İğdırda Zəfər Günü ilə əlaqədar yürüş olub
Ankara, 5 noyabr, AZƏRTAC
Noyabrın 4-də Türkiyənin İğdır şəhərində 8 Noyabr-Zəfər Günü münasibətilə yürüş keçirilib.
AZƏRTAC xəbər verir ki, İğdır Valiliyinin və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun birgə təşəbbüsü ilə təşkil olunan yürüşə minlərlə insan qatılıb.
Heydər Əliyev Parkının qarşısında başlayan yürüş Vali Yolu küçəsinin sonunda başa çatıb.
Təxminən beş kilometr məsafə qət edən iştirakçılar "Bir millət, iki dövlət" şüarı ilə hər iki ölkənin dövlət bayraqlarını dalğalandıraraq sarsılmaz həmrəylik nümayiş etdiriblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara