MİNGƏÇEVİRDƏ ÜMUMŞƏHƏR MİTİNQİ
Mingəçevirin şəhidlər xiyabanında ucaldılmış “Azərbaycanlıların soyqırmı və deportasiyası” abidə kompleksi qarşısında ümumşəhər mitinqi keçirilmişdir. Mitinqdə icra hakimiyyətinin başçısı Məhəbbət Qarabağlının “Azərbaycanlıların soyqırmı və tarixmizin ibrət dərsləri” mövzusunda məruzəsi dinlənilmiş, sonra Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin rəhbəri şair İsmayıl İmamzadə və Mingəçevir Politexnik İnstitutunun müəllimi, filologiya elmləri namizədi Mayıl İsmayılov çıxış etmişlər.
Natiqlər ötən əsrin əvvəllərindən başlayaraq, erməni millətçilərinin və onların havadarlarının xalqımızın başına gətirdikləri müsibətlərdən söhbət açmış, tariximizin bu faciəli səhifələrinin üzə çıxarılması, dünya ictimaiyyətinə çatdırılması sahəsində Azərbaycan Prezidenti Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışlar.
Şəhər ictimaiyyətinin, əmək kollektivlərinin nümayəndələri hüznlü musiqi sədaları altında abidə önünə əklillər, şəhid məzarları üstünə gül-çiçək dəstələri düzmüşlər.
Sonra Mərziyə Davudova adına Mingəçevir Dram Teatrında İlyas Əfəndiyevin XX əsrin əvvəlində bolşevik-daşnak siyasətçilərinin məkrli planları ilə törədilmiş qanlı faciələri əks etdirən “Sevgililərin cəhənnəmdə vüsalı” pyesinin tamaşası göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [19:39]
Zəfər Günü münasibətilə Cəlilabadda ağaclar əkilib
- 04.11.2026 [18:55]
Şəmkirdə “Zəfər marafonu” keçirilib - qaliblər mükafatlandırılıb
- 04.11.2026 [17:10]
Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır
- 04.11.2026 [16:44]
Xaçmazda ekoloji aksiya: 500-ə yaxın qoz və zeytun tingi əkilib
- 04.11.2026 [16:01]