Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Bakı, 2 noyabr, AZƏRTAC

Fransa və Almaniyada oktyabrın 31-də keçirilən etirazlar Avropada sosial narazılığın ayrı-ayrı epizodlarla məhdudlaşmadığını, müxtəlif sosial qrupları və mövzuları əhatə edən daha geniş prosesə çevrildiyini göstərir. Yaşayış xərclərinin artması, təhsilin və ictimai xidmətlərin maliyyələşdirilməsi, sosial müdafiə və gənclərin gələcəklə bağlı narahatlıqları Avropa cəmiyyətlərində əsas müzakirə mövzularına çevrilib. Fransada isə bu proses Makron diktaturasının və Makron rejiminin idarəçilik siyasəti fonunda daha kəskin xarakter alır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin məsləhətçisi Məryəm İsmayılova deyib.

O bildirib ki, Fransada etirazlar sentyabrın sonunda liseylərdə başlayan blokadalarla gündəmə gəlib, sonradan tələbələrin, həmkarlar ittifaqlarının və “sarı jiletlilər” hərəkatının iştirakı ilə daha geniş aksiyalara çevrilib. Oktyabrın 31-də Fransada keçirilən aksiyalar ardıcıl üçüncü həftəsonu mobilizasiyası idi. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, həmin gün ölkə üzrə nümayişlərdə 320 min nəfər iştirak edib. Təşkilatçıların iştirakçı sayı ilə bağlı qiymətləndirmələri rəsmi rəqəmlərdən fərqlənir. Belə ki, oktyabrın 24-də nazirlik 410 min, CGT həmkarlar ittifaqı isə təxminən 800 min iştirakçı olduğunu bildirib. Həmçinin noyabrın 5-nə ümummilli tətil çağırışı edilib.

“Almaniyada isə “Gen Z regelt” təşəbbüsü çərçivəsində gənclər 30-dan çox şəhərdə aksiyalara çıxıblar. Təşkilatçıların məlumatına görə, nümayişlərdən əvvəl 150 mindən çox şəxs onlayn qeydiyyatdan keçib. Lakin bu rəqəmi faktiki iştirakçı sayı kimi təqdim etmək olmaz; aksiyalarda real iştirakın on minlərlə nəfər olduğu barədə məlumatlar yayılıb. Etirazların əsas mövzuları təhsilə və sosial xidmətlərə ayrılan vəsaitin azaldılması, yaşayış xərcləri, iqlim siyasəti və məcburi hərbi xidmətin mümkün bərpasıdır. Bu hadisələrin əsas göstəricisi narazılığın yalnız bir ölkənin daxili məsələsi olmamasıdır. Fransa və Almaniyada fərqli formalarda üzə çıxan etirazların ortaq məzmunu yaşayış səviyyəsi, təhsilin maliyyələşdirilməsi, sosial müdafiə və qərarların qəbulunda gənclərin maraqlarının nəzərə alınması ilə bağlıdır. Söhbət təkcə konkret hökumət qərarlarına etirazdan deyil, ictimai gözləntilərlə dövlət siyasətinin nəticələri arasında artan məsafədən gedir”,- deyə Məryəm İsmayılova qeyd edib.

Ekspert hakimiyyətə ictimai etimadın aşağı olmasının siyasi mənzərəyə təsir etdiyini bildirib. Ipsos-BVA-nın 2026-cı ilin oktyabrında dərc etdiyi siyasi reytinq sorğusunda Makronun fəaliyyətini müsbət qiymətləndirənlərin payı 15 faiz göstərilib. Bu göstərici prezidentin ictimai dəstəyinin zəif olduğunu təsdiqləyir. Bununla belə, reytinqi etirazların yeganə səbəbi kimi deyil, daha geniş sosial-iqtisadi narazılığın siyasi fonu kimi qiymətləndirmək lazımdır.

Etirazların daha geniş siyasi böhrana çevriləcəyi barədə müəyyən zəmin mövcuddur

M.İsmayılova hökumətin reaksiyasına diqqət çəkərək qeyd edib ki, Baş nazir Sebastyan Lökornü tələbə nümayəndələri ilə görüşərək onların narahatlıqlarına cavab verməyə çalışıb. Lakin etirazların davam etməsi göstərir ki, dialoq və verilən vədlər cəmiyyətin bir hissəsi üçün hələlik kifayət qədər inandırıcı nəticə yaratmayıb. Aksiyaların iştirakçı tərkibinin lisey şagirdlərindən tələbələrə və həmkarlar ittifaqlarına qədər genişlənməsi narazılığın yalnız ayrı-ayrı radikal qruplarla izah edilə bilməyəcəyini göstərir. Miqrasiya məsələsi Fransada və ümumilikdə Avropada sosial-siyasi müzakirələrin mühüm istiqamətlərindən biri olaraq qalır. Bununla belə, miqrasiyanı hazırkı etirazların birbaşa səbəbi kimi təqdim etmək düzgün olmazdı. Mövcud aksiyaların əsas gündəliyi daha çox yaşayış xərcləri, təhsil, sosial müdafiə və dövlət xidmətlərinin keyfiyyəti ilə bağlıdır.

“Hazırkı mərhələdə etirazların daha geniş siyasi böhrana çevriləcəyi barədə qəti proqnoz vermək çətindir, lakin bunun üçün müəyyən zəmin mövcuddur. Fransada hakimiyyətə ictimai etimadın aşağı olması, etirazların müxtəlif sosial qrupları əhatə etməsi və aksiyaların ardıcıl həftələrdə davam etməsi hökumət üçün ciddi siyasi çağırış yaradır. Fransada prezident seçkilərinin 2027-ci il aprelin 18-də və mayın 2-də keçirilməsi də siyasi mübarizənin və ictimai tələblərin əhəmiyyətini artırır.

Almaniyada isə “Gen Z regelt” təşəbbüsü hələ yeni formalaşır və onun uzunmüddətli təşkilati potensialı tam aydın deyil. Bununla belə, qısa müddətdə 30-dan çox şəhərdə aksiyaların təşkili gənclərin təhsil, sosial təminat, yaşayış xərcləri və hərbi xidmətlə bağlı narahatlıqlarının ciddi mobilizasiya potensialına malik olduğunu göstərir. Narazılığın mütləq siyasi böhrana çevriləcəyini söyləmək doğru olmazdı. Fransada aksiyaların əksəriyyəti dinc keçirilsə də, ayrı-ayrı şəhərlərdə toqquşmalar, dağıntılar və həbslər qeydə alınıb. Almaniyada təşkilatçıların dinc aksiya çağırışlarına baxmayaraq, bəzi şəhərlərdə insidentlər baş verib. Bu hallar etirazların xarakterini qiymətləndirərkən həm dinc iştirakçıların tələblərini, həm də ictimai asayişlə bağlı riskləri ayrıca nəzərə almağın vacibliyini göstərir”, - deyə ekspert əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran parlamentinin spikeri: ABŞ-də seçicilər müharibəni rədd ediblər və Tehran bu mesajı dəstəkləyir

Elgün Cavadov: Sağlamlıq turizminin inkişafı üzrə müvafiq konsepsiya hazırlanacaq

İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır

Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

“Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaq

Azərbaycançılıq – xalqımızı birləşdirən siyasi və mənəvi gücdür – MƏQALƏ

Demokratlar Partiyası ABŞ Nümayəndələr Palatasında da qalib gəlib

Keyfiyyət informasiya sisteminin metrologiya modulu BMT-nin beynəlxalq referans nümunəsi seçilib

Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim

Beynəlxalq Telekommunikasiya İttifaqı: Dünya əhalisinin 76 faizi internetdən istifadə edir

Dövlət Turizm Agentliyinin sədri: Bu konfrans ölkəmizin tibbi turizm potensialının tanıdılmasında mühüm addımdır

Buzovna dairəsinin altındakı yol qovşağında nəqliyyatın hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq

Fuad Nağıyev: Sağlamlıq turizmi yeni Dövlət Proqramında prioritet istiqamətlərdən biridir

İkinci Tyanşan Forumunda Azərbaycanın Mərkəzi Asiya regionu ilə əməkdaşlıq prioritetləri diqqətə çatdırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi oktyabr ayının statistikasını açıqlayıb

Beynəlxalq Əmək Təşkilatı: Qadınların rəhbərlik etdikləri biznes qurumları daha yaxşı nəticələr əldə edir

Energetika naziri Oğuzda vətəndaşların müraciətlərini dinləyəcək

Bakıda 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransı işə başlayıb

® “AccessBank” qadın sahibkarların inkişafına “Access2Success” ilə yenidən dəstək verir

“Sabah” UEFA Çempionlar Liqasında Norveç təmsilçisi ilə üz-üzə gələcək

Əlilliyi olan şəxslərin hüquqlarının qorunması: yeni monitorinqlər və onlayn sorğular

Azərbaycan-Çexiya oyununa hakim təyinatları açıqlanıb

Xətai və Suraxanı rayonlarının bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq

Ağdaş və Göyçayın bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Çempionlar Liqası: “Fənərbağça” “Liverpul”u qəbul edəcək

Qızıl və gümüş bahalaşır VİDEO

Qızıl və gümüş bahalaşır VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Neft sahəsində çalışan müharibə veteranları tarixi Qələbənin ildönümünü qeyd edirlər

İsmayıllıda avtomobilin vurduğu piyada ölüb

Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi – AIREX 2026 işə başlayıb

İkitəkərli nəqliyyat vasitələrinin sürücülərinə piyada keçidləri ilə bağlı xəbərdarlıq VİDEO

