GƏNCLƏR ÖZ PROBLEMLƏRİNİ MÜZAKİRƏ EDİRLƏR
Tbilisidəki “İmeda” mədəniyyət və istirahət mərkəzində Mirzə Fətəli Axundov adına 73 nömrəli orta məktəbin və 64 nömrəli beynəlmiləl məktəbin Azərbaycan bölməsinin şagirdləri ilə keçirilən görüşdə gənclərin qarşılaşdığı problemlərdən ciddi söhbət açılmışdır.
Vurğulanmışdır ki, Eduard Şevardnadze yenidən hakimiyyətə qayıtdıqdan sonra milli mənsubiyyətindən asılı olmaylaraq bütün gənclərin təhsil, mədəniyyət və başqa sahələrdə üzləşdikləri problemlərə lazımi diqqət yetirilir.
Gürcüstandakı Azərbaycanlı Qadınlar İttifaqının sədri Leyla Süleymanova, 73 nömrəli məktəbin direktoru Salman Pirməmmədov, 64 nömrəli beynəlmiləl məktəbin dərs hissə müdiri Gülnaz Ağayeva, müəllim Ceyran Qurbanova və başqaları azərbaycanlı gənclərin qarşılaşdığı problemlərin həllinə daim qayğı göstərdiyinə görə dövlət rəhbəri Eduard Şevardnadzeyə, Gürcüstandakı Azərbaycan məktəblərinin dərsliklərlə və tədris ləvazimatı ilə hər il vaxtında təmin edildiyinə görə Prezident Heydər Əliyevə dərin minnətdarlığını bildirdilər.
Sonda hər iki məktəb şagirdlərinin özfəaliyyət kollektivlərinin konserti oldu və onlar Gürcüstan-Azərbaycan dostluğunu tərənnüm edən maraqlı proqramla çıxış etdilər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [18:38]
“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi”
- 04.11.2026 [16:34]
On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
- 04.11.2026 [16:28]