Dulusçu: Əsrlərdən gələn sənət turistlərin də marağındadır
Şəki, 20 oktyabr, AZƏRTAC
Saxsı qabların hazırlanması onların ölçüsündən və formasından asılı olaraq fərqli vaxt tələb edir. Kiçik qabların hazırlanması 4-5 dəqiqə, qazanların ərsəyə gəlməsi 10-15 dəqiqə çəkdiyi halda, bəzi mürəkkəb formalı nümunələrin hazırlanmasına 1-1,5 saat vaxt lazım gəlir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında 10 ildir dulusçuluqla məşğul olan usta Şöyüb Məmmədov deyib.
Altıncı nəslin nümayəndəsi kimi bu qədim sənəti davam etdirdiyini bildirən usta saxsı qabların hazırlanmasına turistlərin də böyük maraq göstərdiyini diqqətə çatdırıb: “Əsrlərdən bəri nəsildən-nəslə ötürülən bu sənəti yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün çalışıram. İşin təxminən 80 faizi əl vərdişi və ustalıq tələb edir. Dulusçuluq sənətinə yiyələnmək üçün təcrübə, diqqət və səbir əsas şərtlərdəndir”.
Müxbir - Fidan Əlizadə