Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstedadlı baletmeyster: Rəqs mənim həyatımın ritmidir

İstedadlı baletmeyster: Rəqs mənim həyatımın ritmidir

Bakı, 21 fevral, Fidan Əlizadə, AZƏRTAC

Müsahibimiz bir çox beynəlxalq rəqs müsabiqələrinin, festivalların iştirakçısı və laureatı, Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi Aslana Əliyevadır. Aslana üç yaşından peşəkar səviyyədə rəqs etməyə başlayıb. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyir. Aslana Əliyeva burada qruplarla məşğələlərdən əlavə, rəqs kollektivinə də rəhbərlik edir. İstedadlı baletmeyster deyir ki, həyatının ən önəmli hissəsi rəqsdir. Rəqs onun həyatının ritmi, ayrılmaz hissəsidir və nə qədər çətin olsa da, çox şaddır ki, bu yolu seçib.

- Klassik balet üzrə təhsiliniz və bu sahədəki təcrübəniz sizə hansı üstünlükləri qazandırıb?

- Klassik şöbədə oxumağım mənim üçün möhkəm bünövrə oldu. Akademiklik və dəqiqlik rəqsdə çox vacibdir, bunu klassik təhsil sayəsində öyrəndim. Müxtəlif rəqslər qurmağa həmişə marağım olub və düşünürəm ki, klassik sahədə bazam mənə bu sahədə böyük üstünlük verir. İlk müəllimim - Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə mənim perspektivimin açılmasında önəmli rol oynayıb. Ümumiyyətlə, Xalq artistləri Roza Cəlilova, Təranə Muradova, Cəmilə Bayramova, Əməkdar artistlər Eteri Cəfərova, Sənan Hüseynli, Gülməmməd Şahverdiyev kimi böyük sənətkarlar mənə bu sənəti sevdirib və mənim üçün peşəkar məktəb olublar.

- Baletmeyster ixtisasını seçməyinizin xüsusi bir səbəbi varmı?

- Uşaqlıqdan baletmeyster olmağı arzulamışam. Azərbaycan rəqsinin zənginliyi və folklorumuzun gözəlliyi məni daim ruhlandırıb. Milli şöbəyə qəbul olmaq mənim üçün yeni bir təcrübə idi. Həmişə Azərbaycan rəqsinə yeni elementlər əlavə edib onları daha da bəzəmək istəmişəm, amma çərçivədən çıxmamaq şərtilə. Rəqslərimizdə incəlik və zəriflik çox önəmlidir. Bəzən görürəm ki, milli rəqslərimizə başqa millətlərin elementləri əlavə olunur. Amma Azərbaycan rəqsləri elə öz mahiyyətində ən gözəllərdən biridir və mən bu sənəti qorumağa, inkişaf etdirməyə çalışıram. Həmçinin milli geyimlərimiz dəyişdirilir. Bizim irsimiz silinməməli, milli atributlarımız sabit qalmalıdır. Mən çox istərdim ki, libaslarımızda da milli naxışlar əks olunsun.

- Özbəkistanda qazandığınız təcrübə həyatınızda hansı izləri qoyub?

- 2024-cü ildə - ikinci kursda oxuyarkən təhsildə yüksək göstəricilərimə görə akademiyanın rəhbərliyi məni dövlət hesabına bir illik qardaş Özbəkistana göndərdi. Orada məni çox isti qarşıladılar və ən güclü müəllimlərlə işləmək şansı qazandım. Bu, mənim ilk böyük səfərim idi. Ailəm hər zaman məni dəstəkləyib, gələcəyimə işıq olub. Özbək rəqsi Azərbaycan rəqsindən çox fərqlənir, yəni, hər bir əzələ işləyir. Bu, mənim üçün yeni və çətin bir məktəb oldu, amma səbir və əzmlə öyrəndim. Özbəkistan Dövlət “Bahor” rəqs ansamblına Azərbaycan rəqsi üzrə ustad dərsi keçmək də mənə qismət oldu. Həmin müddətdə özbək rəqslərinin 5 məktəbi ilə tanış oldum.

