GÖRKƏMLİ ALİMİN YUBİLEYİ QEYD EDİLMİŞDİR
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında görkəmli alim, pedaqoq Firuz Məlikovun anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilmişdir. Akademiyanın rektoru, MEA-nın həqiqi üzvü Məmmədtağı Cəfərov açaraq alimin qısa, lakin mənalı həyat yolundan danışmışdır. Sonra F.Məlikovun yetirmələri çıxış etmişlər. Natiqlər vurğulamışlar ki, elmi fəaliyyətini əsasən qoyunçuluğun aktual məsələlərinə həsr edən akademik Firuz Məlikov yetişdirdiyi Azərbaycan dağ merinosu qoyun cinsinə körə Dövlət mükafatına layiq görülmüşdür. Respublikamızda yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin hazırlanmasında da onun əvəzsiz xidmətləri olmuşdur. Alim Firuz Məlikov onlarca dərsliyin, yüzlərlə elmi məqalənin müəllifidir.
Yubileyin gecəsində görkəmli alimin oğlu Yaşar Məlikov çıxış edərək, atasının xidmətlərinin yüksək qiymətləndirilməsinə və xatirəsinin əziz tutulmasına görə ailəsi adından minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [18:42]
BDU-da “Zəfər sədaları” adlı konsert proqramı təqdim edilib
- 04.11.2026 [17:31]
Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm
- 04.11.2026 [16:59]
AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO
- 04.11.2026 [16:42]
MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər
- 04.11.2026 [15:49]