SANKT-PETERBURQDA XATİRƏ GECƏSİ
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı fəxri konsolluğu Xocalı faciəsinin on illiyi münasibətilə “Leninqrad gənclər sarayı”nda xatirə gecəsi keçirmişdir.
Xatirə gecəsinə Sankt-Peterburqdakı diplomatik missiyaların, beynəlxalq təşkilatların, şəhər hökumətinin rəhbərləri, Azərbaycan diasporunun, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşdular.
Tədbirə toplaşanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra əsrin faciəsinə həsr olunmuş 40 dəqiqəlik sənədli film göstərildi.
Respublikamızın fəxri konsolu Qüdsi Osmanov xatirə gecəsində çıxış edərək, Xocalı faciəsini XX əsrin ən dəhşətli hadisələrindən biri kimi səciyyələndirdi və dedi ki, dünya birliyinin Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməsinin vaxtı gəlib çatmışdır.
Xatirə gecəsinin iştirakçıları sağ qalmış xocalılıların ATƏT-ə, BMT-yə müraciətinin mətni ilə də tanış edildilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [21:00]
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
- 04.11.2026 [17:23]
Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır
- 04.11.2026 [16:43]
Belçikada işçilərin sayının azalacağı gözlənilir
- 04.11.2026 [15:26]
Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb
- 04.11.2026 [15:20]