Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyasi elmlər doktoru: Azərbaycançılıq milli həmrəyliyimizin və dövlətimizin gücünün əsasını təşkil edir

Siyasi elmlər doktoru: Azərbaycançılıq milli həmrəyliyimizin və dövlətimizin gücünün əsasını təşkil edir

Bakı, 3 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda etdiyi çıxış dünyada və regionumuzda cərəyan edən hadisələr fonunda dəfələrlə təhlil edilməli və ondan nəticələr çıxarılmalıdır. Həmin çıxış təkcə öz ölkəsinin taleyinə cavabdeh olan dövlət başçısının deyil, həm də dünyanın gələcəyi üçün məsuliyyət hiss edən, qarşıda duran qlobal problemlərin həllinə dair aydın yanaşması olan liderin çağırışı idi. Prezidentin nitqində Azərbaycan dövlətinin davamlı və sabit inkişafının, gələcək uğurlarının açarı olan azərbaycançılıq ideologiyası, sahib olduğumuz multikultural dəyərlər və dünyada birgəyaşayışın düzgün prinsipləri qarşılıqlı əlaqədə təqdim edildi.

Bu fikirlər siyasi elmlər doktoru, Milli Aviasiya Akademiyasının dosenti Elnur Kəlbizadənin AZƏRTAC-a təqdim etdiyi “Azərbaycan və təlatümlü dünya üçün ideal model” sərlövhəli məqaləsində yer alıb.

 

Azərbaycançılıq – milli həmrəyliyin ideoloji əsası kimi

Prezident İlham Əliyevin nitqində aydın şəkildə qeyd olundu ki, azərbaycançılıq dövlət sərhədləri daxilində və ya ölkəmizdən kənarda yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını vahid milli məqsədlər uğrunda birləşdirə biləcək ümummilli ideyadır. Bu milli ideya Azərbaycan xalqının keçdiyi tarixi proseslər nəticəsində formalaşıb, milli-mədəni düşüncə sistemindən milli ideyaya, ümummilli ideyadan isə dövlətçilik fəlsəfəsinə qədər böyük bir təkamül yolu keçib. Bu mənada azərbaycançılıq bu gün sosial, etnik, siyasi və əqidə fərqlərindən, mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlını milli məqsədlərə xidmət yolunda birləşdirir.

Azərbaycançılıq milli məfkurə sistemi kimi Azərbaycan adlı coğrafi məkanda yaşayan insanlar tərəfindən əsrlər boyu formalaşdırılıb və inkişaf tarixində üç əsas mərhələdən keçib. Birinci mərhələdə azərbaycançılıq milli-mədəni düşüncə sistemi kimi formalaşıb, özünü əsasən xalqımızın mədəni-kulturoloji sisteminin tərkib hissəsi kimi büruzə verib. Milli-mədəni düşüncə sistemi kimi azərbaycançılıq XIX əsrdə yaşayıb-yaratmış milli məfkurəli ziyalıların əsərlərində öz əksini tapıb.

XX əsrin əvvəllərində isə azərbaycançılıq tarixi inkişafının ikinci mərhələsinə – milli ideya mərhələsinə yüksəlib. Həmin dövrdə baş verən ictimai-siyasi proseslər və xalqımızın milli iradəsinin təzahürü kimi meydana çıxan Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq milli ideya kimi formalaşmağa başlayıb. Onun üç əsas istiqaməti üçrəngli bayrağımızda əksini tapıb. Bayrağımızdakı rənglərin, aypara və ulduzun rəmzi mənalarına nəzər salsaq, bir məqamı aydın şəkildə başa düşə bilərik: inkişafımız bu dəyərlərin hamısına eyni dərəcədə sahib çıxmaqdan keçir. Əgər bayrağımızdakı rənglərdən birinin payı digərləri ilə müqayisədə artsa, bu, onun ifadə etdiyi ideal harmoniyanı pozar. Eyni yanaşma daşıdığımız dəyərlərə münasibətdə də keçərlidir.

Sovet İttifaqının süqutundan sonra Azərbaycanın üzləşdiyi ağır ictimai-siyasi vəziyyət və böhranlı iqtisadi durum ölkənin müxtəlif ideologiyalar üçün tədqiqat laboratoriyasına çevrilməsi ilə nəticələnib. Ölkədə yayılan ideya və ideologiyalar isə əksər hallarda regionda nüfuz mübarizəsi aparan dövlətlərin maraqlarına xidmət edib.

Ultra-millətçi, ultra-dinçi və ultra-təriqətçi ideologiyaların xalq kütlələrinə təlqin edilməsi nəticəsində Azərbaycan parçalanmaq və milli müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalıb. 1990-cı ildə Naxçıvanda yenidən siyasi fəaliyyətə başlayan Ulu Öndər Heydər Əliyev Azərbaycanın parçalanması və müstəqilliyini itirməsi təhlükəsinin qarşısının alınması üçün hələ o zaman əməli addımlar atıb. Təsadüfi deyil ki, 1990-cı il noyabrın 17-də Ümummilli Liderin sədrliyi ilə keçirilən XII çağırış Naxçıvan Ali Məclisinin ilk sessiyasında qəbul edilən ən mühüm qərarlardan biri azərbaycançılığın rəmzi olan üçrəngli dövlət bayrağının bərpası haqqında qərar olub. 1991-ci il dekabrın 16-da isə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə qərar qəbul edilib.

1993-cü ildə Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edən Ümummilli Lider Heydər Əliyev azərbaycançılığın yalnız dövlətçilik konsepsiyası deyil, həm də bütün dünyada yaşayan azərbaycanlıların ümummilli ideologiyası səviyyəsinə yüksəldilməsi istiqamətində qətiyyətli addımlar atıb.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Azərbaycan dövlət müstəqilliyini əldən edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq - öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın əldə etdiyi Zəfər də məhz azərbaycançılıq ideologiyası əsasında vahid dövlətçilik düşüncəsi ətrafında sıx birləşmiş millətimizin qələbəsi olub. Bu baxımdan Prezidentin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi aşağıdakı fikirlər diqqəti cəlb edir:

“Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular”.

 

Birgəyaşayışın Azərbaycan modeli dünyaya nümunə kimi

Dövlət başçısının həmin çıxışında birgəyaşayışın həm Azərbaycan, həm də qlobal miqyasda əsas götürülməli olan başlıca prinsipləri də açıqlanıb. Prezident deyib: “Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik”.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan dövləti bu dəyərləri təkcə qorumağa deyil, həm də qlobal birgəyaşayış modeli kimi təbliğ etməyə çalışıb.

Bu mənada Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi rolunun artmasında Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri mühüm rol oynayıb. Azərbaycan ərazisi müxtəlif sivilizasiyaları və mədəniyyətləri birləşdirən qızıl orta rolunu oynayır. Çoxmədəniyyətlilik və çoxkonfessiyalılıq zənginliyimizi və böyüklüyümüzü nümayiş etdirən dəyərlər kimi dünyada qəbul edilir. Məhz bunun nəticəsidir ki, ictimai şüurda soydaşlarımızı qan qardaşı, yurddaşlarımızı Vətən qardaşı, dövlət və milli təhlükəsizliyimizə təhdid yaratmayanları isə insan qardaşı kimi qəbul edən düşüncə tərzi üstünlük təşkil edir. Bu, birgəyaşayışın Azərbaycan modelidir. Həmin model ölkəmizə təkcə daxili sabitliyin və harmoniyanın təmin olunmasında deyil, həm də xarici siyasətdə təhlükə və təlatümlərdən qorunmaqda kömək edir. Qlobal siyasətdə isə Azərbaycanın ortaq dialoq məkanına çevrilməsinə şərait yaradır.

Bu gün Azərbaycanın həm dünyanın geosiyasi güc mərkəzlərinə, həm də region dövlətlərinə münasibətdə yürütdüyü siyasət məhz qızıl orta prinsipinə əsaslanır. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində dünyanın ayrı-ayrı güc mərkəzlərini təmsil edən ABŞ, Çin və digər dövlətlər Azərbaycanın nüfuzunu qəbul edirlər. Bir-biri ilə kəskin ziddiyyətləri olan tərəflər Azərbaycana etibar edirlər.

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlər fonunda Azərbaycanın dialoq və qarşılıqlı hörmətə əsaslanan dövlətçilik modeli qlobal geosiyasi qarşıdurmalar şəraitində xüsusi əhəmiyyət daşıyır. Daxili siyasətdə qarşılıqlı hörmət çoxmədəniyyətli ölkələrdə harmonik inkişafı və sabitliyi təmin edirsə, beynəlxalq siyasətdə də ayrı-ayrı dövlətlərin suverenliyinə hörmət və sivilizasiyalararası əməkdaşlıq qlobal təhdidlər və təlatümlərlə üz-üzə qalan dünyada normal vəziyyətin bərpasına töhfə verə bilər.

Müxbir – Pərvanə Qafarova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin Demokratların qələbəsindən sonra ABŞ ilə konstruktiv strateji münasibətlər qurmağa çağırıb

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək

Maliyyə naziri: Gələn il Neft Fondunun gəlirləri 7,8 milyard dollar qiymətləndirilir

Sahil Babayev: Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri artıb

Nazir: 2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır

“Qırmızı Ürəklər” təqaüd proqramına qəbul başladı – tələbələrə aylıq 200 manat veriləcək

Adıgeydə dron hücumuna məruz qalan “Ozon” mərkəzində yanğın baş verib

Azərbaycan qlobal əhəmiyyətli müzakirələrə ev sahibliyi edən ölkə kimi tanınır - RƏY

Qazaxıstan parlamenti Asiya İnkişaf Bankı ilə 15 illik kredit müqaviləsini təsdiqləyib

Bu saata olan əsas xəbərlər

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum REPORTAJ

Vətən müharibəsinin xronikası: 4 noyabr

“Ədəbi proses – 2025”: Zəfər diskursundan Böyük Qayıdış ideyasına

Azərbaycanın ÜDM-i 2027-ci ildə 141 milyard manat səviyyəsində proqnozlaşdırılır

BDU-da “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində görüş təşkil edilib

Komitə sədri: Gələn ilin büdcə gəlirləri 39,2 milyard manat proqnozlaşdırılır

Əmlakın könüllü verilməsi hansı hallarda dələduzluq hesab olunur? – Ali Məhkəmədən izah

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ayısəsi məbədi

FHN: Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın söndürülüb

SMIIC-in Baş Assambleyasının iclasında halal standartlaşdırma məsələləri nəzərdən keçirilib

2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri və prinsipləri açıqlanıb

Anar Bayramov: Azərbaycanın tibbi turizm indeksi üzrə reytinq cədvəlinə daxil olması əsas hədəflərdəndir

General-mayor Gündüz Əbdülov: Müdafiə və təhlükəsizlikdə qurumlararası əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir

“Qarabağ” Futbol Akademiyasının direktoru: “Dinamo” ilə ilk oyun bizə ümid verdi

“Saudi Aramco” Şərq-Qərb neft kəmərinin genişləndirilməsinə başlayıb

Fiziki sərhədlərdən mənəvi bütövlüyə: ideoloji risklər niyə təhlükəlidir? - ŞƏRH

Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur

“Turan”ın voleybolçusu: Əldə etdiyimiz uğur komandanın əzmkarlığının nəticəsidir

İran 4 ölkənin gəmilərinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ mediası: Miçiqan ştatından Konqresə ilk müsəlman senator seçilib

Qızılın qiyməti psixoloji hədd hesab olunan 4000 dollardan yuxarıdır

Parlamentdə 2027-ci ilin dövlət büdcəsi müzakirə edilir

Demokratların qələbəsi fonunda dollar və Asiya fond bazarlarında geriləmə müşahidə olunur

Alimlər yadplanetli həyatın axtarışında virtual Yer modeli yaradıblar

Avropanı qışda çətin günlər gözləyir

Elmi yanaşmalar və təcrübələrin mübadiləsi: coğrafiyaçılar Bakıda bir araya gəlib

UEFA Avropa Liqasında IV tura Fransada start verilir

Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq

® “Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da

Ədliyyə Nazirliyi bələdiyyələrə xəbərdarlıq: Qanunsuz ödəniş tələblərinə inanmayın

İran parlamentinin spikeri: ABŞ-də seçicilər müharibəni rədd ediblər və Tehran bu mesajı dəstəkləyir

Elgün Cavadov: Sağlamlıq turizminin inkişafı üzrə müvafiq konsepsiya hazırlanacaq

İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır

Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

“Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaq

Azərbaycançılıq – xalqımızı birləşdirən siyasi və mənəvi gücdür – MƏQALƏ

Demokratlar Partiyası ABŞ Nümayəndələr Palatasında da qalib gəlib

Keyfiyyət informasiya sisteminin metrologiya modulu BMT-nin beynəlxalq referans nümunəsi seçilib

Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO

Beynəlxalq Telekommunikasiya İttifaqı: Dünya əhalisinin 76 faizi internetdən istifadə edir

Dövlət Turizm Agentliyinin sədri: Bu konfrans ölkəmizin tibbi turizm potensialının tanıdılmasında mühüm addımdır

Buzovna dairəsinin altındakı yol qovşağında nəqliyyatın hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq

Fuad Nağıyev: Sağlamlıq turizmi yeni Dövlət Proqramında prioritet istiqamətlərdən biridir

İkinci Tyanşan Forumunda Azərbaycanın Mərkəzi Asiya regionu ilə əməkdaşlıq prioritetləri diqqətə çatdırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi oktyabr ayının statistikasını açıqlayıb

Beynəlxalq Əmək Təşkilatı: Qadınların rəhbərlik etdikləri biznes qurumları daha yaxşı nəticələr əldə edir

Energetika naziri Oğuzda vətəndaşların müraciətlərini dinləyəcək

Bakıda 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransı işə başlayıb

® “AccessBank” qadın sahibkarların inkişafına “Access2Success” ilə yenidən dəstək verir

“Sabah” UEFA Çempionlar Liqasında Norveç təmsilçisi ilə üz-üzə gələcək

Əlilliyi olan şəxslərin hüquqlarının qorunması: yeni monitorinqlər və onlayn sorğular

Azərbaycan-Çexiya oyununa hakim təyinatları açıqlanıb

Xətai və Suraxanı rayonlarının bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq

Ağdaş və Göyçayın bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Çempionlar Liqası: “Fənərbağça” “Liverpul”u qəbul edəcək

Qızıl və gümüş bahalaşır VİDEO

Qızıl və gümüş bahalaşır VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Neft sahəsində çalışan müharibə veteranları tarixi Qələbənin ildönümünü qeyd edirlər

İsmayıllıda avtomobilin vurduğu piyada ölüb

Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak sərgisi – AIREX 2026 işə başlayıb

İkitəkərli nəqliyyat vasitələrinin sürücülərinə piyada keçidləri ilə bağlı xəbərdarlıq VİDEO

İkitəkərli nəqliyyat vasitələrinin sürücülərinə piyada keçidləri ilə bağlı xəbərdarlıq VİDEO

Vətən müharibəsi şəhidi Babək Həsənovun anım günüdür

BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib

Azərbaycan nefti 113 dollara satılır VİDEO

Azərbaycan nefti 113 dollara satılır VİDEO

Şimali Koreya Yapon dənizinə doğru bir neçə raket atıb

ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Hörmüz boğazı yaxınlığında dəniz minalarına düşən dörd tanker zədələnib

Şimali Koreya ABŞ-nin hazırkı siyasəti fonunda Vaşinqtonla dialoqda maraqlı deyil

Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Böyük Britaniya qida keyfiyyəti standartlarını Aİ ilə uyğunlaşdıracaq

Fransa daxili işlər naziri iğtişaşları hökumətin uğursuzluğu adlandırıb

CNN: Tramp ABŞ-də aralıq seçkilərin nəticələrini Ağ Evdən izləyəcək

Çempionlar Liqasının IV turunun ilk günündə 9 qarşılaşma olub

“Bavariya” Çempionlar Liqasında “Atletiko Madrid”ə qalib gəlib

İspaniyanın nəqliyyat naziri qatar qəzasından sonra istefa verdiyini açıqlayıb

PSJ Çempionlar Liqasında 17 dəqiqəyə dörd qol vuraraq rekord müəyyənləşdirib

NYT: ABŞ və Venesuela hərbi razılaşma üzrə danışıqlar aparır

Oman sahillərində tankerə hücum edilib

Baş məşqçi: “Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm

Media: İsrail Trampın 4 milyard dollarlıq maliyyə yardımının dayandırılması ilə bağlı açıqlamasına təəccüblənib

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

Fransada zərgərlik fabrikindən 50 kiloqramadək qızıl oğurlanıb

Yəmən hökuməti SEPAH-ı husilərə hərbi dəstəyi artırmaqda ittiham edib

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar

“Turan” klubu CEV Çempionlar Liqasında qələbə qazanıb