Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ

London, 24 sentyabr, AZƏRTAC

Böyük Britaniyada çalışan gənc azərbaycanlı həkim Heydər Məmmədli hazırda Nottinqam şəhərindəki “Queen’s Medical Centre” xəstəxanasında rezident-həkim kimi fəaliyyət göstərir. Ankara Universitetinin Tibb fakültəsində təhsil aldıqdan sonra ixtisaslaşmaq və fərqli səhiyyə sistemində təcrübə qazanmaq məqsədilə Böyük Britaniyaya üz tutan Heydər Məmmədli gələcəkdə klinik fəaliyyətini elmi-tədqiqat və tədrislə birləşdirməyi, qazandığı bilik və təcrübəni Azərbaycanda tətbiq etməyi planlaşdırır.

AZƏRTAC-a müsahibəsində Heydər Məmmədli Böyük Britaniyada həkim kimi fəaliyyətə başlamaq üçün keçdiyi mərhələlərdən, NHS sisteminə uyğunlaşma prosesindən, rezident-həkimlərin iş şəraitindən, eləcə də bu yolu seçmək istəyən azərbaycanlı gənclərə tövsiyələrindən danışıb.

- Tibb təhsili almağa nə zaman qərar verdiniz və bu seçimə sizi nə motivasiya etdi?

- Tibbə marağım uşaqlıqdan yaranıb. Ailəmizdə həkimlik ənənəsi var və hər iki babam həkim olub. Babalarımdan biri – Xanoğlan Kazımov pediatr olub və uzun illər Masallı rayonunda uşaq xəstəxanasına rəhbərlik edib. Digər babam Nadir Məmmədov isə dəri-zöhrəvi xəstəlikləri üzrə fəaliyyət göstərib.

Uşaqlıqdan tibbi söhbətlərin və həkimlik mühitinin içində böyüməyim bu sahəyə marağımın erkən yaşlarda formalaşmasına səbəb olub. Zaman keçdikcə həkim olmaq istəyim mənim üçün daha da dəqiqləşdi.

- Universitet təhsilinizi harada almısınız? Böyük Britaniyada həkim kimi işləmək qərarına necə gəldiniz?

- Tibb təhsilimi Türkiyənin paytaxtı Ankara şəhərində, Ankara Universitetinin Tibb fakültəsində almışam. 2016-cı ildə universitetə daxil olmuşam, 2022-ci ildə isə məzun olmuşam.

Böyük Britaniyanı seçməyimin tək bir səbəbi olmayıb. Mühitimi dəyişmək, özümü fərqli səhiyyə sistemində sınamaq və peşəkar olaraq bir addım da irəli getmək istəyirdim. İxtisaslaşmaq üçün azərbaycanlı və türkiyəli gənc həkimlərin daha çox üz tutduğu ölkələr arasında Almaniya, Böyük Britaniya və ABŞ var. Mən ingilis dilini məktəb illərindən bilirdim. Eyni zamanda, Böyük Britaniyanın Azərbaycana ABŞ ilə müqayisədə daha yaxın olması, ailəmlə və ölkəmlə əlaqəni daha rahat saxlamaq imkanının olması da seçimimdə rol oynadı.

- Türkiyə diplomu ilə Böyük Britaniyada həkim kimi fəaliyyət göstərmək üçün hansı mərhələlərdən keçmək lazımdır? Sizin üçün bu proses nə qədər vaxt apardı?

- Bu proses yalnız Türkiyə diplomuna aid deyil. Xaricdə tibb təhsili almış həkimlər üçün ilk mərhələlərdən biri ingilis dili biliyini təsdiqləməkdir. Bunun üçün IELTS və ya OET – Occupational English Test imtahanlarından biri verilir. Daha sonra PLAB 1 və PLAB 2 imtahanlarını uğurla keçmək tələb olunur.

Bu mərhələlərdən sonra Böyük Britaniyada həkim kimi fəaliyyət göstərmək üçün “General Medical Council”a (GMC) müraciət edilir. Müvafiq tələblər yerinə yetirildikdən sonra həkimlik qeydiyyatı əldə olunur.

Mənim üçün bu proses təxminən bir il çəkdi. Dil imtahanına daha çevik şəkildə müraciət etmək mümkündür, lakin xüsusilə PLAB imtahanlarında yer tapmaq bəzən vaxt apara bilir. Buna görə bütün prosesi başa çatdırmaq üçün təxminən bir il və ya daha artıq müddəti nəzərə almaq daha realdır.

- İlk dəfə Böyük Britaniyada xəstəxanada işə başlayanda sizin üçün ən böyük fərq nə oldu?

- Mənim üçün ən böyük fərqlərdən biri həkimin rolunun yalnız gündəlik klinik işlərlə məhdudlaşmaması idi. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətində (NHS) xəstələrin müayinə və müalicəsi ilə yanaşı, auditlərdə, keyfiyyətin yaxşılaşdırılması layihələrində, akademik fəaliyyətlərdə və klinik idarəetmədə iştirak da həkimin işinin bir hissəsi hesab olunur. Bu sistem mənim üçün yeni idi. Çox çətin olduğunu deməzdim, amma fərqli iş prinsiplərinə tam uyğunlaşmağım bir neçə ay vaxt aldı.

- Hazırda Nottinqamda rezident-həkim kimi fəaliyyətiniz necə qurulub?

- Bizim xəstəxanada rezident-həkimlərin fəaliyyəti əsasən dördaylıq rotasiyalar şəklində təşkil olunur və iş proqramımız əvvəlcədən planlaşdırılır. Bəzi günlər şöbədə çalışır, xəstələri konsultant və daha təcrübəli həkimlərlə birlikdə qiymətləndirir, lazım olan müayinə və müalicələrin həyata keçirilməsini təmin edirik.

Əməliyyatxana günlərində konsultantlarla birlikdə əməliyyatlarda iştirak edir, həm kömək edir, həm də praktiki təcrübə qazanırıq. Klinika günlərində isə ambulator xəstələri qiymətləndiririk. Bununla yanaşı, mütəmadi tədris günlərimiz də olur və həmin günlər bilik və praktiki bacarıqlarımızın inkişafına ayrılır.

- Xarici həkim kimi NHS sisteminə uyğunlaşmaq çətin oldumu?

- Çox çətin olduğunu deməzdim, amma sistem fərqli olduğuna görə uyğunlaşmaq müəyyən vaxt tələb etdi. Mən Türkiyədə rezident kimi çalışmamışam, lakin tibb təhsilimin son ilində intern həkim olmuşam. Oradakı təcrübəmlə müqayisədə NHS-də klinik fəaliyyətlə yanaşı, akademik işlərə, auditlərə, keyfiyyətin yaxşılaşdırılmasına və ümumilikdə klinik idarəetməyə daha çox önəm verildiyini gördüm.

Sistemin iş prinsiplərini və həkimdən gözləntiləri tam anlamağım bir neçə ay çəkdi.

- Böyük Britaniyada həkimlərin iş yükü və növbə sistemi necədir?

- Böyük Britaniyada həkimlərin əsas iş həftəsi təxminən 40 saatdır. Rezident-həkimlərin iş yükü isə növbələr də nəzərə alındıqda orta hesabla təxminən 50 saata çata bilir. Növbələrin sayı və müddəti ixtisasdan asılı olaraq dəyişir.

Gecə növbələri adətən uzun olur və bəzi ixtisaslarda gecə işi daha çoxdur. Məsələn, təcili yardım və cərrahi sahələrdə gecə növbələri daha sıx ola bilər. Rotasiyadan asılı olaraq bir ay ərzində təxminən 4, bəzən isə 7-8 gecə növbəsi ola bilər.

- Böyük Britaniyada həkim olmaq istəyən azərbaycanlı gənclərə ilk olaraq nədən başlamağı tövsiyə edərdiniz?

- Ən vacib tövsiyəm odur ki, hələ Tibb fakültəsində oxuyarkən yalnız imtahanlara deyil, portfoliolarının formalaşdırılmasına da diqqət etsinlər. Çünki Böyük Britaniyada ixtisaslaşma prosesində yalnız imtahan nəticələri kifayət etmir. Rezidenturaya seçim zamanı audit və keyfiyyətin yaxşılaşdırılması layihələrində iştirak, liderlik və idarəetmə təcrübəsi, elmi araşdırmalar, nəşrlər və elmi təqdimatlar kimi fəaliyyətlərə də diqqət yetirilir. Ona görə gənclərə tövsiyəm budur ki, tələbəlik illərindən akademik və elmi fəaliyyətə qoşulsunlar, liderlik bacarıqlarını inkişaf etdirsinlər və ingilis dilini yüksək səviyyədə öyrənsinlər. Belə olduqda məzuniyyətdən sonrakı mərhələlərə daha hazırlıqlı başlamaq mümkündür.

- Gələcəkdə karyeranızı hansı istiqamətdə davam etdirməyi planlaşdırırsınız?

- Əsas hədəfim gələcəkdə konsultant həkim olmaqdır. Amma karyeramı yalnız klinik fəaliyyətlə məhdudlaşdırmaq istəmirəm. Ən böyük arzularımdan biri universitetdə tədrislə məşğul olmaq və tibb tələbələrinə dərs verməkdir. Bununla yanaşı, elmi araşdırmalarımı da davam etdirmək istəyirəm.

Gələcəkdə klinik fəaliyyəti, tədrisi və elmi tədqiqatı bir arada aparmaq istəyirəm. Özümü həm həkim, həm müəllim, həm də tədqiqatçı kimi görürəm.

- Uzunmüddətli perspektivdə Böyük Britaniyada qalmaq, yoxsa əldə etdiyiniz təcrübəni gələcəkdə Azərbaycanda tətbiq etmək kimi planınız varmı?

- Əslində, məncə, bu müsahibənin ən gözəl sualı elə sonuncu sualdır. Mənim ən böyük arzularımdan biri rezidentura təhsilimi uğurla başa vurduqdan sonra vətənə qayıtmaqdır.

Daha konkret desəm, gələcəkdə Xankəndidə Qarabağ Universitetinin Klinikasında çalışmaq istərdim. Orada həm həkim kimi fəaliyyət göstərmək, həm də Qarabağ Universitetinin Tibb fakültəsində təhsil alan gənc azərbaycanlı həkimlərin hazırlanmasına və tədrisinə töhfə vermək mənim üçün çox dəyərli olardı.

Məqsədim Böyük Britaniyada qazandığım bilik və təcrübəni Azərbaycana gətirmək, ölkəmizin səhiyyəsinə və tibbi təhsilinə fayda verməkdir. Bunu məhz Xankəndidə həyata keçirmək isə mənim üçün xüsusi məna daşıyır.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda qəza - avtomobil klinikaya çırpıldı FOTOLAR

Gəncədə “Gələcəyin karyerası” regional tədbiri: ekspertlər tələbələrə tövsiyələr veriblər

Tural Rzayev: Xankəndi istiqamətində hər addımımız Vətən sevgisindən güc alırdı

Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb

Azərbaycanın su obyektlərinin hidroqrafik xüsusiyyətləri araşdırlıb

Gürcüstan parlamentinin sədri Qırğızıstan Prezidenti ilə Orta Dəhlizin inkişafını müzakirə edib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Nazir: Gələn il mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti təsnifatı üzrə xərclər 643 milyon manat olacaq

Nazirlik: 2022-2026-cı illərdə ÜDM ildə 2,7 faiz artacaq

Deputat: Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

Qazaxıstan 2035-ci ilə qədər iki AES-in tikintisini başa çatdırmağı planlaşdırır

“Sabah”ın Çempionlar Liqasındakı rəqibinin qapıçısı İT mütəxəssisi kimi də çalışır

Pakistanlı ekspert: Avropa qlobal təsir imkanlarını yalnız ənənəvi iqtisadi güc vasitəsilə qoruya bilməz

bp: “Şəfəq” layihəsi üzrə tikinti işlərinə 444 yerli işçi cəlb olunub

Aparat rəhbəri: Xarici ticarət saldosu 7,1 milyard dollar profisitlə formalaşıb

Elvin Camalov: Doqquz ayda qeyri-neft-qaz ixracı 20,5 faiz artıb

Azərbaycan Premyer Liqasının XXI turu “Zəfər turu” elan edilib

Aparat rəhbəri: Bu günədək 633 investisiya təşviqi sənədi verilib

Fransada 17 oktyabr etirazlarından sonra 329 nəfər həbs edilib

Nazirlik: İşğaldan azad edilmiş ərazilərin bərpasına büdcədən indiyədək 26 milyard manatadək vəsait yönəldilib

Qeyri-neft-qaz sənayesində 6,3 faizlik artım qeydə alınıb

Bu il Səngəçal terminalından ixrac edilən neft və kondensatın həcmi 13 faiz azalıb

AQTİ rəsmisi: Arıqlama çayları piy kütləsini deyil, bədəndəki suyu və əzələni itirir

Azərbaycanın Zəfər Günü CAR-da qeyd olunub

Sahil Babayev: Növbəti ildə sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat proqnozlaşdırılır

Amerikalı ekspert: Avropanın müxtəlif ölkələrində etirazlar uzun müddət davam edə bilər

Maliyyə naziri: 2027-ci ildə səhiyyə xərcləri büdcə xərclərinin təqribən 5 faizi olacaq

Rayonlarda leysan olacaq - PROQNOZ

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək

® Mərkəzi Gömrük Hospitalında dislipidemiyaya həsr edilmiş ödənişsiz elmi simpozium təşkil olunacaq

Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb VİDEO

Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb VİDEO

Qazaxıstanda Aral-Xəzər magistralının tikintisini 2028-ci ilin sonunda başa çatdırmaq planlaşdırılır

Sahil Babayev: Növbəti ildə büdcə üzrə təhsil xərcləri 5,1 milyard manat proqnozlaşdırılır

Nazir: Gələn il ümumi dövlət xidmətlərinə 5,5 milyard manat xərclənməsi proqnozlaşdırılır

Mərkəzi Bankın sədri: Bank sektorunun struktur likvidlik profisiti 2,2 dəfə artıb

Maliyyə naziri: Gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 26,4 milyard manat proqnozlaşdırılır

Bakı metrosunda NFC sistemi ilə 74 milyonadək ödəniş edilib

Sahil Babayev: Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,2 milyard manat qiymətləndirilir

Taleh Kazımov: Gələn il inflyasiya səviyyəsinin hədəf daxilində olacağı gözlənilir

Bruno Retayo: Fransada immiqrantların yarısı yoxsulluq şəraitində yaşayır

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

Sağlamlıq turizmi üzrə beynəlxalq ekspertlər Bakıda bir araya gəlib- YENİLƏNİB

Avropanın təqdim etdiyi demokratik dəyərlərlə real siyasi davranışı arasındakı ziddiyyətlər bir daha üzə çıxdı - ŞƏRH

Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb

Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər

Deputat: Ədəbiyyatda Qarabağ mövzusu müharibə təsvirindən qayıdışın bədii ifadəsinə doğru inkişaf edib

Zərdabda fermer və sahibkarlar aqrar sahədə dəstək mexanizmləri barədə məlumatlandırılıb

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub

Sosial Xidmətlər Agentliyi ötən dövrdə 953 uşağın ailələrinə qayıtmasını təmin edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNƏCƏK VİDEO

Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir

“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında tarixə düşüb

Nazir: Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək

Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək

Fransada milli dəmir yolu şirkəti ümummilli tətil ərəfəsində əməkdaşlarına 400 avro məbləğində mükafat təklif edib

