COVID-19: Fransada son sutkada 586 ölüm faktı qeydə alınıb
Paris, 17 fevral, AZƏRTAC
Fransada son sutkada COVID-19 infeksiyasından 351-i xəstəxanalarda olmaqla 586 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilir ki, ölkədə pandemiya qurbanlarının ümumi sayı 82 812-ə çatıb. Son 24 saatda 19 590 yeni yoluxma qeydə alınıb. Reanimasiya şöbələrində 3 348 koronavirus xəstəsi intensiv müalicə olunur. Xəstəxanalarda ümumilikdə 26 195 koronavirus xəstəsi olduğu bildirilir.
Ötən il dekabrın sonunda başlayan koronavirus əleyhinə peyvənd kampaniyası çərçivəsində 2.4 milyon birinci doza peyvəndləmə, 815 547 min ikinci doza peyvəndləmə aparıldığı qeyd edilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris