PAYIZLIQ SƏPİN BAŞA ÇATIR
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin tabeliyində olan 6 bölgə təcrübə stansiyasında və toxumluq taxıl üzrə 8 dövlət müəssisəsində payızlıq taxıl səpininə dair proqnoz tapşırıqları bu günə olan məlumata görə, 95 faiz yerinə yetirilmişdir.
Aqrar Elm Mərkəzindən AZƏRTAC-ın müxbirinə demişlər ki, bu təsərrüfatların hamısında akademik Cəlal Əliyevin rəhbərliyi altında Elmi Tədqiqat Əkinçilik İnstitutunun təcrübə-sınaq sahələrində yetişdirilmiş yüksək məhsuldarlıqlı “Qiymətli”, “Bərəkətli-95”, “Əkinçi-84” və başqa toxum sortlarına üstünlük verilir. Çünki ötən il həmin buğda sortlarının səpildiyi hər hektardan 50-60 sentner məhsul götürülmüşdür.
Səpin başa çatmış sahələrdə suvarma işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]