Bir semestr orada oxuyub Vətənə qayıtdım, lakin işimi çox bəyəndikləri üçün və özüm də çox istədiyimə görə ikinci dəfə oraya göndərildim. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baletmeyster-xoreoqraf kimi çalışmağa başladım. Orada “Azərbaycan” adlı uşaq kollektivi ilə işlədim. Bu il yanvarın 31-də Azərbaycan-Özbəkistan dostluğu və Gənclər Gününə həsr olunmuş tədbirdə ilk böyük konsertimi qurdum. Bu, mənim üçün böyük məsuliyyət idi və təkcə xoreoqraf deyil, həm də rejissor kimi böyük təcrübə qazandım. Konsertdə Özbəkistanın dövlət ansamblı “Navbahor” da iştirak etdi və tədbir çox uğurlu keçdi. Konsertin finalını Qara Qarayevin “Yeddi Gözəl” baletinin valsı ilə qurmaq ən böyük arzularımdan idi və onu reallaşdırdım. Səhnədə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev tərəfindən Fəxri fərmanla mükafatlandırılmaq isə unudulmaz an idi. Mənə yaradıcılığımda dəstək olan Bakı Xoreoqrafiya Akademiyasının, Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının və Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliklərinə dərin təşəkkürümü bildirirəm.

- Rəqslə məşğul olmaq nə dərəcədə çətindir və bu sənətin üstünlükləri hansılardır?

- Bu sənət inanılmaz dərəcədə çətindir. Həftənin yeddi günü həm işləyirəm, həm də məşq edirəm. İstirahətə zaman qalmır. Bu sənət insana güclü xarakter və iradə verir. Yorğun olsam da, ağrılarım olsa da, məşqimi yarımçıq qoymuram. Hədəfim varsa, axıra qədər gedirəm, çünki gözəl nəticələr üçün mübarizə aparmaq lazımdır.

- Peşəkar rəqqasə olmaq istəyənlərə nə məsləhət görərdiniz?

- Ən əsası, səbir, məsuliyyət və daim çalışmaqdadır. Dünya rəqslərinin tarixini bilmək çox vacibdir. Fərqli mədəniyyətlərlə maraqlanmaq və öz üzərində daim işləmək lazımdır. Mən də daim yeni şeylər öyrənməyə, müxtəlif ölkələrin mədəniyyətlərini araşdırmağa çalışıram. Bu yaxınlarda 30 ildən sonra ilk dəfə keçirilən “Bakı payızı” layihəsində böyük uğur qazandıq. Peşəkar olmaq üçün insanın istəyi, əzmi və sevgisi çox vacibdir. Arzum Azərbaycan rəqsini dünyada daha geniş tanıtmaq və milli rəqslərimizi həm müasir, həm də ənənəvi formada qoruyub inkişaf etdirməkdir. Rəqs mənim həyatımın mənasıdır və bu sənətdə daha böyük uğurlara imza atmaq istəyirəm. Mədəniyyətimizə dəstək olan insanlarla işləmək və yeni nəslə bu sevgini ötürmək, rəqsin gözəlliyini təbliğ etmək və gələcək nəsillərə ötürə bilmək vacibdir, mənim üçün böyük qürurdur...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Arşın mal alan” komediyası Moskvada nümayiş etdiriləcək

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb YENİLƏNİB

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub

Bu saata olan əsas xəbərlər

Maliyyə Nazirliyi yanında İctimai şura Milli Məclisdə büdcə müzakirələrində iştirak edir

Nazir: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır

Zəfər Günü münasibətilə Cəlilabadda ağaclar əkilib

Dadaş Məmmədov: “Dirçəliş” layihəsi Qələbəni Qarabağdakı quruculuq və dirçəliş vasitəsilə təqdim edir

Emma Edhem: Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib

Baş məşqçi: Dünya çempionatında əvvəlki nəticəmizdən daha yaxşısına ümid edirik

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Türkiyə 2040-cı ildə enerjisinin 70 faizini bərpaolunan mənbələrdən əldə edəcək

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub

“Yaşa, Xəzər!” sərgisində konseptual incəsənət nümunəsi: “Qara kürü” əsəri

Şair Sahib Məmmədov: Poetik görüşlər insanlar arasında mənəvi bağ yaradır

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

® “Bank of Baku” ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak edib

Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub

Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

Siyasi şərhçi: Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir

Bəstəkar: Azərbaycan musiqi əsərlərinin Almaniyada tədris proqramına salınması başlıca hədəfimizdir

® “Azercell“ “30 il səninlə” lotereyası çərçivəsində ilk qaliblərinə 2 “Toyota Corolla Cross” və 14 “iPhone 17 Pro” smartfonu hədiyyə etdi

® “Ziraat Bank Azərbaycan” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib

Azərbaycan və Estoniya rəqəmsal inkişaf və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirir

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə kəndli təsərrüfatına dəstək göstərilib

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm

Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır

AMEA-nın vitse-prezidenti: Reza Deqatinin fotoları illər keçsə də öz əhəmiyyətini itirməyəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib

Heyvandarlıq sahəsində yeni şərtlər - fermerlər nə qədər subsidiya alacaqlar?

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Baş nazir yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Universitetində qazaxıstanlı professor-müəllim heyəti üçün təkmilləşdirmə kursu təşkil olunub

Yağmur Soylu: X nəslinin bəyənməsi dəstək, Z nəslinin reaksiyası isə özünüifadə vasitəsidir – MÜSAHİBƏ

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur

Baş katib: “Bakı Prosesi” Şərqlə Qərb arasında birbaşa ünsiyyət üçün yol açıb

Belçikada işçilərin sayının azalacağı gözlənilir

MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi -  REPORTAJ  VİDEO

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ VİDEO

On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib

Müctəba Xamenei: ABŞ-də seçkilərin nəticələri Vaşinqtonun İran siyasətində dəyişikliyə səbəb olmayacaq

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

® “Carlsberg Azerbaijan” və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

İctimai Şura sədri: Zəfərin təməlində “Dəmir yumruq” ətrafında birləşən xalqımızın həmrəyliyi dayanır

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir

Mehman Nəcəfov: Milli ifaçılıq ənənələri gələcək nəsillərə düzgün çatdırılmalıdır

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

FIFA U-15 dünya çempionatında hakimliyin təşkilinə görə AFFA-ya təşəkkür edib

“Bir cənub şəhərində”

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovadan

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan

Tədqiqat: Dəniz səviyyəsinin qalxması ekosistem xidmətlərini ildə 164 milyard dollardan məhrum edə bilər

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Deputat: Heydər Əliyev azərbaycançılıq məfkurəsini dövlət siyasəti səviyyəsinə yüksəltdi VİDEO

Deputat: Heydər Əliyev azərbaycançılıq məfkurəsini dövlət siyasəti səviyyəsinə yüksəltdi VİDEO

“Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb

Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dünyada əqli sağlamlıq səviyyəsi zəifləyir - 92 ölkədə aparılan sorğunun nəticəsi

Nazir: Dövlət büdcəsinin əsas hədəflərindən biri özəl investisiyaların artırılmasına dəstək verməkdir

K.S.İmanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Riad Qasımov: Əhalinin gündəlik şəhər mərkəzi və geriyə hərəkəti nəqliyyat sisteminə əlavə yük yaradır VİDEO

Riad Qasımov: Əhalinin gündəlik şəhər mərkəzi və geriyə hərəkəti nəqliyyat sisteminə əlavə yük yaradır VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNİB VİDEO

Romanın qonaqları - Bir şəhər, min bir turist... FOTOREPORTAJ

Ramil İskəndərli: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayağıdır

İƏİT-in vergi cinayətləri ilə mübarizə sahəsində təşviq etdiyi vahid yanaşma səmərəli prinsiplərə əsaslanır

Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan dövlət maliyyəsi təsnifatını beynəlxalq GFSM standartına 95 faiz uyğunlaşdırmağı hədəfləyir

Ucarda fermerlərin toxum təminatına dəstək məqsədilə satış məntəqəsi fəaliyyətə başlayıb

Sahil Babayev: Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır

Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 faizdir

Ankarada Azərbaycanın biznes və investisiya mühiti təşviq edilib

Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb

Mehdixan Vəkilov: 148 manatlıq kostyumu "Avara bağı"nda dilənçiyə verən Səməd

Özəl sektorda təqribən 50 minə yaxın əmək müqaviləsi artımı olub

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO

Maliyyə naziri: ARDNF qızılın qiyməti 5000 dolları keçdikdən sonra satışa başlayıb

Avrozonada inflyasiyanın illik səviyyəsi 4 faizə çatıb