Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan Diaspor Gəncləri (ADG) avqustun 12-14-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək Beynəlxalq Gənclər Assambleyasında iştirak etmək hüququ qazanıb. Assambleyada ADG-nin 5 gənc üzvü ölkəmizi təmsil edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, avqustun 12-də – Beynəlxalq Gənclər Günündə başlayacaq Assambleya dünyanın 100-dən çox ölkəsindən 500-dən artıq gənc lideri bir araya gətirəcək.
Tədbirdə iştirakçılar arasında bilik və təcrübə mübadiləsinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində dialoq və tərəfdaşlıqların gücləndirilməsi, həmçinin qlobal çağırışların həllinə yönəlmiş innovativ təşəbbüslərin dəstəklənməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]