“AZƏRREYL” FİNALA ÇIXMIŞDIR
Martın 9-da İdman oyunları sarayında voleybol üzrə Avropa “Top-komanda” kuboku uğrunda yarımfinal görüşləri keçirilmişdir.
Birinci oyunda Yuqoslaviyanın “Yedinstvo” komandası maraqlı və gərgin mübarizədə Avstriyanın “Telekom” komandasına 3:1 hesabı ilə qalib gəlmişdir.
İkinci görüş ölkəmizin voleybol həvəskarları üçün xüsusi maraq doğururdu. Belə ki, Bakının turnirin bütün mərhələlərini uğurla keçən, “Azərreyl” voleybolçuları Polşanın “Bank poctovi” komandası ilə qarşılaşırdı.
Bu gərgin görüş voleybolçu qızlarımızın tam üstünlüyü şəraitində keçmişdir. Komandamız 3:0 /26:24, 25:17, 25:16/ hesabı ilə qələbə qazanaraq finala çıxmışdır.
Minlərlə tamaşaçı güclü rəqibdən açıq-aşkar üstün olan “Azərreyl” voleybolçularının qələbəsini hərarətli alqışlarla qarşıladılar.
Görüşün gedişini izləyən Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev voleybolçularımızı finala çıxmaları münasibətlə təbrik etdi.
Martın 10-da final oyunu keçiriləcəkdir. Həlledici görüşdə “Azərreyl” Yuqoslaviyanın “Yedinstvo” komandası ilə mübarizə aparacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [20:00]
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
- 04.11.2026 [19:57]
Nazir: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır
- 04.11.2026 [18:34]
Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub
- 04.11.2026 [18:13]
Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib
- 04.11.2026 [17:20]
İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib
- 04.11.2026 [15:35]