RUSİYA-TÜRKİYƏ HƏRBİ ƏMƏKDAŞLIĞI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİRLİR
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Anatoli Kvaşnin Türkiyədə üçgünlük işgüzar səfərdədir. Səfər onun türkiyəli həmkarı, ordu generalı Hüseyn Qıvrıkoğlunun dəvəti ilə həyata keçirilir.
Kvaşninin Türkiyə ordusunun rəhbərləri ilə danışıqlarında ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlıq, beynəlxalq terrorizmlə mübarizə, Avropada təhlükəsizlik, strateji sabitlik və ABŞ-ın raketdən müdafiə sistemi yaratmaq planlarını həyata keçirməsi məsələləri diqqət mərkəzində olacaqdır.
İTAR-TASS-ın məlumatına görə, Rusiya və Türkiyə silahlı qüvvələrinin baş qərargah rəisləri danışıqların yekunlarına görə hərbi əməkdaşlığa dair saziş imzalayacaqlar. Sənədin əsasını bu iki hərbi idarə arasında 1998-ci ildə Moskvada imzalanmış Qarşılıqlı anlaşma barədə memorandum təşkil edəcəkdir.
Rusiya Silahlı Qüvvələri Baş qərargahının rəisi Ankara və İstanbulda bir sıra hərbi obyektlərdə də olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [17:23]
Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır
- 04.11.2026 [16:43]
Belçikada işçilərin sayının azalacağı gözlənilir
- 04.11.2026 [15:26]
Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb
- 04.11.2026 [15:20]