Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransa və Almaniyada etirazlar: Avropanın siyasi, iqtisadi və sosial modelinin sınağı - ŞƏRH

Fransa və Almaniyada etirazlar: Avropanın siyasi, iqtisadi və sosial modelinin sınağı -  ŞƏRH

Bakı, 3 noyabr, AZƏRTAC

Fransa və Almaniyada keçirilən son etirazları yalnız ayrı-ayrı sosial qrupların narazılığı və ya hökumətlərin konkret qərarlarına qarşı yönəlmiş aksiyalar kimi qiymətləndirmək baş verən proseslərin mahiyyətini tam əks etdirmir. Bu hadisələr daha geniş siyasi, iqtisadi və sosial dəyişikliklərin, eyni zamanda, Avropanın mövcud inkişaf modelində toplanmış ziddiyyətlərin üzə çıxmasıdır. Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, hər iki ölkədə etirazların görünən səbəbləri fərqli olsa da, onların arxasında dayanan fundamental problemlər müəyyən mənada üst-üstə düşür. Söhbət dövlət institutlarına etimadın zəifləməsindən, sosial təminat sisteminin üzləşdiyi çətinliklərdən, iqtisadi resursların bölüşdürülməsi ilə bağlı narazılıqlardan və cəmiyyətin gələcək inkişaf istiqamətinə dair artan qeyri-müəyyənlikdən gedir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva söyləyib.

Siyasi idarəetmə böhranının dərinləşməsi

O bildirib ki, Fransada baş verən sosial narazılıqlar siyasi idarəetmə böhranına çevrilib. Bu gün küçələrdə baş verən etirazlar təkcə konkret hökumət qərarlarına deyil, bütövlükdə Fransanın siyasi idarəetmə üsuluna qarşı yönəlir. Etirazların ilkin mərhələsində təhsil sistemi, dövlət xidmətlərinin keyfiyyəti, əməkhaqları və yaşayış xərcləri ilə əlaqəli tələblərin ön plana çıxması onların yalnız sosial xarakter daşıdığı təəssüratını yarada bilərdi. Lakin etirazların genişlənməsi və müxtəlif sosial qrupların prosesə eyni vaxtda qoşulması göstərir ki, narazılığın miqyası ayrı-ayrı iqtisadi tələblərdən daha genişdir. Burada əsas rolu Fransa cəmiyyətinin mövcud siyasi idarəetmə modelinə münasibətində baş verən dəyişiklik oynayır. Cəmiyyətin əhəmiyyətli hissəsində dövlət institutlarının gündəlik problemləri həll etmək imkanlarına və siyasi qərarların effektivliyinə inam zəifləyib.

Son illərdə siyasi sistemin formal idarəetmə mexanizmləri ilə cəmiyyətin real gözləntiləri arasında məsafə kəskin şəkildə artıb. Fransada bu gün siyasi sistemin üzləşdiyi əsas çətinliklərdən biri cəmiyyət daxilində vahid siyasi konsensusun zəifləməsidir. Müxtəlif sosial təbəqələrin, siyasi qrupların və nəsillərin gözləntiləri arasında fərqlər artıb. Hökumətin həyata keçirməyə çalışdığı struktur islahatları lazımi ictimai dəstəyi əldə edə bilmir. Nəticədə siyasi qərarların qəbulu ilə onların cəmiyyət tərəfindən qəbul edilməsi arasında ciddi ziddiyyət yaranıb.

Bu gün bir tərəfdə təhlükəsizlik, miqrasiya və ictimai asayiş məsələlərini ön plana çıxarmağa çalışan hökumət, digər tərəfdə isə sosial ədalət, iqtisadi bərabərsizlik və dövlətin sosial məsuliyyətinin qorunmasını tələb edən cəmiyyət dayanır. Bir sözlə, Fransada baş verənləri təkcə hökumətə qarşı etiraz kimi deyil, dövlətin idarəetmə qabiliyyəti, siyasi legitimlik və cəmiyyətlə hakimiyyət arasında münasibətlərin yenidən formalaşması prosesi kimi qiymətləndirmək olar.

