Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaddaşın bərpası: 1918-ci il hadisələrinə dövlət səviyyəsində verilən tarixi qiymət

Yaddaşın bərpası: 1918-ci il hadisələrinə dövlət səviyyəsində verilən tarixi qiymət

Bakı, 31 mart, AZƏRTAC

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın yaddaşında silinməz iz qoymuş, qanla yazılmış bir faciənin simvoludur. Bu günə yalnız anım günü kimi yanaşmamalıyıq, həm də həqiqətin, ədalətin və milli yaddaşın qorunması günü kimi qəbul etməliyik.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimovanın “31 mart - yaddaşdan silinməyən qanlı tarix” sərlövhəli məqaləsində yer alıb. Məqalədə bildirilir ki, 1998-ci ildən etibarən Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmiş Fərmanla 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ölkəmizdə qeyd olunur. Bu qərar uzun illər gizlədilən, üzərinə pərdə çəkilən həqiqətlərin üzə çıxarılması istiqamətində dönüş nöqtəsi olub. Ulu Öndər bu məsuliyyətin miqyasını belə ifadə edirdi: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq... nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Bu çağırış təkcə bir dövr üçün deyil, bütün zamanlar üçün aktual olan milli və mənəvi borca çevrildi.

Müəllif qeyd edir ki, 1918-ci ilin mart-aprel aylarında Azərbaycan torpaqları misli görünməmiş vəhşiliklərin şahidi olub. Bakıdan başlayaraq Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə dinc əhaliyə qarşı planlı şəkildə qırğınlar törədilib. İnsanlar yalnız etnik və dini mənsubiyyətlərinə görə qətlə yetirilib, qadınlar, uşaqlar, qocalar amansızcasına öldürülüb. Yaşayış məntəqələri yandırılıb, şəhərlər dağıdılıb, məscidlər, məktəblər və mədəniyyət abidələri yerlə-yeksan edilib.

Təkcə bir neçə gün ərzində on minlərlə insan həyatını itirib, yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin düşüb. Şamaxıda minlərlə insan qətlə yetirilib, yüzlərlə kənd məhv edilib. Qubada isə sonradan aşkar edilən kütləvi məzarlıq bu faciənin dəhşətli miqyasını açıq şəkildə ortaya qoydu. Tapılan insan qalıqları üzərindəki işgəncə izləri – küt alətlərlə yetirilmiş zərbələr, başlara vurulmuş mismarlar – bu cinayətlərin necə qeyri-insani şəkildə həyata keçirildiyini sübut edir.

Bu qanlı hadisələrin kökündə mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək istəyən millətçi siyasət dayanırdı. Bu ideya uğrunda aparılmış etnik təmizləmə və deportasiya siyasəti nəticəsində minlərlə insan məhv edilib, on minlərlə insan doğma torpaqlarından qovulub. 1918-ci ilin mart hadisələri bu siyasətin ən qəddar və amansız təzahürü kimi tarixə həkk olunub.

Məqalədə vurğulanır ki, bu faciələr sonrakı illərdə də davam edib. 1920-ci illərdə torpaq itkiləri, 1948–1953-cü illərdə deportasiyalar və digər zorakılıq aktları xalqımıza qarşı sistemli siyasətin davamı idi. Lakin bütün bu sınaqlara baxmayaraq, Azərbaycan xalqı öz kimliyini, tarixini və yaddaşını qoruyub saxlayıb.

E.Akimova diqqətə çatdırır ki, müstəqillik əldə edildikdən sonra bu hadisələrin araşdırılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılıb. Xüsusilə Qubada aşkar edilmiş kütləvi məzarlıq tariximizin bu qanlı səhifəsinin danılmaz sübutuna çevrilib. Bu faktlar bir daha göstərdi ki, 1918-ci ilin hadisələri təkcə lokal toqquşma deyil, sistemli şəkildə həyata keçirilmiş soyqırımıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu həqiqətləri belə ifadə edib: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar... xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir”.

Bu sözlər tariximizin acı həqiqətlərinin siyasi və tarixi qiymətidir.

31 mart yalnız keçmişin xatırlanması deyil. Bu gün həm də gələcək qarşısında məsuliyyət günüdür. Bu, şəhidlərimizin xatirəsini yaşatmaq, həqiqətləri dünyaya çatdırmaq və belə faciələrin bir daha təkrarlanmaması üçün mübarizə aparmaq günüdür. Çünki tarix unudulanda təkrar olunur!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Mərkəzi Gömrük Hospitalında dislipidemiyaya həsr edilmiş ödənişsiz elmi simpozium təşkil olunacaq

Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb

Qazaxıstanda Aral-Xəzər magistralının tikintisini 2028-ci ilin sonunda başa çatdırmaq planlaşdırılır

Sahil Babayev: Növbəti ildə büdcə üzrə təhsil xərcləri 5,1 milyard manat proqnozlaşdırılır

Nazir: Gələn il ümumi dövlət xidmətlərinə 5,5 milyard manat xərclənməsi proqnozlaşdırılır

Mərkəzi Bankın sədri: Bank sektorunun struktur likvidlik profisiti 2,2 dəfə artıb

Maliyyə naziri: Gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 26,4 milyard manat proqnozlaşdırılır

Bakı metrosunda NFC sistemi ilə 74 milyonadək ödəniş edilib

Sahil Babayev: Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,2 milyard manat qiymətləndirilir

Hörmüzdə 4 tanker minaya düşüb

Taleh Kazımov: Gələn il inflyasiya səviyyəsinin hədəf daxilində olacağı gözlənilir

Bruno Retayo: Fransada immiqrantların yarısı yoxsulluq şəraitində yaşayır

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

Sağlamlıq turizmi üzrə beynəlxalq ekspertlər Bakıda bir araya gəlib- YENİLƏNİB

Avropanın təqdim etdiyi demokratik dəyərlərlə real siyasi davranışı arasındakı ziddiyyətlər bir daha üzə çıxdı - ŞƏRH

Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb

Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər

Deputat: Ədəbiyyatda Qarabağ mövzusu müharibə təsvirindən qayıdışın bədii ifadəsinə doğru inkişaf edib

Zərdabda fermer və sahibkarlar aqrar sahədə dəstək mexanizmləri barədə məlumatlandırılıb

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub

Sosial Xidmətlər Agentliyi ötən dövrdə 953 uşağın ailələrinə qayıtmasını təmin edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNƏCƏK VİDEO

Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir

“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında tarixə düşüb

Nazir: Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək

Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək

Fransada milli dəmir yolu şirkəti ümummilli tətil ərəfəsində əməkdaşlarına 400 avro məbləğində mükafat təklif edib

Azərbaycanda yeni yataqların istismarı qızıl hasilatını artıra bilər – Ekspert rəyi

Çin Demokratların qələbəsindən sonra ABŞ ilə konstruktiv strateji münasibətlər qurmağa çağırıb

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək

Maliyyə naziri: Gələn il Neft Fondunun gəlirləri 7,8 milyard dollar qiymətləndirilir

Sahil Babayev: Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri artıb

Nazir: 2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır

“Qırmızı Ürəklər” təqaüd proqramına qəbul başladı – tələbələrə aylıq 200 manat veriləcək

Adıgeydə dron hücumuna məruz qalan “Ozon” mərkəzində yanğın baş verib

Azərbaycan qlobal əhəmiyyətli müzakirələrə ev sahibliyi edən ölkə kimi tanınır - RƏY

Qazaxıstan parlamenti Asiya İnkişaf Bankı ilə 15 illik kredit müqaviləsini təsdiqləyib

Bu saata olan əsas xəbərlər

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum REPORTAJ

Vətən müharibəsinin xronikası: 4 noyabr

“Ədəbi proses – 2025”: Zəfər diskursundan Böyük Qayıdış ideyasına

Azərbaycanın ÜDM-i 2027-ci ildə 141 milyard manat səviyyəsində proqnozlaşdırılır

BDU-da “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində görüş təşkil edilib

Komitə sədri: Gələn ilin büdcə gəlirləri 39,2 milyard manat proqnozlaşdırılır

Əmlakın könüllü verilməsi hansı hallarda dələduzluq hesab olunur? – Ali Məhkəmədən izah

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ayısəsi məbədi

FHN: Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın söndürülüb

SMIIC-in Baş Assambleyasının iclasında halal standartlaşdırma məsələləri nəzərdən keçirilib

2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri və prinsipləri açıqlanıb

Anar Bayramov: Azərbaycanın tibbi turizm indeksi üzrə reytinq cədvəlinə daxil olması əsas hədəflərdəndir

General-mayor Gündüz Əbdülov: Müdafiə və təhlükəsizlikdə qurumlararası əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir

“Qarabağ” Futbol Akademiyasının direktoru: “Dinamo” ilə ilk oyun bizə ümid verdi

“Saudi Aramco” Şərq-Qərb neft kəmərinin genişləndirilməsinə başlayıb

Fiziki sərhədlərdən mənəvi bütövlüyə: ideoloji risklər niyə təhlükəlidir? - ŞƏRH

Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur

“Turan”ın voleybolçusu: Əldə etdiyimiz uğur komandanın əzmkarlığının nəticəsidir

İran 4 ölkənin gəmilərinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ mediası: Miçiqan ştatından Konqresə ilk müsəlman senator seçilib

Qızılın qiyməti psixoloji hədd hesab olunan 4000 dollardan yuxarıdır

Parlamentdə 2027-ci ilin dövlət büdcəsi müzakirə edilir

Demokratların qələbəsi fonunda dollar və Asiya fond bazarlarında geriləmə müşahidə olunur

Alimlər yadplanetli həyatın axtarışında virtual Yer modeli yaradıblar

Avropanı qışda çətin günlər gözləyir

Elmi yanaşmalar və təcrübələrin mübadiləsi: coğrafiyaçılar Bakıda bir araya gəlib

UEFA Avropa Liqasında IV tura Fransada start verilir

Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq

® “Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da

Ədliyyə Nazirliyi bələdiyyələrə xəbərdarlıq: Qanunsuz ödəniş tələblərinə inanmayın

İran parlamentinin spikeri: ABŞ-də seçicilər müharibəni rədd ediblər və Tehran bu mesajı dəstəkləyir

Elgün Cavadov: Sağlamlıq turizminin inkişafı üzrə müvafiq konsepsiya hazırlanacaq

İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır

Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

“Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaq

Azərbaycançılıq – xalqımızı birləşdirən siyasi və mənəvi gücdür – MƏQALƏ

Demokratlar Partiyası ABŞ Nümayəndələr Palatasında da qalib gəlib

Keyfiyyət informasiya sisteminin metrologiya modulu BMT-nin beynəlxalq referans nümunəsi seçilib

Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO

Beynəlxalq Telekommunikasiya İttifaqı: Dünya əhalisinin 76 faizi internetdən istifadə edir

Dövlət Turizm Agentliyinin sədri: Bu konfrans ölkəmizin tibbi turizm potensialının tanıdılmasında mühüm addımdır

Buzovna dairəsinin altındakı yol qovşağında nəqliyyatın hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq

Fuad Nağıyev: Sağlamlıq turizmi yeni Dövlət Proqramında prioritet istiqamətlərdən biridir

İkinci Tyanşan Forumunda Azərbaycanın Mərkəzi Asiya regionu ilə əməkdaşlıq prioritetləri diqqətə çatdırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi oktyabr ayının statistikasını açıqlayıb

Beynəlxalq Əmək Təşkilatı: Qadınların rəhbərlik etdikləri biznes qurumları daha yaxşı nəticələr əldə edir

Energetika naziri Oğuzda vətəndaşların müraciətlərini dinləyəcək

® “AccessBank” qadın sahibkarların inkişafına “Access2Success” ilə yenidən dəstək verir

“Sabah” UEFA Çempionlar Liqasında Norveç təmsilçisi ilə üz-üzə gələcək

Əlilliyi olan şəxslərin hüquqlarının qorunması: yeni monitorinqlər və onlayn sorğular

Azərbaycan-Çexiya oyununa hakim təyinatları açıqlanıb

Xətai və Suraxanı rayonlarının bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq

Ağdaş və Göyçayın bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Çempionlar Liqası: “Fənərbağça” “Liverpul”u qəbul edəcək

Qızıl və gümüş bahalaşır VİDEO

Qızıl və gümüş bahalaşır VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Neft sahəsində çalışan müharibə veteranları tarixi Qələbənin ildönümünü qeyd edirlər

İsmayıllıda avtomobilin vurduğu piyada ölüb

Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak sərgisi – AIREX 2026 işə başlayıb