BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞLƏR
Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti Rusiya Federasiyasının Suzdal Şəhərində keçirilən Beynəlxalq Konfransda iştirak etmişlər.
MDB ölkələri ali maliyyə nəzarəti orqanları rəhbərlərinin, Rusiya Prezidenti İcra Aparatının, Dövlət Dumasının, Avropa Ölkələri Ali Audit Qurumu olan AVROSAY təşkilatının nümayəndələrinin iştirak etdikləri konfransda dövlət maliyyə-nəzarət sisteminin təkmilləşdirilməsi, nəzarət-hesablama orqanları tərəfindən həyata keçirilən ekspert-diaqnostika fəaliyyətində informasiya texnologiyalarının tətbiqi ilə bağlı məsələlər ətraflı müzakirə edilmişdir.
Palatadan bildirmişlər ki, respublikamızın nümayəndə heyəti səfər çərçivəsində həm də MDB ölkələrinin, Rusiya Federasiyası ali (dövlət) maliyyə nəzarət orqanları rəhbərləri və maliyyə monitorinqinin informasiya sahəsində böyük təcrübəyə malik mütəxəssisləri ilə görüşmüşlər. Görüş zamanı büdcə prosesinin iştirakçıları üçün vahid informasiya məkanının yaradılması, Respublikamızın Hesablama Palatasında yeni informasiya texnologiyasının tətbiqinə Rusiyalı həmkarlarımızın yardım imkanları barədə geniş fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [17:11]
bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb
- 04.11.2026 [16:54]
® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə
- 04.11.2026 [16:53]