Siyasi və iqtisadi yanaşmalara yenidən baxılmasının zəruriliyi

“Almaniyada müşahidə olunan etirazların məzmununda da oxşar ziddiyyətlər dayanır, lakin burada proseslərin özünəməxsus xüsusiyyətləri var. Almaniya uzun illər Avropanın iqtisadi sabitliyinin əsas dayaqlarından biri, sosial rifah modelinin nümunəsi və beynəlxalq münasibətlərdə daha çox iqtisadi gücə əsaslanan aktor kimi çıxış edib. Lakin hazırkı geosiyasi şərait Almaniyanın ənənəvi siyasi və iqtisadi yanaşmalarına yenidən baxmasını zəruri edib.

Hərbi potensialın gücləndirilməsi zərurəti, müdafiə xərclərinin kəskin artırılması və Avropanın təhlükəsizlik sistemində daha fəal rolun qəbul edilməsi Almaniyanın dövlət prioritetlərini dəyişdirib. Prioritetlərdə belə bir yerdəyişmənin iqtisadi və sosial qiyməti ilə bağlı cəmiyyətdə narazılıqlar meydana çıxıb.

Almaniyada baş verən etirazların mühüm tərəflərindən biri məhz dövlətin strateji prioritetləri ilə vətəndaşların gündəlik sosial gözləntiləri arasında yaranan ziddiyyətlərdir. Bir tərəfdən, dövlət müdafiə qabiliyyətini gücləndirmək, hərbi xərcləri artırmaq və təhlükəsizlik sahəsində daha böyük məsuliyyət daşımaq niyyətindədir. Digər tərəfdən, cəmiyyət təhsil, səhiyyə, mənzil təminatı və sosial müdafiə məsələlərinin arxa plana keçməsini qəbul etmək istəmir. Xüsusilə gənclərin məcburi hərbi xidmətin bərpasına münasibəti bu ziddiyyəti daha aydın göstərir. Bu addım hökumət üçün ölkənin müdafiə hazırlığını və təhlükəsizlik imkanlarını gücləndirmək zərurətindən irəli gəlir. Gənclərin bir hissəsi üçün isə bu, şəxsi azadlıq, gələcək planları və dövlətlə vətəndaş arasında öhdəliklərin ədalətli bölüşdürülməsi ilə bağlı suallar yaradır”, - deyə Y.Hacıyeva vurğulayıb.

Avropanın sual altına düşən rifah modeli

Politoloq deyib ki, hər iki ölkədə izlənilən proseslər Avropanın rifah modelinin maliyyə və struktur problemlərini daha da kəskinləşdirib. Fransa və Almaniyada baş verən etirazların iqtisadi səbəblərini yalnız inflyasiya, qiymət artımı və əməkhaqları ilə izah etmək düzgün olmazdı. Burada daha fundamental məsələ Avropanın uzun illər ərzində formalaşdırdığı sosial rifah modelinin mövcud iqtisadi və geosiyasi şəraitdə davamlılığının sual altına düşməsidir.

“Avropa dövlətləri, eyni zamanda, bir neçə böyük maliyyə öhdəliyini yerinə yetirməlidirlər: pensiya sistemini qorumaq, səhiyyə və təhsil xidmətlərini maliyyələşdirmək, sosial müdafiəni təmin etmək, dövlət borcunu idarə etmək və müdafiə xərclərini artırmaq. Bütün bu istiqamətlərin paralel maliyyələşdirilməsi isə dövlət büdcələri üzərində ciddi təzyiq yaradır. Nəticədə hökumətlər iqtisadi səmərəlilik, sosial öhdəliklər və təhlükəsizlik prioritetləri arasında seçim etmək məcburiyyətində qalırlar. Məhz bu nöqtədə Avropanın iqtisadi modelinin əsas ziddiyyəti də ortaya çıxır. Dövlətlər bir tərəfdən əvvəlki sosial təminat səviyyəsini qorumaq, digər tərəfdən isə yeni geosiyasi reallıqların tələb etdiyi əlavə xərcləri qarşılamaq istəyirlər. Lakin bu iki istiqamətin birlikdə və əvvəlki səviyyədə maliyyələşdirilməsi getdikcə çətinləşir. Digər mühüm amil Avropa iqtisadiyyatının qlobal rəqabət qabiliyyəti ilə bağlıdır. Enerji xərcləri, sənaye istehsalının rəqabət qabiliyyəti, investisiya mühiti və xarici bazarlardan asılılıq Avropa iqtisadiyyatının uzunmüddətli perspektivləri üçün mühüm əhəmiyyət daşıyır”, - deyə politoloq əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Mərkəzi Gömrük Hospitalında dislipidemiyaya həsr edilmiş ödənişsiz elmi simpozium təşkil olunacaq

Qarabağ Dirçəliş Fondunun sədri: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb

Qazaxıstanda Aral-Xəzər magistralının tikintisini 2028-ci ilin sonunda başa çatdırmaq planlaşdırılır

Sahil Babayev: Növbəti ildə büdcə üzrə təhsil xərcləri 5,1 milyard manat proqnozlaşdırılır

Nazir: Gələn il ümumi dövlət xidmətlərinə 5,5 milyard manat xərclənməsi proqnozlaşdırılır

Mərkəzi Bankın sədri: Bank sektorunun struktur likvidlik profisiti 2,2 dəfə artıb

Maliyyə naziri: Gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 26,4 milyard manat proqnozlaşdırılır

Bakı metrosunda NFC sistemi ilə 74 milyonadək ödəniş edilib

Sahil Babayev: Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,2 milyard manat qiymətləndirilir

Hörmüzdə 4 tanker minaya düşüb

Taleh Kazımov: Gələn il inflyasiya səviyyəsinin hədəf daxilində olacağı gözlənilir

Bruno Retayo: Fransada immiqrantların yarısı yoxsulluq şəraitində yaşayır

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

Sağlamlıq turizmi üzrə beynəlxalq ekspertlər Bakıda bir araya gəlib- YENİLƏNİB

Avropanın təqdim etdiyi demokratik dəyərlərlə real siyasi davranışı arasındakı ziddiyyətlər bir daha üzə çıxdı - ŞƏRH

Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb

Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər

Deputat: Ədəbiyyatda Qarabağ mövzusu müharibə təsvirindən qayıdışın bədii ifadəsinə doğru inkişaf edib

Zərdabda fermer və sahibkarlar aqrar sahədə dəstək mexanizmləri barədə məlumatlandırılıb

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub

Sosial Xidmətlər Agentliyi ötən dövrdə 953 uşağın ailələrinə qayıtmasını təmin edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNƏCƏK VİDEO

Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir

“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında tarixə düşüb

Nazir: Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək

Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək

Fransada milli dəmir yolu şirkəti ümummilli tətil ərəfəsində əməkdaşlarına 400 avro məbləğində mükafat təklif edib

Azərbaycanda yeni yataqların istismarı qızıl hasilatını artıra bilər – Ekspert rəyi

Çin Demokratların qələbəsindən sonra ABŞ ilə konstruktiv strateji münasibətlər qurmağa çağırıb

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək

Maliyyə naziri: Gələn il Neft Fondunun gəlirləri 7,8 milyard dollar qiymətləndirilir

Sahil Babayev: Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri artıb

Nazir: 2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır

“Qırmızı Ürəklər” təqaüd proqramına qəbul başladı – tələbələrə aylıq 200 manat veriləcək

Adıgeydə dron hücumuna məruz qalan “Ozon” mərkəzində yanğın baş verib

Azərbaycan qlobal əhəmiyyətli müzakirələrə ev sahibliyi edən ölkə kimi tanınır - RƏY

Qazaxıstan parlamenti Asiya İnkişaf Bankı ilə 15 illik kredit müqaviləsini təsdiqləyib

Bu saata olan əsas xəbərlər

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum REPORTAJ

Vətən müharibəsinin xronikası: 4 noyabr

“Ədəbi proses – 2025”: Zəfər diskursundan Böyük Qayıdış ideyasına

Azərbaycanın ÜDM-i 2027-ci ildə 141 milyard manat səviyyəsində proqnozlaşdırılır

BDU-da “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində görüş təşkil edilib

Komitə sədri: Gələn ilin büdcə gəlirləri 39,2 milyard manat proqnozlaşdırılır

Əmlakın könüllü verilməsi hansı hallarda dələduzluq hesab olunur? – Ali Məhkəmədən izah

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ayısəsi məbədi

FHN: Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın söndürülüb

SMIIC-in Baş Assambleyasının iclasında halal standartlaşdırma məsələləri nəzərdən keçirilib

2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri və prinsipləri açıqlanıb

Anar Bayramov: Azərbaycanın tibbi turizm indeksi üzrə reytinq cədvəlinə daxil olması əsas hədəflərdəndir

General-mayor Gündüz Əbdülov: Müdafiə və təhlükəsizlikdə qurumlararası əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir

“Qarabağ” Futbol Akademiyasının direktoru: “Dinamo” ilə ilk oyun bizə ümid verdi

“Saudi Aramco” Şərq-Qərb neft kəmərinin genişləndirilməsinə başlayıb

Fiziki sərhədlərdən mənəvi bütövlüyə: ideoloji risklər niyə təhlükəlidir? - ŞƏRH

Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur

“Turan”ın voleybolçusu: Əldə etdiyimiz uğur komandanın əzmkarlığının nəticəsidir

İran 4 ölkənin gəmilərinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ mediası: Miçiqan ştatından Konqresə ilk müsəlman senator seçilib

Qızılın qiyməti psixoloji hədd hesab olunan 4000 dollardan yuxarıdır

Parlamentdə 2027-ci ilin dövlət büdcəsi müzakirə edilir

Demokratların qələbəsi fonunda dollar və Asiya fond bazarlarında geriləmə müşahidə olunur

Alimlər yadplanetli həyatın axtarışında virtual Yer modeli yaradıblar

Avropanı qışda çətin günlər gözləyir

Elmi yanaşmalar və təcrübələrin mübadiləsi: coğrafiyaçılar Bakıda bir araya gəlib

UEFA Avropa Liqasında IV tura Fransada start verilir

Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq

® “Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da

Ədliyyə Nazirliyi bələdiyyələrə xəbərdarlıq: Qanunsuz ödəniş tələblərinə inanmayın

İran parlamentinin spikeri: ABŞ-də seçicilər müharibəni rədd ediblər və Tehran bu mesajı dəstəkləyir

Elgün Cavadov: Sağlamlıq turizminin inkişafı üzrə müvafiq konsepsiya hazırlanacaq

İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır

Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

“Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaq

Azərbaycançılıq – xalqımızı birləşdirən siyasi və mənəvi gücdür – MƏQALƏ

Demokratlar Partiyası ABŞ Nümayəndələr Palatasında da qalib gəlib

Keyfiyyət informasiya sisteminin metrologiya modulu BMT-nin beynəlxalq referans nümunəsi seçilib

Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO

Beynəlxalq Telekommunikasiya İttifaqı: Dünya əhalisinin 76 faizi internetdən istifadə edir

Dövlət Turizm Agentliyinin sədri: Bu konfrans ölkəmizin tibbi turizm potensialının tanıdılmasında mühüm addımdır

Buzovna dairəsinin altındakı yol qovşağında nəqliyyatın hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq

Fuad Nağıyev: Sağlamlıq turizmi yeni Dövlət Proqramında prioritet istiqamətlərdən biridir

İkinci Tyanşan Forumunda Azərbaycanın Mərkəzi Asiya regionu ilə əməkdaşlıq prioritetləri diqqətə çatdırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi oktyabr ayının statistikasını açıqlayıb

Beynəlxalq Əmək Təşkilatı: Qadınların rəhbərlik etdikləri biznes qurumları daha yaxşı nəticələr əldə edir

Energetika naziri Oğuzda vətəndaşların müraciətlərini dinləyəcək

® “AccessBank” qadın sahibkarların inkişafına “Access2Success” ilə yenidən dəstək verir

“Sabah” UEFA Çempionlar Liqasında Norveç təmsilçisi ilə üz-üzə gələcək

Əlilliyi olan şəxslərin hüquqlarının qorunması: yeni monitorinqlər və onlayn sorğular

Azərbaycan-Çexiya oyununa hakim təyinatları açıqlanıb

Xətai və Suraxanı rayonlarının bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq

Ağdaş və Göyçayın bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Çempionlar Liqası: “Fənərbağça” “Liverpul”u qəbul edəcək

Qızıl və gümüş bahalaşır VİDEO

Qızıl və gümüş bahalaşır VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Neft sahəsində çalışan müharibə veteranları tarixi Qələbənin ildönümünü qeyd edirlər

İsmayıllıda avtomobilin vurduğu piyada ölüb

Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak sərgisi – AIREX 2026 işə başlayıb