UNEC-in əməkdaşı ali təhsil üzrə beynəlxalq ekspertlər siyahısına daxil edilib
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Keyfiyyətin təminatı şöbəsinin müdiri Vəfadar Rizvanlı Gürcüstanın Təhsil Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzinin ali təhsil üzrə beynəlxalq ekspertlər siyahısına daxil edilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, əməkdaşın müxtəlif ölkələrin keyfiyyət təminatı və akkreditasiya sistemlərində beynəlxalq ekspert kimi təmsil olunması universitet üçün də əhəmiyyətli imkanlar yaradır. Bu fəaliyyət çərçivəsində fərqli ölkələrin ali təhsil sistemlərində tətbiq olunan qiymətləndirmə modellərinin, akkreditasiya meyarlarının və institusional keyfiyyət təminatı təcrübələrinin öyrənilməsi, əldə olunan bilik və təcrübənin UNEC-in keyfiyyət təminatı sisteminin inkişafında tətbiqi üçün əlavə imkanlar formalaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [17:31]
Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm
- 04.11.2026 [16:59]
AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub
- 04.11.2026 [16:42]
MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər
- 04.11.2026 [15:49]
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
- 04.11.2026 [15:47]