KÖÇKÜNLƏR ÜÇÜN EVLƏR TİKİLƏCƏK
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, 2001-ci ilin oktyabrından bu beynəlxalq təşkilat Füzuli rayonunun Arxanlı kəndində 140 köçkün ailəsi üçün evlər tikilməsini nəzərdə tutan yeni “Bərpa və vətənə qayıdış” layihəsinin həyata keçirilməsinə başlamışdır. 40 evin tikilməsi üçün sahə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən minalardan təmizlənmişdir. Mart ayında həmin evlərin tikintisinə başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 04.11.2026 [18:38]
“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi”
- 04.11.2026 [16:34]
On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
- 04.11.2026 [16:28]