Azərbaycanda yeni yataqların istismarı qızıl hasilatını artıra bilər – Ekspert rəyi

Çin Demokratların qələbəsindən sonra ABŞ ilə konstruktiv strateji münasibətlər qurmağa çağırıb

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək

Maliyyə naziri: Gələn il Neft Fondunun gəlirləri 7,8 milyard dollar qiymətləndirilir

Sahil Babayev: Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri artıb

Nazir: 2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır

“Qırmızı Ürəklər” təqaüd proqramına qəbul başladı – tələbələrə aylıq 200 manat veriləcək

Adıgeydə dron hücumuna məruz qalan “Ozon” mərkəzində yanğın baş verib

Azərbaycan qlobal əhəmiyyətli müzakirələrə ev sahibliyi edən ölkə kimi tanınır - RƏY

Qazaxıstan parlamenti Asiya İnkişaf Bankı ilə 15 illik kredit müqaviləsini təsdiqləyib

Bu saata olan əsas xəbərlər

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum  REPORTAJ  VİDEO

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum REPORTAJ VİDEO

Vətən müharibəsinin xronikası: 4 noyabr

“Ədəbi proses – 2025”: Zəfər diskursundan Böyük Qayıdış ideyasına

Azərbaycanın ÜDM-i 2027-ci ildə 141 milyard manat səviyyəsində proqnozlaşdırılır

BDU-da “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində görüş təşkil edilib

Komitə sədri: Gələn ilin büdcə gəlirləri 39,2 milyard manat proqnozlaşdırılır

Əmlakın könüllü verilməsi hansı hallarda dələduzluq hesab olunur? – Ali Məhkəmədən izah

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ayısəsi məbədi

FHN: Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın söndürülüb

SMIIC-in Baş Assambleyasının iclasında halal standartlaşdırma məsələləri nəzərdən keçirilib

2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri və prinsipləri açıqlanıb

Anar Bayramov: Azərbaycanın tibbi turizm indeksi üzrə reytinq cədvəlinə daxil olması əsas hədəflərdəndir

General-mayor Gündüz Əbdülov: Müdafiə və təhlükəsizlikdə qurumlararası əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir

“Qarabağ” Futbol Akademiyasının direktoru: “Dinamo” ilə ilk oyun bizə ümid verdi

“Saudi Aramco” Şərq-Qərb neft kəmərinin genişləndirilməsinə başlayıb

Fiziki sərhədlərdən mənəvi bütövlüyə: ideoloji risklər niyə təhlükəlidir? - ŞƏRH

Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur

“Turan”ın voleybolçusu: Əldə etdiyimiz uğur komandanın əzmkarlığının nəticəsidir

İran 4 ölkənin gəmilərinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ mediası: Miçiqan ştatından Konqresə ilk müsəlman senator seçilib

Qızılın qiyməti psixoloji hədd hesab olunan 4000 dollardan yuxarıdır

Parlamentdə 2027-ci ilin dövlət büdcəsi müzakirə edilir

Demokratların qələbəsi fonunda dollar və Asiya fond bazarlarında geriləmə müşahidə olunur

Alimlər yadplanetli həyatın axtarışında virtual Yer modeli yaradıblar

Avropanı qışda çətin günlər gözləyir

Elmi yanaşmalar və təcrübələrin mübadiləsi: coğrafiyaçılar Bakıda bir araya gəlib

UEFA Avropa Liqasında IV tura Fransada start verilir

Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq

® “Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da

Ədliyyə Nazirliyi bələdiyyələrə xəbərdarlıq: Qanunsuz ödəniş tələblərinə inanmayın

İran parlamentinin spikeri: ABŞ-də seçicilər müharibəni rədd ediblər və Tehran bu mesajı dəstəkləyir

Elgün Cavadov: Sağlamlıq turizminin inkişafı üzrə müvafiq konsepsiya hazırlanacaq

İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır