Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müstəqilliyimizin memarı!!!

Müstəqilliyimizin memarı!!!

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin zamanlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Onun adı tariximizə həm də böyük xilaskar kimi düşüb.

Bu fikirlər Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyevin “Müstəqilliyimizin memarı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsət əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum, adi vəziyyətdən belə çıxış yolu tapmağa qüdrəti çatmayan şəxslərin rəhbərlik etmələrinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac yaradırdı. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, Azərbaycanın dünyada nüfuzu getdikcə artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhvali-ruhiyyə ilə qeyd edir.

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident, Ali Baş Komandan İlham Əliyev müqəddəs ata vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdi, şanlı Azərbaycan Bayrağını Vətənimizin qürur simvolu olan Şuşada dalğalandırdı.

Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin ilə Avropa arasında nəqliyyat dəhlizlərinin inkişafı Qırğızıstan üçün prioritet məsələdir

Paşinyan: Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir

Dünyanın dörd texnologiya nəhəngi süni intellektə 740 milyard dollardan çox vəsait ayıracaq

“Ədəbi proses-2025”: müharibə mövzusu, gənc müəlliflər və detektiv ədəbiyyatın gələcəyi

Dövlət maliyyəsinin idarə edilməsi istiqamətində aparılan təkmiləşmələrin nəticəli olması üçün 35 tövsiyə verilib

Ekspert: Metro şəbəkəsinin genişləndirilməsi şəhərətrafı ərazilərdə sərnişin axınının bölüşdürülməsinə imkan verəcək

Vüqar Gülməmmədov: Qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasının zəruri olduğu qənaətindəyik

Azərbaycanla Qırğızıstan fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlığı genişləndirir

Avropa Komissiyası Gürcüstanla bağlı illik hesabatını təqdim edib

Bakıda qəza - avtomobil klinikaya çırpıldı FOTOLAR VİDEO

Bakıda qəza - avtomobil klinikaya çırpıldı FOTOLAR VİDEO

Gəncədə “Gələcəyin karyerası” regional tədbiri: ekspertlər tələbələrə tövsiyələr veriblər

Tural Rzayev: Xankəndi istiqamətində hər addımımız Vətən sevgisindən güc alırdı

Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb

Azərbaycanın su obyektlərinin hidroqrafik xüsusiyyətləri araşdırılıb

Gürcüstan parlamentinin sədri Qırğızıstan Prezidenti ilə Orta Dəhlizin inkişafını müzakirə edib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Nazir: Gələn il mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti təsnifatı üzrə xərclər 643 milyon manat olacaq

Nazirlik: 2022-2026-cı illərdə ÜDM ildə 2,7 faiz artacaq

Deputat: Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

Qazaxıstan 2035-ci ilə qədər iki AES-in tikintisini başa çatdırmağı planlaşdırır

“Sabah”ın Çempionlar Liqasındakı rəqibinin qapıçısı İT mütəxəssisi kimi də çalışır

Pakistanlı ekspert: Avropa qlobal təsir imkanlarını yalnız ənənəvi iqtisadi güc vasitəsilə qoruya bilməz

bp: “Şəfəq” layihəsi üzrə tikinti işlərinə 444 yerli işçi cəlb olunub

Aparat rəhbəri: Xarici ticarət saldosu 7,1 milyard dollar profisitlə formalaşıb

Elvin Camalov: Doqquz ayda qeyri-neft-qaz ixracı 20,5 faiz artıb

Azərbaycan Premyer Liqasının XXI turu “Zəfər turu” elan edilib

Aparat rəhbəri: Bu günədək 633 investisiya təşviqi sənədi verilib

Fransada 17 oktyabr etirazlarından sonra 329 nəfər həbs edilib

Nazirlik: İşğaldan azad edilmiş ərazilərin bərpasına büdcədən indiyədək 26 milyard manatadək vəsait yönəldilib

Qeyri-neft-qaz sənayesində 6,3 faizlik artım qeydə alınıb

Bu il Səngəçal terminalından ixrac edilən neft və kondensatın həcmi 13 faiz azalıb

AQTİ rəsmisi: Arıqlama çayları piy kütləsini deyil, bədəndəki suyu və əzələni itirir

Azərbaycanın Zəfər Günü CAR-da qeyd olunub

Sahil Babayev: Növbəti ildə sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat proqnozlaşdırılır

Amerikalı ekspert: Avropanın müxtəlif ölkələrində etirazlar uzun müddət davam edə bilər

Maliyyə naziri: 2027-ci ildə səhiyyə xərcləri büdcə xərclərinin təqribən 5 faizi olacaq

Rayonlarda leysan olacaq - PROQNOZ

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək

® Mərkəzi Gömrük Hospitalında dislipidemiyaya həsr edilmiş ödənişsiz elmi simpozium təşkil olunacaq

Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb VİDEO

Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb VİDEO

Qazaxıstanda Aral-Xəzər magistralının tikintisini 2028-ci ilin sonunda başa çatdırmaq planlaşdırılır

Sahil Babayev: Növbəti ildə büdcə üzrə təhsil xərcləri 5,1 milyard manat proqnozlaşdırılır

Nazir: Gələn il ümumi dövlət xidmətlərinə 5,5 milyard manat xərclənməsi proqnozlaşdırılır

Mərkəzi Bankın sədri: Bank sektorunun struktur likvidlik profisiti 2,2 dəfə artıb

Maliyyə naziri: Gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 26,4 milyard manat proqnozlaşdırılır

Bakı metrosunda NFC sistemi ilə 74 milyonadək ödəniş edilib

Sahil Babayev: Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,2 milyard manat qiymətləndirilir

Taleh Kazımov: Gələn il inflyasiya səviyyəsinin hədəf daxilində olacağı gözlənilir

Bruno Retayo: Fransada immiqrantların yarısı yoxsulluq şəraitində yaşayır

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

Sağlamlıq turizmi üzrə beynəlxalq ekspertlər Bakıda bir araya gəlib- YENİLƏNİB

Avropanın təqdim etdiyi demokratik dəyərlərlə real siyasi davranışı arasındakı ziddiyyətlər bir daha üzə çıxdı - ŞƏRH

Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb

Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər

Deputat: Ədəbiyyatda Qarabağ mövzusu müharibə təsvirindən qayıdışın bədii ifadəsinə doğru inkişaf edib

Zərdabda fermer və sahibkarlar aqrar sahədə dəstək mexanizmləri barədə məlumatlandırılıb

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub

Sosial Xidmətlər Agentliyi ötən dövrdə 953 uşağın ailələrinə qayıtmasını təmin edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNƏCƏK VİDEO

Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir

“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında tarixə düşüb

Nazir: Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək

Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək

Fransada milli dəmir yolu şirkəti ümummilli tətil ərəfəsində əməkdaşlarına 400 avro məbləğində mükafat təklif edib

Azərbaycanda yeni yataqların istismarı qızıl hasilatını artıra bilər – Ekspert rəyi

Çin Demokratların qələbəsindən sonra ABŞ ilə konstruktiv strateji münasibətlər qurmağa çağırıb

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək

Maliyyə naziri: Gələn il Neft Fondunun gəlirləri 7,8 milyard dollar qiymətləndirilir

Sahil Babayev: Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri artıb

Nazir: 2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır

“Qırmızı Ürəklər” təqaüd proqramına qəbul başladı – tələbələrə aylıq 200 manat veriləcək

Adıgeydə dron hücumuna məruz qalan “Ozon” mərkəzində yanğın baş verib

Azərbaycan qlobal əhəmiyyətli müzakirələrə ev sahibliyi edən ölkə kimi tanınır - RƏY

Qazaxıstan parlamenti Asiya İnkişaf Bankı ilə 15 illik kredit müqaviləsini təsdiqləyib

Bu saata olan əsas xəbərlər

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum  REPORTAJ  VİDEO

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum REPORTAJ VİDEO

Vətən müharibəsinin xronikası: 4 noyabr

“Ədəbi proses – 2025”: Zəfər diskursundan Böyük Qayıdış ideyasına

Azərbaycanın ÜDM-i 2027-ci ildə 141 milyard manat səviyyəsində proqnozlaşdırılır

BDU-da “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində görüş təşkil edilib

Komitə sədri: Gələn ilin büdcə gəlirləri 39,2 milyard manat proqnozlaşdırılır

Əmlakın könüllü verilməsi hansı hallarda dələduzluq hesab olunur? – Ali Məhkəmədən izah

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ayısəsi məbədi

FHN: Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın söndürülüb

SMIIC-in Baş Assambleyasının iclasında halal standartlaşdırma məsələləri nəzərdən keçirilib

2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri və prinsipləri açıqlanıb

Anar Bayramov: Azərbaycanın tibbi turizm indeksi üzrə reytinq cədvəlinə daxil olması əsas hədəflərdəndir

General-mayor Gündüz Əbdülov: Müdafiə və təhlükəsizlikdə qurumlararası əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir

“Qarabağ” Futbol Akademiyasının direktoru: “Dinamo” ilə ilk oyun bizə ümid verdi

“Saudi Aramco” Şərq-Qərb neft kəmərinin genişləndirilməsinə başlayıb

Fiziki sərhədlərdən mənəvi bütövlüyə: ideoloji risklər niyə təhlükəlidir? - ŞƏRH

Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur

“Turan”ın voleybolçusu: Əldə etdiyimiz uğur komandanın əzmkarlığının nəticəsidir

İran 4 ölkənin gəmilərinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ mediası: Miçiqan ştatından Konqresə ilk müsəlman senator seçilib

Qızılın qiyməti psixoloji hədd hesab olunan 4000 dollardan yuxarıdır

Parlamentdə 2027-ci ilin dövlət büdcəsi müzakirə edilir

Demokratların qələbəsi fonunda dollar və Asiya fond bazarlarında geriləmə müşahidə olunur

Alimlər yadplanetli həyatın axtarışında virtual Yer modeli yaradıblar