STRUKTUR İSLAHATLARINI DƏSTƏKLƏMƏK ÜÇÜN
Dünya Bankı 1999-cu ildən başlayaraq Azərbaycan hökuməti ilə birlikdə struktur islahatlarına yardım üçün bir sıra layihələr həyata keçirir.
“Struktur dəyişikliklərinin dəstəklənməsi” (SAC-1) adlı birinci layihə uğurla başa çatdırıldıqdan sonra Dünya Bankının ekspertləri SAC-2 layihəsini işləyib hazırlayırlar.
Dünya Bankının Bakıdakı nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yeni layihənin müzakirəsi üçün bankın nümayəndə heyəti sentyabrda ölkəmizə gələcək və Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin rəhbərləri ilə görüşəcəkdir. Bu görüşlərdə “İnstitusional quruculuğa texniki yardım” layihəsi də nəzərdən keçiriləcəkdir.
Nümayəndə heyəti Vaşinqtona qayıtdıqdan sonra öz rəyini və tövsiyələrini Dünya Bankının həmin layihələri maliyyələşdirmək haqqında qərar çıxarması üçün onun rəhbərliyinin müzakirəsinə verəcəkdir. SAC-2 layihəsi təsdiqləndikdən sonra 30-40 milyon dollar məbləğində maliyyə vəsaiti ayrılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [17:11]
bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb
- 04.11.2026 [16:54]
® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə
- 04.11.2026 [16:53]