DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA ELMİ-PRAKTİK SEMİNAR
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Layihələrin İdarə edilməsi Azərbaycan Assosiasiyası “Layihələrin idarə edilməsi” mövzusunda birgə elmi-praktik seminar keçirmişlər.
Seminarı giriş sözü ilə akademiyanın rektoru, professor Seyfəddin Qəndilov açmışdır.
Layihələrin İdarə edilməsi Azərbaycan Assosiasiyasının prezidenti dosent İ.Babayev 1999-cu ildə yaradılmış, 2002-ci lidən Beynəlxalq İdarəetmə Assosiasiyasının üzvü olan bu təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.
Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, Beynəlxalq Sertifikatlaşdırma Şurasının MDB ölkələri üzrə rəhbəri, Ukrayna Assosiasiyasının prezidenti, professor S.Buşuyev layihələrin idarə edilməsində beynəlxalq tələblər, onların mahiyyəti və əhəmiyyətindən, Ukrayna Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, professor A.Rıbak bu sahədə kadr hazırlığının inkişafından danışmışlar.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri M.Abbaszadənin ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə layihələrin idarə olunması, onların əhəmiyyəti, icra vəziyyəti, komissiyanın həyata keçirdiyi layihələr barədə geniş məlumatı böyük maraq doğurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [18:42]
BDU-da “Zəfər sədaları” adlı konsert proqramı təqdim edilib
- 04.11.2026 [17:31]
Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm
- 04.11.2026 [16:59]
AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub
- 04.11.2026 [16:42]
MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər
- 04.11.2026 [15:49]