Basketbol tarixində bu gün: Kobi Brayant NBA-da debüt edib
Bakı, 3 noyabr, AZƏRTAC
1996-cı il noyabrın 3-də Milli Basketbol Assosiasiyasının (NBA) əfsanəsi, amerikalı basketbolçu Kobi Brayant NBA-da debüt edib.
AZƏRTAC xəbər verir ki, “Los-Anceles Leykers”in heyətində debüt edən basketbolçunun komandası müntəzəm çempionatın ikinci oyununda “Minnesota Timberwolves” kollektivini 91:85 hesabı ilə məğlub edib.
Həmin vaxt 18 yaşında olan Kobe NBA tarixinin ən gənc oyunçusu kimi meydana çıxıb.
Qeyd edək ki, Kobe Brayant 1996-2016-cı illərdə 20 mövsüm NBA-da çıxış edib və karyerası ərzində yalnız “Los-Anceles Leykers”in formasını geyinib. O, basketbol tarixinin ən görkəmli oyunçularından biri kimi yadda qalıb.
Əfsanəvi basketbolçu 2020-ci il yanvarın 26-da 41 yaşında helikopter qəzası nəticəsində həyatını itirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [18:34]
Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub
- 04.11.2026 [18:13]
Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib
- 04.11.2026 [17:20]
İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib
- 04.11.2026 [15:35]
Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb
- 04.11.2026 [14:31]