Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 31 oktyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq noyabrın 6-da saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov xidmətin Qəbələ rayon şöbəsinin inzibati binasında Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların noyabrın 3-dək SHXÇDX-nin adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [12:00]
Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum REPORTAJ
- 04.11.2026 [10:40]
30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO
- 04.11.2026 [10:07]
İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
- 04.11.2026 [09:28]
Vətən müharibəsi şəhidi Babək Həsənovun anım günüdür
- 03.11.2026 [20:52]