar. Elələri də var ki, təhsilimizi inkişaf etdirmək məqsədi ilə çoxəsrlik tərəqqi yolu keçmiş hər hansı bir dövlətin, yaxud dövlətlərin təhsil modellərini olduğu kimi Azərbaycana tətbiq etmək istəyirlər. Mühafizəkarlar isə heç bir islahatı qəbul etmir, Azərbaycan təhsilini olduğu kimi saxlamağa çağırırlar.

        Natiqinfikrincə, problemlərə busəpkidə yanaşmaqlatəhsildə müsbət  nəticələrəldə etməkmümkündeyildir. Çünkitəhsilsisteminə nəzarətsahəsində dövlətinrolununazaldılması cəmiyyətinsosial-iqtisadiinkişafındatəhsilinrolununaşağı düşməsiilə nəticələnə bilər. Dövləttəhsilmüəssisələrinin özəlləşdirilməsivə yaonlarıngeniş miqyasdaicarəyə verilməsi, əslində, onların şəxsiəllərə keçməsivə nəticə etibarilə maddi-texnikibazanın, əmlakındağıdılması deməkdir. Beynəlxalqtəcrübənintətbiqinə gəlincə isə, bizimtəhsilimizmillipedaqojiənənələr, millimentalitet, iqtisadidurum, realpotensialimkanlar üzərində və dünyatəcrübəsininənmütərəqqimodelvə mexanizmlərindəndüzgün, səmərəliistifadə olunmaqlainkişafetdirilməlidir.

        Bütünbunlarlayanaşı, müəllimlərinsosialvəziyyətininaşağı düşməsinə, təhsilinelm, mədəniyyətvə iqtisadiyyatlaəlaqələrininpozulmasına, onuntərbiyəvixarakterininazalmasına, təhsilişçilərininhüquqvə azadlıqlarınınməhdudlaşdırılmasına, təhsildə humanistləşdirmə istiqamətininzəifləməsinə qətiyyənyolverməkolmaz.

Məruzəçidediki, XXIəsrinilkonillikləri üçün Azərbaycan dövlətinin təhsil siyasəti və strategiyasının əsasını məhz bu istiqamətlər müəyyənləşdirəcəkdir. Bu müddəaların nəzərə alınmaması və praktik fəaliyyətdə onlara əməl edilməməsi nəinki təhsil sistemində, bütövlükdə cəmiyyətdə pozucu proseslərin baş verməsinə gətirib çıxara bilər.

        Ramiz Mehdiyev XXI əsrin ilk onilliklərində Azərbaycanda təhsil sahəsində aşağıdakı qlobal vəzifələrin öz həllini gözlədiyini vurğuladı:

- Azərbaycanın bütün vətəndaşlarına keyfiyyətli təhsil almaq üçün bərabər şəraitin yaradılması;

-təhsilin ölkə iqtisadiyyatının yüksəlişinə təsirinin gücləndirilməsi;

-vətəndaş tərbiyəsinin təhsilin başlıca prioritetlərindən birinə çevrilməsi;

-fundamental və tətbiqi elmlərin dinamik inkişafının təmin edilməsi ;

-elmi tədqiqatların nəticələrindən istehsalatın və sosial-mədəni sahələrin texnoloji modernləşdirilməsində səmərəli istifadə olunması;

-ali məktəblərin bazasında elmitədqiqat işlərinin gücləndirilməsi;

-informasiya-kommunikasiya texnologiyalarının təhsil prosesində mühüm vasitəyə çevrilməsi, müasir təlim texnologiyalarının və innovasiyaların dərindən tətbiqi;

-təlimin praktik yönümünün gücləndirilməsi;

-təhsil sisteminin tam kompüterləşdirilməsi;

-təhsilin forma, məzmun və strukturunun müasir baxımdan təkmilləşdirilməsi;

-təhsilin bütün pillələrində dərslik probleminin həlli üçün "Dərsliklərin hazırlanması, nəşri və təminatının dövlət Proqramı"nın təsdiq olunub həyata keçirilməsi, ilk onillik ərzində tədricən orta məktəb dərsliklərinin pulsuz verilməsi;

-müəllim hazırlığının forma və məzmunca yenidən qurulması;

-rəhbər pedaqoji kadrların peşəkarlıq səviyyəsinin keyfiyyətcə yaxşılaşdırılması sahəsində təsirli tədbirlərin görülməsi;

-idarəetmənin demokratik prinsiplərəəsaslanan çevik mexanizmlərinin prosesə geniş tətbiq olunması;

-mütəxəssis hazırlığının elmi cəhətdən əsaslandırılmış dəqiq proqnozlaşdırmaya uyğun aparılması;

-ümumi təhsil müəssisələrinin pedaqoji kadrlarla təminatının yeni mexanizmlərlə həyata keçirilməsi;

-ixtisasartırma təhsili sisteminin forma və məzmun etibarilə yenidən qurulması;

-təhsildə yeni iqtisadi mexanizm və modellərə keçidin təmin edilməsi;

-təhsil işçilərinin sosial müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin görülməsi.

        Ramiz Mehdiyev sözünü yekunlaşdıraraq dedi ki, həyat təhsilin inkişafında tutduğumuz yolun düzgün olduğunu sübut edir. Bu yolda bizim ən optimal istiqamətimiz Azərbaycan Prezidenti Heydər Əliyevin təsdiq etdiyi İslahat Proqramı, onun göstəriş və tövsiyələridir. Hesab edirəm ki, Azərbaycanın təhsil işçiləri yeni dərs ilində bu Proqramdan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün daha əzmlə çalışacaq, dövlətimizin başçısının onların qarşısında qoyduğu mühüm vəzifələri layiqincə yerinə yetirəcəklər.

Müşavirə iştirakçıları adından Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul olundu.

Prezidentin icra aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə müşavirədə iştirak edirdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir

“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” - elmi seminar

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

Maka Boçorişvili: Dialoq olmadan Aİ Gürcüstandakı prosesləri obyektiv qiymətləndirə bilməyəcək

Hesablama Palatasının sədri: Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122,1 milyon manat daxil olub

Vüqar Gülməmmədov: Gömrük rüsumları üzrə proqnozlaşdırılan məbləğin 30 milyon manatı yığımların payına düşür

Büdcə prosesinin iştirakçıları ilə müzakirələr hər növbəti il büdcə sənədləşməsinin keyfiyyətinin artırılmasına səbəb olur

Azərbaycanlı voleybolçu: Bolqarıstan klubu ilə matçın həlledici məqamlarında təcrübəmiz öz sözünü dedi

Samuxda yeni yaşıllıqlar salınıb

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Çin ilə Avropa arasında nəqliyyat dəhlizlərinin inkişafı Qırğızıstan üçün prioritet məsələdir

Paşinyan: Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir

Dünyanın dörd texnologiya nəhəngi süni intellektə 740 milyard dollardan çox vəsait ayıracaq

“Ədəbi proses-2025”: müharibə mövzusu, gənc müəlliflər və detektiv ədəbiyyatın gələcəyi

Dövlət maliyyəsinin idarə edilməsi istiqamətində aparılan təkmiləşmələrin nəticəli olması üçün 35 tövsiyə verilib

Ekspert: Metro şəbəkəsinin genişləndirilməsi şəhərətrafı ərazilərdə sərnişin axınının bölüşdürülməsinə imkan verəcək

Vüqar Gülməmmədov: Qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasının zəruri olduğu qənaətindəyik

Azərbaycanla Qırğızıstan fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlığı genişləndirir

Avropa Komissiyası Gürcüstanla bağlı illik hesabatını təqdim edib

Bakıda qəza - avtomobil klinikaya çırpıldı FOTOLAR VİDEO

Bakıda qəza - avtomobil klinikaya çırpıldı FOTOLAR VİDEO

Gəncədə “Gələcəyin karyerası” regional tədbiri: ekspertlər tələbələrə tövsiyələr veriblər

Tural Rzayev: Xankəndi istiqamətində hər addımımız Vətən sevgisindən güc alırdı

Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb

Azərbaycanın su obyektlərinin hidroqrafik xüsusiyyətləri araşdırılıb

Gürcüstan parlamentinin sədri Qırğızıstan Prezidenti ilə Orta Dəhlizin inkişafını müzakirə edib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Nazir: Gələn il mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti təsnifatı üzrə xərclər 643 milyon manat olacaq

Nazirlik: 2022-2026-cı illərdə ÜDM ildə 2,7 faiz artacaq

Deputat: Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

Qazaxıstan 2035-ci ilə qədər iki AES-in tikintisini başa çatdırmağı planlaşdırır

“Sabah”ın Çempionlar Liqasındakı rəqibinin qapıçısı İT mütəxəssisi kimi də çalışır

Pakistanlı ekspert: Avropa qlobal təsir imkanlarını yalnız ənənəvi iqtisadi güc vasitəsilə qoruya bilməz

bp: “Şəfəq” layihəsi üzrə tikinti işlərinə 444 yerli işçi cəlb olunub

Aparat rəhbəri: Xarici ticarət saldosu 7,1 milyard dollar profisitlə formalaşıb

Elvin Camalov: Doqquz ayda qeyri-neft-qaz ixracı 20,5 faiz artıb

Azərbaycan Premyer Liqasının XXI turu “Zəfər turu” elan edilib

Aparat rəhbəri: Bu günədək 633 investisiya təşviqi sənədi verilib

Fransada 17 oktyabr etirazlarından sonra 329 nəfər həbs edilib

Nazirlik: İşğaldan azad edilmiş ərazilərin bərpasına büdcədən indiyədək 26 milyard manatadək vəsait yönəldilib

Qeyri-neft-qaz sənayesində 6,3 faizlik artım qeydə alınıb

Bu il Səngəçal terminalından ixrac edilən neft və kondensatın həcmi 13 faiz azalıb

AQTİ rəsmisi: Arıqlama çayları piy kütləsini deyil, bədəndəki suyu və əzələni itirir

Azərbaycanın Zəfər Günü CAR-da qeyd olunub

Sahil Babayev: Növbəti ildə sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat proqnozlaşdırılır

Amerikalı ekspert: Avropanın müxtəlif ölkələrində etirazlar uzun müddət davam edə bilər

Maliyyə naziri: 2027-ci ildə səhiyyə xərcləri büdcə xərclərinin təqribən 5 faizi olacaq

Rayonlarda leysan olacaq - PROQNOZ

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək

® Mərkəzi Gömrük Hospitalında dislipidemiyaya həsr edilmiş ödənişsiz elmi simpozium təşkil olunacaq

Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb VİDEO

Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb VİDEO

Qazaxıstanda Aral-Xəzər magistralının tikintisini 2028-ci ilin sonunda başa çatdırmaq planlaşdırılır

Sahil Babayev: Növbəti ildə büdcə üzrə təhsil xərcləri 5,1 milyard manat proqnozlaşdırılır

Nazir: Gələn il ümumi dövlət xidmətlərinə 5,5 milyard manat xərclənməsi proqnozlaşdırılır

Mərkəzi Bankın sədri: Bank sektorunun struktur likvidlik profisiti 2,2 dəfə artıb

Maliyyə naziri: Gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 26,4 milyard manat proqnozlaşdırılır

Bakı metrosunda NFC sistemi ilə 74 milyonadək ödəniş edilib

Sahil Babayev: Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,2 milyard manat qiymətləndirilir

Taleh Kazımov: Gələn il inflyasiya səviyyəsinin hədəf daxilində olacağı gözlənilir

Bruno Retayo: Fransada immiqrantların yarısı yoxsulluq şəraitində yaşayır

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

Sağlamlıq turizmi üzrə beynəlxalq ekspertlər Bakıda bir araya gəlib- YENİLƏNİB

Avropanın təqdim etdiyi demokratik dəyərlərlə real siyasi davranışı arasındakı ziddiyyətlər bir daha üzə çıxdı - ŞƏRH

Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb

Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər

Deputat: Ədəbiyyatda Qarabağ mövzusu müharibə təsvirindən qayıdışın bədii ifadəsinə doğru inkişaf edib

Zərdabda fermer və sahibkarlar aqrar sahədə dəstək mexanizmləri barədə məlumatlandırılıb

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub

Sosial Xidmətlər Agentliyi ötən dövrdə 953 uşağın ailələrinə qayıtmasını təmin edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNƏCƏK VİDEO

Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir

“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında tarixə düşüb

Nazir: Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək

Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək

Fransada milli dəmir yolu şirkəti ümummilli tətil ərəfəsində əməkdaşlarına 400 avro məbləğində mükafat təklif edib

Azərbaycanda yeni yataqların istismarı qızıl hasilatını artıra bilər – Ekspert rəyi

Çin Demokratların qələbəsindən sonra ABŞ ilə konstruktiv strateji münasibətlər qurmağa çağırıb

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək

Maliyyə naziri: Gələn il Neft Fondunun gəlirləri 7,8 milyard dollar qiymətləndirilir

Sahil Babayev: Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri artıb

Nazir: 2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır

“Qırmızı Ürəklər” təqaüd proqramına qəbul başladı – tələbələrə aylıq 200 manat veriləcək

Adıgeydə dron hücumuna məruz qalan “Ozon” mərkəzində yanğın baş verib

Azərbaycan qlobal əhəmiyyətli müzakirələrə ev sahibliyi edən ölkə kimi tanınır - RƏY

Qazaxıstan parlamenti Asiya İnkişaf Bankı ilə 15 illik kredit müqaviləsini təsdiqləyib

Bu saata olan əsas xəbərlər

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum  REPORTAJ  VİDEO

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum REPORTAJ VİDEO

Vətən müharibəsinin xronikası: 4 noyabr

“Ədəbi proses – 2025”: Zəfər diskursundan Böyük Qayıdış ideyasına

Azərbaycanın ÜDM-i 2027-ci ildə 141 milyard manat səviyyəsində proqnozlaşdırılır

BDU-da “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində görüş təşkil edilib

Komitə sədri: Gələn ilin büdcə gəlirləri 39,2 milyard manat proqnozlaşdırılır

Əmlakın könüllü verilməsi hansı hallarda dələduzluq hesab olunur? – Ali Məhkəmədən izah

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ayısəsi məbədi

FHN: Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın söndürülüb

SMIIC-in Baş Assambleyasının iclasında halal standartlaşdırma məsələləri nəzərdən keçirilib

2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri və prinsipləri açıqlanıb

Anar Bayramov: Azərbaycanın tibbi turizm indeksi üzrə reytinq cədvəlinə daxil olması əsas hədəflərdəndir

General-mayor Gündüz Əbdülov: Müdafiə və təhlükəsizlikdə qurumlararası əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir

“Qarabağ” Futbol Akademiyasının direktoru: “Dinamo” ilə ilk oyun bizə ümid verdi