İkitəkərli nəqliyyat vasitələrinin sürücülərinə piyada keçidləri ilə bağlı xəbərdarlıq VİDEO

Vətən müharibəsi şəhidi Babək Həsənovun anım günüdür

BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib

Azərbaycan nefti 113 dollara satılır VİDEO

Azərbaycan nefti 113 dollara satılır VİDEO

Şimali Koreya Yapon dənizinə doğru bir neçə raket atıb

ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Hörmüz boğazı yaxınlığında dəniz minalarına düşən dörd tanker zədələnib

Şimali Koreya ABŞ-nin hazırkı siyasəti fonunda Vaşinqtonla dialoqda maraqlı deyil

Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Böyük Britaniya qida keyfiyyəti standartlarını Aİ ilə uyğunlaşdıracaq

Fransa daxili işlər naziri iğtişaşları hökumətin uğursuzluğu adlandırıb

CNN: Tramp ABŞ-də aralıq seçkilərin nəticələrini Ağ Evdən izləyəcək

Çempionlar Liqasının IV turunun ilk günündə 9 qarşılaşma olub

“Bavariya” Çempionlar Liqasında “Atletiko Madrid”ə qalib gəlib

İspaniyanın nəqliyyat naziri qatar qəzasından sonra istefa verdiyini açıqlayıb

PSJ Çempionlar Liqasında 17 dəqiqəyə dörd qol vuraraq rekord müəyyənləşdirib

NYT: ABŞ və Venesuela hərbi razılaşma üzrə danışıqlar aparır

Oman sahillərində tankerə hücum edilib

Baş məşqçi: “Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm

Media: İsrail Trampın 4 milyard dollarlıq maliyyə yardımının dayandırılması ilə bağlı açıqlamasına təəccüblənib

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

Fransada zərgərlik fabrikindən 50 kiloqramadək qızıl oğurlanıb

Yəmən hökuməti SEPAH-ı husilərə hərbi dəstəyi artırmaqda ittiham edib

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar

“Turan” klubu CEV Çempionlar Liqasında qələbə qazanıb

Ankarada Azərbaycanın Zəfər Günü qeyd olunub

Ayxan Mehdizadə: XIX əsrdə Bakı, Gəncə, Şuşa və Dərbənd silah istehsalının mühüm mərkəzləri olub

Leo Qabriadze: Teatrımızın tamaşasını Azərbaycan auditoriyasına təqdim etməkdən məmnunuq

Samuxda yeniyetmə və gənclər şanlı Zəfər dastanını qəhrəmanların dilindən dinləyiblər

“Xilasedici” komandası CEV Çempionlar Liqasında ilk oyununa çıxıb

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH  VİDEO

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH VİDEO

Şərur rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Avropada bomba hədələri ilə əlaqədar yeddi təyyarədə axtarış aparılıb

Qazaxda Vətən müharibəsi iştirakçıları gənclərlə görüşüblər

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub

Bu saata olan əsas xəbərlər

Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır

Suha Çubukçuoğlu: Avropanın rəqabət qabiliyyətliliyi müdafiə potensialı kimi ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır - ŞƏRH

Günay Əfəndiyeva: Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın əmanəti kimi qoruyub saxlamalıyıq

Süni intellekt jurnalistin faktları yoxlamaq və redaksiya məsuliyyətini daşımaq funksiyasını əvəz etməməlidir – RƏY

Kansler: Ukraynadakı müharibənin nəticəsi uzun illər Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Avropada siyasi elitalara inamın azalması Avropa İttifaqının birliyini təhdid edir - ŞƏRH

Professor: Fransa ilə Almaniyada etirazlar sosial-iqtisadi çağırışların və ictimai etimad məsələlərinin aktuallığını göstərir

Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib

Futzal liqalarında transfer pəncərələrinin tarixləri müəyyənləşib

Turizm eksperti: Qış turizminin inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır

Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib

Aktrisa Yevgeniya Dodina: BIAF-da çox şən ab-hava hökm sürür

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub

Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?

SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

® Kino biletləri də “ABB mobile” tətbiqində

Siyasi şərhçi: Avropada artan sosial narazılıq hökumətlərin böhranı idarə etmək qabiliyyətini sınağa çəkir

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın aparıcı ali təhsil müəssisələrində olub

Direktor: Xətai Tibb Mərkəzinə gündə 380-400 nəfər müraciət edir

Rza Əliyev: Azərbaycanın təşəbbüsləri mədəni yaxınlığı konkret əməkdaşlığa çevirir

Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər

Fransanın 2027-ci il büdcəsi ilə bağlı suallar yaranıb

® “Expressbank” Bərdədə 300 ağac əkib

Rəhman Quliyev: Qarşıdan gələn qış mövsümü Azərbaycan turizmi üçün kifayət qədər perspektivli olacaq

Baş katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb