GƏNCLƏRİN PROBLEMLƏRİ MÜZAKİRƏ EDİLİR
Yanvarin 31-də “Həyat- Recensi Naxçıvan” mehmanxanasında Gənclər gününə həsr olunmuş “Azərbaycan gəncləri: forumdan foruma” mövzusunda konfrans keçirilmişdir. Gənclər, İdman və Turizm Nazirliyinin təşkil etdiyi konfransda müxtəlif dövlət strukturlarının, gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Nazir Əbülfəz Qarayev konfransın açılışında çıxış edərək, gənclərin 2-ci Forumundan sonrakı dövrdə ölkədə görülən işlərdən və Azərbaycan Prezidenti Heydər Əliyevin “Dövlət gənclər siyasəti haqqında” Fərmanının həyata keçirilməsindən danışmışdır. Təhsil, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi, Daxili İşlər, Müdafiə nazirliklərinin və digər idarələrin nümayəndələri gənclər siyasəti sahəsində görülən əməli işlər barədə məlumat vermişlər.
Konfransda gənclərin üçüncü forumuna hazırlığa dair təkliflər səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 04.11.2026 [18:38]
“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi”
- 04.11.2026 [16:34]
On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
- 04.11.2026 [16:28]