General-şərqşünas Sadıq bəy Ağabəyzadə haqqında kitab hazırlanıb
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsi tərəfindən Sadıq bəy Ağabəyzadənin 160 illiyinə həsr olunmuş kitab hazırlanıb.
AZƏRTAC xəbər verir ki, kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Görkəmli ictimai-siyasi xadim, general-şərqşünas Sadıq bəy Ağabəyzadə haqqında məqalələrdən ibarət toplunun ideya müəllifi, redaktoru və nəşrə hazırlayanı Azərbaycan-Polşa Beynəlxalq elmi-mədəni cəmiyyətinin sədri filologiya elmləri doktoru, professor Gülər Abdullabəylidir.
Kitab Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri, həmçinin nazir müavini vəzifələrində çalışan, həmin nazirliyin əsasını qoyan artilleriya general-mayoru Sadıq bəy Ağabəyzadə haqqında müxtəlif illərdə keçirilmiş konfransların materiallarını, eyni zamanda, tədqiqat məqalələrini əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [14:04]
Azərbaycanın bitki örtüyü GIS və kosmik zondlama ilə təhlil edilib
- 04.11.2026 [13:53]