Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Diplomatiya, hüquq və texnologiya peşəkar həyatımı formalaşdırdı” - Azərbaycanlı hüquqşünasla - MÜSAHİBƏ

Vaşinqton, 23 yanvar, AZƏRTAC

Diplomatiya, akademiya və yüksək texnologiyalar… Beynəlxalq hüquq sahəsində fəaliyyət göstərən azərbaycanlı mütəxəssis, Amerika Universitetinin Vaşinqton Hüquq Kollecinin direktor müavini Şəlalə Vəliyeva AZƏRTAC-a verdiyi müsahibədə peşəkar inkişaf yolundan və qlobal hüquqi proseslərdə iştirak təcrübəsindən bəhs edir. ABŞ-da təhsil və BMT-də iş fəaliyyəti, yarımkeçiricilər və ixrac nəzarəti sahəsində aparılan tədqiqatlar müasir dövrün əsas çağırışlarına işıq salır. Müsahibədə, həmçinin hüquq təhsilinin gələcəyi və gənc hüquqşünaslar üçün açılan yeni imkanlar müzakirə olunur.

- Əvvəlcə özünüz haqda məlumat verməyinizi istərdim.

-Mən Özbəkistan Respublikasının Daşkənd şəhərində azərbaycanlı ailəsində anadan olmuşam. Daha sonra ailəmlə birlikdə Azərbaycana qayıtmış və Zaqatala şəhərində yaşamışıq. Orta təhsilimi Zaqatalada başa vurduqdan sonra Bakıda Beynəlxalq hüquq ixtisası üzrə ali təhsil almışam. Universiteti bitirdikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə işə qəbul olunmuşam.

Xarici İşlər Nazirliyində çalışdığım müddətdə ADA Universitetində İctimai Siyasət ixtisası üzrə magistratura təhsili almışam. Məzun olduqdan sonra diplomat kimi ilk xarici təyinatım üzrə Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyində fəaliyyətə başlamışam. Məncə, ADA Universitetinin ABŞ səfirliyində çalışan ilk məzunu olmuşam. Səfirlikdə fəaliyyətim dövründə siyasi məsələlər üzrə ABŞ Dövlət Departamenti, ABŞ Konqresi, Əmək Departamenti, Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyası və digər müvafiq qurumlarla işləyirdim. Dörd il ərzində diplomatik fəaliyyət çərçivəsində öz işinin ustadı olan səfirlər və yüksəksəviyyəli əməkdaşlarla çalışmaq mənə peşəkar, intensiv və dərin iş təcrübəsi qazandırıb. Bunun üçün hər zaman minnətdaram. Xüsusilə, 2020-ci il İkinci Qarabağ müharibəsi dövrü Azərbaycanın güclü diplomatiyasının bir daha nümayiş etdirildiyi ən mühüm mərhələlərdən biri idi və mən bu prosesin birbaşa şahidi olmuşam.

Sonrakı mərhələdə Amerika Universiteti Vaşinqton Hüquq Kollecində Beynəlxalq Ticarət və Biznes Hüququ üzrə təqaüdlü magistratura proqramına qəbul olunmuşam. Təhsil aldığım müddətdə BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında hüquq ofisinə işə qəbul edilmişəm. Müəyyən müddət işlədikdən sonra Vaşinqton Hüquq Kolleci tərəfindən ticarət hüququ üzrə beynəlxalq tədqiqatçı kimi universitetdə çalışmağa dəvət olunmuşam. Bunun ardınca universitetdə professorlarımın akademik fəaliyyətimi və peşəkar təcrübəmi dəyərləndirməsi ilə ticarət hüququ üzrə doktorantura proqramına təqaüd əsasında qəbul olunmuşam. Bu dövrdə Amerika Universitetinin Vaşinqton Hüquq Kolleci ilə ADA Universitetində yeni yaradılmış Hüquq Məktəbi arasında institusional əməkdaşlıq münasibətləri inkişaf etməyə başlamışdı. Hər iki universitetin məzunu olmağım, eləcə də hər iki ölkənin hüquq təhsil sistemi, hüquq mədəniyyəti və institusional yanaşmaları üzrə əldə etdiyim bilik və təcrübə bu layihəyə cəlb olunmağım üçün əsas olub. Təhsilin ölkələr və xalqlar arasında körpülərin möhkəmləndirilməsində mühüm rol oynadığına inanaraq, hazırda Vaşinqton Hüquq Kollecində Beynəlxalq Hüquq Təhsili Proqramı üzrə direktor müavini vəzifəsində, xüsusilə ADA Universiteti ilə əməkdaşlıq layihəsi çərçivəsində fəaliyyət göstərirəm. Paralel olaraq, doktorantura tədqiqatım çərçivəsində ticarət hüququ və texnologiya sahəsində, xüsusilə yarımkeçiricilər və çiplərin ixracına nəzarət məsələləri üzrə araşdırmalar aparır, bu sənayedə əsas rol oynayan ölkələrin qanunvericilik və tənzimləyici çərçivələrinin müqayisəli hüquqi təhlilini həyata keçirirəm.

- Çiplər hazırda dünyada çox aktualdır və bu sahədə hüququn işi nədən ibarətdir?

- Ölkələr çiplər və yarımkeçiricilər sənayesində fəaliyyətlərini genişləndirməkdədirlər və bir rəqabət sahəsinə çevrilib. İlk olaraq çiplərlə yarımkeçiricilərin fərqinə toxunmaq istəyirəm. Çip yarımkeçiricilərdən hazırlanır. Yarımkeçirici elektrik cərəyanını keçirən material növüdür. Başqa sözlə, kompüter prosessorları, yaddaş çipləri, məişət texnikasında istifadə olunan inteqral sxemlər, Günəş panelləri və digər tranzistor əsaslı komponentlərin yarımkeçiriciyə ehtiyacı var.

Xüsusilə COVID-19 pandemiyasından sonra bu sahənin əhəmiyyəti daha da artıb. Pandemiya dövründə genişmiqyaslı şəkildə virtual iş rejiminə keçid baş verib, nəticədə texnologiyanın yarımkeçiricilərə olan tələbatı kəskin şəkildə yüksəlib. Çünki texnoloji proqramlar çiplərin üzərində qurulur. Yəni indi danışdığımız süni intellekt, proqram təminatları, robotları minlərlə çiplər təşkil edir. Yarımkeçiricilərin qabaqcıl növü hərbi sahədə istifadə oluna bilər və ölkələr çalışırlar ki, bu çiplərdən mənfi istiqamətlərdə istifadə olunmaması üçün tənzimləyici mexanizmlər tətbiq etsinlər. Məsələn, xəstəxanalarda hamiləlik üçün istifadə olunan tibbi cihazlarda yerləşdirilən ikili təyinatlı çiplər, həmçinin silahlarda da istifadə oluna bilər.

ABŞ-ın NVIDIA şirkəti tərəfindən keçirilən konfransda müşahidə etdim ki, texnoloji şirkətlər hər işi yerinə yetirə bilən vahid beyinli robot yaratmağa çalışırlar. Fikrimcə, robotlar nə qədər təkmilləşdirilsə də, insan beyni qədər mükəmməl ola bilməz. Əsas tezis ondan ibarətdir ki, gələcəkdə insanlar və robotlar hibrid şəkildə birgə yaşayacaqlar.

Konfransda robotlarda yerləşdirilmiş humanoid beyin ilə tanış oldum. Bu beynin tərkibində yüzlərlə çip mövcuddur və həmin çiplərin hər biri müəyyən funksiyanı yerinə yetirir. Bu çiplər olmadan humanoid beynin yaradılması mümkün deyil. Çiplərin hazırlanması isə son dərəcə mürəkkəb bir prosesdir. Hər bir çipin ixracına nəzarət mexanizmlərini öyrənmək ayrıca və olduqca geniş bir sahədir. Digər bir misal odur ki, yarımkeçiricilərin materialının istehsalı üçün kritik minerallara ehtiyac var. Həmin mineralların bəziləri bir ölkədə, digərləri isə başqa ölkələrdə mövcuddur. Hazırda bu resursların həmin ölkələrdən tədarük edilməsi məsələsi gündəmdədir və mübahisələrə səbəb olur. Xülasə, doktorantura tədqiqatımda da elə bu çiplərin istehsal prosesini də araşdırıram. Hətta bəzən zarafatla deyirəm ki, artıq yarı mühəndisə çevrilmişəm. Çünki bu sahənin texniki tərəfini dərk etmədən onun hüquqi tənzimlənməsini anlamaq mümkün deyil.

- Çiplərin hazırlanması sahəsində əmək hüququ pozuntusu baş verə bilərmi?

- Yarımkeçirici sənayesində insan hüquqları məsələləri adətən birbaşa məhkəmə işləri formasında deyil, dolayısı yollarla - təchizat zəncirləri, ixrac nəzarəti, əmək şəraiti və müşahidə texnologiyaları vasitəsilə yaranır. Yəni “yarımkeçirici X-ə qarşı” adlı klassik məhkəmə işləri ilə nadir hallarda rastlaşırıq. Amerika Universitetində bu mövzuda panel müzakirələri təşkil etmişdik və əsas diqqət əmək hüquqlarının pozulmasına yönəlmişdi. Məsələn, yarımkeçiricilərin istehsalında istifadə olunan kritik mineral kobaltın hasilatı zamanı insanlar son dərəcə ağır və sağlamlığa zərərli şəraitdə çalışırlar.

- Bəs, hüquq bu sahədə kimi - çipi istehsal edəni, yoxsa çipin birbaşa təsiri olduğu insanı müdafiə edir?

- Hər ikisi fərqli yollarla və fərqli hüquqi rejimlər altında qorunur. Lakin tarazlıq çox vaxt çip istehsalçısının xeyrinə olur, xüsusən də beynəlxalq ticarət və ixrac nəzarəti qanunvericiliyində bu belədir. Qaydalar milli təhlükəsizliyi və daxili təchizatı təmin etmək üçün çip istehsalçısının intellektual mülkiyyətini və iqtisadi maraqlarını qorumaqla onlara böyük üstünlük verir. Bu çox mürəkkəb məhkəmə prosesidir. Bu o demək deyil ki, hər hansı kontekstdə insan hüquqları pozularsa, istehsalçı məhkəmə məsuliyyətindən azad olacaq. Əksinə, şirkətlər öz rəqabət qabiliyyətlərini artırmaq üçün Korporativ Sosial Məsuliyyətin (KSM) tənzimlənməsini gücləndirməyə çalışırlar. KSM inkişafını “Toyota” şirkəti ilə bağlı apardığım araşdırmalarda da müşahidə etmişdim.

- Bir zamanlar neft kəşf olunduqda əvvəlcə yataqlar aşkar edildi, daha sonra isə bu sahənin hüquqi tənzimlənməsi gündəmə gəldi – ərazi hüququ, mülkiyyət və digər məsələlər ön plana çıxdı. Bu gün isə texnoloji yeniliklərin sürətlə inkişaf etdiyini nəzərə alsaq, yaxın 5-6 il ərzində hüquq sahəsinin də bu yeniliklər fonunda əsas trend sahələrdən birinə çevriləcəyini demək olarmı?

- Bəli, bu məsələ “NVIDIA”nın panel müzakirələrində də geniş şəkildə qaldırılmışdı. Çox vaxt deyirik ki, süni intellekt iş yerlərimizi əlimizdən alacaq və biz işsiz qalacağıq. Halbuki reallıq fərqlidir, sadəcə olaraq, peşə bacarıqlarımız yeni istiqamətlərə yönələcək. Konfransda şirkətlərin əsas vurğuladığı məqam ondan ibarət idi ki, bu yeni sahədə hələ kifayət qədər təcrübəli kadr yoxdur. Məhz buna görə müəyyən təcrübə qazanmış şirkətlərin əməkdaşları yeni işçilər üçün daxili təlimlər təşkil edirlər.

Hüquq da belədir. Amerikalı hüquqşünaslarla bu barədə danışanda qeyd edirlər ki, bu sahəni bilən hüquqşünaslar çox deyil. İxraca nəzarət, intellektual mülkiyyət kimi əlaqəli sahələri ayrılıqda çox mükəmməl bilən hüquqşünaslar kifayət qədərdir, amma yarımkeçiricilər sahəsində bilik hazırkı market üçün yetərli deyil. Hətta elmi işimi də mürəkkəbləşdirən məsələlərdən biri bu sahədə kitabların və resursların olmamasıdır. Təbii ki, bu çatışmazlıq işimdə yenilik gətirmək baxımından üstünlük kimi də qiymətləndirilə bilər. Çiplərlə bağlı hüquqi və iqtisadi mübahisələr yeni deyil. Bu məsələ ilk dəfə 1980-ci illərdə, xüsusilə Yaponiya ilə bağlı olaraq gündəmə gəlmişdi. Həmin dövrdə əsas mübahisələr məişət elektronikası, xüsusən də televizorlarla bağlı bazarda rəqabət və ticarət balansı ilə əlaqədar idi. Ovaxtkı məhkəmə işləri daha məhdud xarakter daşıyırdı və əsasən ticarət hüququ çərçivəsində həll edilirdi. Bu gün isə vəziyyət dəyişib. Yarımkeçiricilər artıq yalnız ticarət deyil, milli təhlükəsizlik, ixrac nəzarəti və qlobal təchizat zənciri məsələsi kimi çıxış edir. Xüsusilə ABŞ-ın ixrac nəzarəti qaydaları bu sahədə həlledici rol oynayır və qlobal təsirə malikdir.

Bu kontekstdə ABŞ-ın müttəfiqləri, xüsusilə güclü yarımkeçirici sənayesinə malik Niderland strateji əhəmiyyət daşıyır. Niderland şirkətləri qlobal təchizat zəncirinə dərindən inteqrasiya olunub və onların fəaliyyəti ABŞ, Avropa və Asiya bazarları ilə sıx bağlıdır. Buna görə də ixrac nəzarəti yalnız bir ölkəni deyil, bütün təchizat zəncirini təsir altına alır. Bu gün bu kimi mürəkkəb hüquqi çərçivədən baş çıxaran təcrübəli hüquqşünaslara ehtiyac daha çox duyulur.

- Sonrakı 5 ildə planlarınız nədir. Bu sahədə hansısa şirkətdə işləməyi düşünürsünüzmü və ya öyrəndiklərinizə dair tədris planınız varmı?

- Hazırda, necə deyərlər, başıma “iki papaq geyinirəm", yəni iki öhdəliyim var. Direktor müavini olaraq əsas işim ADA Universitetinin Hüquq Məktəbi ilə layihəni icra etməkdir. Bizim əməkdaşlığımız artıq bir neçə ildir davam edir. ADA Universiteti sürətlə inkişaf edən, güclü institusional və akademik resurslara malik bir ali təhsil müəssisəsidir. Bununla yanaşı, hüquq təhsili sahəsində daha da gücləndirilməsi planlaşdırılan istiqamətlər mövcuddur.

Qeyd etmək vacibdir ki, ABŞ-da hüquq dərəcəsi bakalavr səviyyəsində verilmir. Hüquq üzrə təhsil almaq üçün tələbənin əvvəlcə istənilən sahə üzrə bakalavr dərəcəsi olmalıdır. Bu baxımdan, Azərbaycanda hüquq üzrə bakalavr təhsili almış tələbələr ABŞ-da magistratura səviyyəsində təhsil alaraq Amerika hüquq təhsili əldə edə bilirlər. Müəyyən tələblər yerinə yetirildikdən sonra onlar ABŞ-da vəkillik imtahanına da müraciət etmək hüququ qazanırlar. Eyni zamanda, Azərbaycan qanunvericiliyinə uyğun olaraq, ölkədə vəkillik imtahanına da hazırlaşa bilirlər.

Paralel olaraq, mən hazırda qeyd etdiyim yarımkeçiricilər (çiplər) sahəsində doktorantura təhsili alıram. Doktoranturanı başa vurduqdan sonra yarımkeçiricilər sahəsi ilə bağlı ixtisaslaşdığım istiqamətdə fəaliyyətimi davam etdirməyi planlaşdırıram. Bu fəaliyyət akademik mühitdə də ola bilər; lakin korporativ sahədə çalışsam da, akademiya ilə əlaqələrimi qorumaq mənim üçün dəyərlidir. Biz öyrəndiklərimizi və təcrübəmizi gələcək nəsil ilə paylaşmalıyıq.

- ADA Universiteti ilə həyata keçirilən proqram barədə bir qədər ətraflı məlumat verməyinizi istərdik. Bu sahədə qarşıdakı dövr üçün əsas planlar nədən ibarətdir?

- Bu layihə üzrə danışıqlara uzun müddət əvvəl başlamışdıq. Həmin vaxt mən burada magistratura təhsili alırdım və BMT-də çalışırdım. Müqavilə isə rəsmi olaraq 2023-cü ilin mart ayında imzalanıb. Bu, ilkin mərhələ idi və əsas məqsəd əməkdaşlıq çərçivəsində mümkün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək idi. Hazırda layihənin icra mərhələsindəyik və bu mərhələ üçillik dövrü əhatə edir.

Magistr proqramı çərçivəsində mübadilə proqramı ilə artıq 3 tələbəmiz məzun olub, 5 tələbə isə hazırda təhsil alır. Beləliklə, ümumilikdə 8 tələbə proqramda iştirak edib. Məzunlardan biri Azərbaycanda Ədliyyə Nazirliyində, ikisi isə hazırda ABŞ-da hüquq şirkətlərində çalışır. Məzunlarımızın Azərbaycanda və digər ölkələrdə peşəkar fəaliyyət göstərməsi nailiyyətdir.

Bununla yanaşı, ADA Universitetində Hüquq Kitabxanası layihəsi üzərində də işləyirik. Bu prosesdə kitabların seçimi xüsusi əhəmiyyət daşıyır və onlar Azərbaycanın qanunvericiliyinə, təhsil sistemi və bazar tələblərinə uyğun olmalıdır.

Eyni zamanda, “Hüquqi yazı və araşdırma” fənni çərçivəsində Amerika Universitetindən iki hüquq professoru bir il müddətinə Azərbaycanda dərs deyib. Bu dərs hüquqşünasların peşəkar yazı bacarıqlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır, çünki güclü yazı bacarığı səmərəli hüquqi fəaliyyətin əsasını təşkil edir. Tədris prosesi Azərbaycan qanunvericiliyi və milli tələblər nəzərə alınmaqla həyata keçirilir.

Bu əməkdaşlıq qarşılıqlı öyrənmə prinsipi üzərində qurulub, yəni hər iki universitet bu layihədən öyrənir.

- ABŞ-da həyata uyğunlaşma prosesiniz necə keçdi?

- Ailədən uzaq qalmaq, yeni mühitə uyğunlaşmaq və hər şey yoluna düşənə qədər yaşanan qeyri-müəyyənlik çətinliklər yaradır. İnsan özü ilə üz-üzə qalır. Burada maliyyə sabitliyi çox önəmlidir və bu mərhələyə çatana qədər keçilən yolun özü də ciddi təcrübədir. Bu müddətdə yaxşı dostların və güclü sosial çevrənin olması xüsusi əhəmiyyət daşıyır. Məncə, istənilən xarici ölkədə yaşamaq üçün bu, əsas şərtlərdən biridir.

Amerikada diqqətimi çəkən məqamlardan biri də odur ki, dünyanın müxtəlif ölkələrindən insanlar buraya gəlir və bəziləri uzun müddət darıxma hissi yaşayır. Əgər burada yaşamaq qərarı verilibsə, cəmiyyətə inteqrasiya vacibdir, yəni yerli adətlərə, gündəlik həyata, nəqliyyata və mətbəxə alışmaq lazımdır.

Burada müxtəlif xalqlar bir arada yaşayır və hamımız bir-birimizdən öyrənirik. Məsələn, xarici dostlarım Azərbaycan mətbəxini, xüsusilə düşbərəni çox sevirlər. Mən onlara düşbərə bişirirəm, tədbirlərimizə dəvət edirəm. Onlar Azərbaycan haqqında o qədər maraqlı və məlumatlı danışırlar ki, bu, insana böyük məmnunluq verir. Mən də onların mədəniyyətlərini öyrənir, oxşar və fərqli cəhətləri müzakirə edirik. Nəticə etibarilə, biz həm Amerika cəmiyyətinə inteqrasiya edirik, həm də öz milli irsimizi qoruyub saxlayırıq.

- Bir azərbaycanlı, diaspor nümayəndəsi kimi öz rolunuzu necə görürsünüz? Məsələn, Azərbaycanı tanıtmaq və yaxud Azərbaycanla bağlı proseslərdə iştirak etmək baxımından özünüzdə nə kimi öhdəlik hiss edirsiniz?

Mən bunu öhdəlik kimi yox, təbii bir hiss kimi görürəm, yəni hər şey ürəkdən və səmimi istəkdən irəli gəlir. ABŞ-ın uğurlu təcrübələrinin Azərbaycanla, Azərbaycanın uğurlu təcrübələrinin isə ABŞ-la paylaşılması hər iki cəmiyyət üçün faydalıdır.

Mənim əsas fəlsəfəm, ilk növbədə, öz sahəmin peşəkarı olmaqdır. İnsan harada çalışmasından asılı olmayaraq, ilkin təqdimat çox vaxt onun peşəkarlığı və milli kimliyi ilə başlayır.

İkinci vacib məqam insan olaraq sahib olduğun bilik və təcrübəni başqaları ilə paylaşmağı bacarmaqdır. Mənim məqsədim dünyanın hər yerində azərbaycanlı kimliyini hər zaman müsbət və peşəkar şəkildə təmsil etməkdir. Bunun yolu sadədir: əvvəlcə öz sahəndə güclü olmaq və bəşər övladı olaraq bu kimliyi layiqincə ifadə etmək.

Doğulduğum və böyüdüyüm Özbəkistana, eləcə də hazırda yaşadığım ABŞ-a da eyni hörmət və məsuliyyətlə yanaşıram, çünki bu ölkələr həm ailəmə, həm də mənə öz qapılarını açıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək

Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək

Fransada milli dəmir yolu şirkəti ümummilli tətil ərəfəsində əməkdaşlarına 400 avro məbləğində mükafat təklif edib

Azərbaycanda yeni yataqların istismarı qızıl hasilatını artıra bilər – Ekspert rəyi

Çin Demokratların qələbəsindən sonra ABŞ ilə konstruktiv strateji münasibətlər qurmağa çağırıb

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək

Maliyyə naziri: Gələn il Neft Fondunun gəlirləri 7,8 milyard dollar qiymətləndirilir

Sahil Babayev: Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri artıb

Nazir: 2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır

“Qırmızı Ürəklər” təqaüd proqramına qəbul başladı – tələbələrə aylıq 200 manat veriləcək

Adıgeydə dron hücumuna məruz qalan “Ozon” mərkəzində yanğın baş verib

Azərbaycan qlobal əhəmiyyətli müzakirələrə ev sahibliyi edən ölkə kimi tanınır - RƏY

Qazaxıstan parlamenti Asiya İnkişaf Bankı ilə 15 illik kredit müqaviləsini təsdiqləyib

Bu saata olan əsas xəbərlər

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum REPORTAJ

Vətən müharibəsinin xronikası: 4 noyabr

“Ədəbi proses – 2025”: Zəfər diskursundan Böyük Qayıdış ideyasına

Azərbaycanın ÜDM-i 2027-ci ildə 141 milyard manat səviyyəsində proqnozlaşdırılır

BDU-da “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində görüş təşkil edilib

Komitə sədri: Gələn ilin büdcə gəlirləri 39,2 milyard manat proqnozlaşdırılır

Əmlakın könüllü verilməsi hansı hallarda dələduzluq hesab olunur? – Ali Məhkəmədən izah

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ayısəsi məbədi

FHN: Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın söndürülüb

SMIIC-in Baş Assambleyasının iclasında halal standartlaşdırma məsələləri nəzərdən keçirilib

2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri və prinsipləri açıqlanıb

Anar Bayramov: Azərbaycanın tibbi turizm indeksi üzrə reytinq cədvəlinə daxil olması əsas hədəflərdəndir

General-mayor Gündüz Əbdülov: Müdafiə və təhlükəsizlikdə qurumlararası əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir

“Qarabağ” Futbol Akademiyasının direktoru: “Dinamo” ilə ilk oyun bizə ümid verdi

“Saudi Aramco” Şərq-Qərb neft kəmərinin genişləndirilməsinə başlayıb

Fiziki sərhədlərdən mənəvi bütövlüyə: ideoloji risklər niyə təhlükəlidir? - ŞƏRH

Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur

“Turan”ın voleybolçusu: Əldə etdiyimiz uğur komandanın əzmkarlığının nəticəsidir

İran 4 ölkənin gəmilərinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ mediası: Miçiqan ştatından Konqresə ilk müsəlman senator seçilib

Qızılın qiyməti psixoloji hədd hesab olunan 4000 dollardan yuxarıdır

Parlamentdə 2027-ci ilin dövlət büdcəsi müzakirə edilir

Demokratların qələbəsi fonunda dollar və Asiya fond bazarlarında geriləmə müşahidə olunur

Alimlər yadplanetli həyatın axtarışında virtual Yer modeli yaradıblar

Avropanı qışda çətin günlər gözləyir

Elmi yanaşmalar və təcrübələrin mübadiləsi: coğrafiyaçılar Bakıda bir araya gəlib

UEFA Avropa Liqasında IV tura Fransada start verilir

Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq

® “Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da

Ədliyyə Nazirliyi bələdiyyələrə xəbərdarlıq: Qanunsuz ödəniş tələblərinə inanmayın

İran parlamentinin spikeri: ABŞ-də seçicilər müharibəni rədd ediblər və Tehran bu mesajı dəstəkləyir

Elgün Cavadov: Sağlamlıq turizminin inkişafı üzrə müvafiq konsepsiya hazırlanacaq

İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır

Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

“Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaq

Azərbaycançılıq – xalqımızı birləşdirən siyasi və mənəvi gücdür – MƏQALƏ

Demokratlar Partiyası ABŞ Nümayəndələr Palatasında da qalib gəlib

Keyfiyyət informasiya sisteminin metrologiya modulu BMT-nin beynəlxalq referans nümunəsi seçilib

Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO

Beynəlxalq Telekommunikasiya İttifaqı: Dünya əhalisinin 76 faizi internetdən istifadə edir

Dövlət Turizm Agentliyinin sədri: Bu konfrans ölkəmizin tibbi turizm potensialının tanıdılmasında mühüm addımdır

Buzovna dairəsinin altındakı yol qovşağında nəqliyyatın hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq

Fuad Nağıyev: Sağlamlıq turizmi yeni Dövlət Proqramında prioritet istiqamətlərdən biridir

İkinci Tyanşan Forumunda Azərbaycanın Mərkəzi Asiya regionu ilə əməkdaşlıq prioritetləri diqqətə çatdırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi oktyabr ayının statistikasını açıqlayıb

Beynəlxalq Əmək Təşkilatı: Qadınların rəhbərlik etdikləri biznes qurumları daha yaxşı nəticələr əldə edir

Energetika naziri Oğuzda vətəndaşların müraciətlərini dinləyəcək

Bakıda 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransı işə başlayıb

® “AccessBank” qadın sahibkarların inkişafına “Access2Success” ilə yenidən dəstək verir

“Sabah” UEFA Çempionlar Liqasında Norveç təmsilçisi ilə üz-üzə gələcək

Əlilliyi olan şəxslərin hüquqlarının qorunması: yeni monitorinqlər və onlayn sorğular

Azərbaycan-Çexiya oyununa hakim təyinatları açıqlanıb

Xətai və Suraxanı rayonlarının bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq

Ağdaş və Göyçayın bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Çempionlar Liqası: “Fənərbağça” “Liverpul”u qəbul edəcək

Qızıl və gümüş bahalaşır VİDEO

Qızıl və gümüş bahalaşır VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Neft sahəsində çalışan müharibə veteranları tarixi Qələbənin ildönümünü qeyd edirlər

İsmayıllıda avtomobilin vurduğu piyada ölüb

Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak sərgisi – AIREX 2026 işə başlayıb

İkitəkərli nəqliyyat vasitələrinin sürücülərinə piyada keçidləri ilə bağlı xəbərdarlıq VİDEO

İkitəkərli nəqliyyat vasitələrinin sürücülərinə piyada keçidləri ilə bağlı xəbərdarlıq VİDEO

Vətən müharibəsi şəhidi Babək Həsənovun anım günüdür

BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib

Azərbaycan nefti 113 dollara satılır VİDEO

Azərbaycan nefti 113 dollara satılır VİDEO

Şimali Koreya Yapon dənizinə doğru bir neçə raket atıb

ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Hörmüz boğazı yaxınlığında dəniz minalarına düşən dörd tanker zədələnib

Şimali Koreya ABŞ-nin hazırkı siyasəti fonunda Vaşinqtonla dialoqda maraqlı deyil

Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Böyük Britaniya qida keyfiyyəti standartlarını Aİ ilə uyğunlaşdıracaq

Fransa daxili işlər naziri iğtişaşları hökumətin uğursuzluğu adlandırıb

CNN: Tramp ABŞ-də aralıq seçkilərin nəticələrini Ağ Evdən izləyəcək

Çempionlar Liqasının IV turunun ilk günündə 9 qarşılaşma olub

“Bavariya” Çempionlar Liqasında “Atletiko Madrid”ə qalib gəlib

İspaniyanın nəqliyyat naziri qatar qəzasından sonra istefa verdiyini açıqlayıb

PSJ Çempionlar Liqasında 17 dəqiqəyə dörd qol vuraraq rekord müəyyənləşdirib

NYT: ABŞ və Venesuela hərbi razılaşma üzrə danışıqlar aparır

Oman sahillərində tankerə hücum edilib

Baş məşqçi: “Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm

Media: İsrail Trampın 4 milyard dollarlıq maliyyə yardımının dayandırılması ilə bağlı açıqlamasına təəccüblənib

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb