Türk qonaq: “Art Weekend” festivalı çox yüksək səviyyədə təşkil olunub
Bakı, 31 oktyabr, AZƏRTAC
“Art Weekend” festivalı çox yüksək səviyyədə təşkil olunub. Bu tədbirdə bir-birindən maraqlı rəsm əsərləri və müxtəlif sərgilər nümayiş etdirilir. Belə mötəbər incəsənət tədbirində iştirak etməkdən məmnunam.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" festivalının Türkiyədən olan qonağı Ahmet Caner bildirib.
O qeyd edib ki, sərgidə Azərbaycanın zəngin mədəniyyətini, tarixini və milli dəyərlərini əks etdirən əsərlərin nümayiş olunması xüsusi əhəmiyyət daşıyır: “Bu əsərlər ölkənin mədəni irsi ilə daha yaxından tanış olmaq üçün gözəl fürsət yaradır”.
Müxbir - Gülay Nəzərova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [12:25]
Zəfər tariximiz – qürur salnaməmiz
- 03.11.2026 [19:48]
Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır
- 03.11.2026 [18:15]