Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib
Bakı, 2 noyabr, AZƏRTAC
Hindistanın qərbində yerləşən Racastan ştatının Çuru rayonunda yol tikintisi zamanı bədbəxt hadisə baş verib.
AZƏRTAC-ın "The Times of India" qəzetinə istinadla xəbər verir ki, çınqılqarışdıran maşının yüksəkgərginlikli elektrik xəttinə toxunması nəticəsində 8 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.
Polis bildirib ki, həlak olanların hamısı yol tikintisində çalışan fəhlələrdir. Yaralılar isə xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [17:23]
Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır
- 04.11.2026 [16:43]
Belçikada işçilərin sayının azalacağı gözlənilir
- 04.11.2026 [15:26]
Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb
- 04.11.2026 [15:20]