Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın gənc istedadları
Rauf Məmmədzadə

Bakı, 17 fevral, Anara Axundova, AZƏRTAC

AZƏRTAC Azərbaycanın özlərini beynəlxalq səviyyədə tanıdan gənc istedadları barədə məqalələr silsiləsini davam etdirir.

Həmsöhbətimiz vokalçı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) tələbəsi, beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı Rauf Məmmədzadədir. O, şəhərin ən müxtəlif məkanlarında keçirilən musiqili tədbirlərdə müntəzəm iştirak edir.

Rauf musiqi ilə erkən yaşlarından məşğul olmağa başlayıb, Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı Uşaq musiqi məktəbinin skripka və fortepiano sinfini bitirib. Sonra Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) daxil olub. O, ali məktəbdə təhsil aldığı vaxt artıq müxtəlif tədbirlərdə, dövlət festivallarında çıxış edir, beynəlxalq müsabiqələrə gedirdi. Lakin skripkaçı kimi deyil, vokalçı qismində. Rauf oxumağa 2018-ci ildə - Fidan Hacıyevanın Vokal Musiqi Məktəbində peşəkar məşğul olanda başlayıb.

“Mən Müslüm Maqomayevi dinləyərək oxumağa başladım. O, mənim kumirimdir. Əvvəlcə ona bənzəməyə çalışırdım, sonra anladım ki, özümü tapmalıyam. Xalq artistimiz Fidan xanım Hacıyevanın məktəbində məşğul olmağa başlayandan sonra buna nail oldum. Mənim müxtəlif pedaqoqlarım olub, ancaq birinci müəllimim Fidan xanımdır”, - deyə Rauf söhbətə başlayır.

Rauf universiteti bitirdikdən sonra indi təhsil aldığı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub. Onun müəllimi Azərbaycanın Əməkdar artisti Fərid Əliyevdir. Vokalçının sözlərinə görə, pedaqoq ona hər şeydə kömək edir və dəstəkləyir.

“Qərara gəldim ki, musiqi ilə məşğul olmaq istəyirəm. Mən müxtəlif təşkilatlarda – banklarda, sığorta şirkətlərində işləmişəm. Lakin başa düşdüm ki, bu, mənim işim deyil. Fidan xanımın sayəsində Azərbaycan Daxili Qoşunlarının Orkestrinə solist qismində işə düzəldim. Orada üç il işlədim. Bu illər ərzində, pandemiya başlayana qədər müxtəlif müsabiqələrdə iştirak edirdim”, - deyə Rauf qeyd edir.

Əvvəlcə Rauf Azərbaycanda keçirilən beynəlxalq müsabiqələrdə iştirak edirdi. Lakin sonradan onu xaricə göndərməyə başladılar.

“Mən tez-tez Moskvada olurdum, akademik vokal üzrə müsabiqələrə qatılırdım, ariya ifa edir, yerlər tuturdum. Çıxış etdiyim sonuncu müsabiqə 2019-cu ildə Kalininqrad vilayətində, Svetloqorskda keçirilib. Bu, hərbi mahnılar üzrə beynəlxalq müsabiqə idi, orada Qran-Pri qazanmışdım. Sonra pandemiya başladı. Yalnız indi yenidən müsabiqələrə dəvətlər gəlməyə başlayıb”, - deyə Rauf bölüşür.

Vokalçı Svetloqorskda “Durnalar” və “Buhenvald harayı”nı ifa edib. Məhz bu qələbədən və Fidan Hacıyevanın xeyir-duasından sonra Rauf Azərbaycan Daxili Qoşunlarının Orkestrinə işə qəbul olundu.

Rauf deyir: “Mən hərbi mövzuya xüsusi yanaşıram. Hərbi mahnıları çox sevirəm. Onlarda böyük məna var. Mən onları oxuduqca bu mənanı hiss edirəm”.

Rauf estrada ifasını da bəyənməsindən söhbət açaraq deyir: “Mən estradaya meyilliyəm. Çünki orada insan daha sərbəstdir. Akademik vokal bünövrədir, əgər onu oxumağı bacarsan, o halda estrada da, caz da və s. ifa edə bilərsən”.

Rauf deyir: “Yaxın vaxtlarda mən Fidan xanımın təşkil edəcəyi opera festivalında çıxış edəcəyəm. Bu, Azərbaycanda ilk opera festivalıdır, bizim üçün mühüm hadisədir. Mən “Karmen” operasından toreadorun ariyasını ifa edəcəyəm. Hazırlaşıram”.

İstedadlı gəncin sözlərinə görə, operada ciddi, dramatik rollara üstünlük verir: “Toreador rolundan başqa, mən “Traviata”dan Jermonun obrazını, “Trubadur”dan isə qraf di Lunanın rolunu sevirəm”.

Vokalçı ifa etmək istədiyi opera ariyaları arasında “Sevilya bərbəri”ndən Fiqaronun kavatinasını xüsusi vurğulayır, bu ariya üzərində artıq işə başladığını deyir.

Rauf böyüyən musiqiçilər nəslinə məsləhət vermək müraciətinə karıxaraq cavab verib ki, məsləhət vermək hələ onun üçün tezdir.

“Məsləhəti Fidan xanım, Fərid müəllim... verə bilər. Mən sadəcə onu deyə bilərəm ki, əgər insan oxumaq istəyirsə, o halda öz üzərində çox işləməli və öz işini sevməlidir, pul, qonorar haqqında düşünməməlidir. Sadəcə işləyərək öz hədəfinə doğru getməlidir. Ancaq bu, çox ağır yoldur”, - deyə gənc musiqiçi vurğulayır.

Söhbətimizdə iştirak edən Fidan Hacıyeva Raufun böyük imkanlarına və parlaq gələcəyinə əmindir. Xalq artisti deyir: “O, çox istedadlı gəncdir. İstedadları istiqamətləndirmək, dəstəkləmək, böyük səhnələrə çıxarmaq lazımdır, axı onlar bizim gələcəyimizdir. Onlar çıxış etməli, özlərini göstərməlidirlər. Mən özüm bütün bu mərhələlərdən keçmişəm və məni eşidiblər. İndi isə tələbələrimə kömək edirəm. Cavanlara yol vermək lazımdır”.

Fidan xanım azərbaycanlı ifaçıların artıq özləri barədə dünyaya bəyan etmələrindən söhbət açır. “Bizim çox yaxşı ifaçılarımız var ki, onlar Azərbaycanın hüdudlarından kənarda da tanınıblar: Azər Zadə, Yusif Eyvazov, Dinara Əliyeva, Əziz Əliyev, Əvəz Abdullayev və digərləri”, - deyə Xalq artisti sadalayaraq əlavə edir: “Rauf da onlardan biri olacaq! Lakin o, çox işləməlidir. Allah onun səsini eşidəcək. Əgər Allah istedad veribsə, bu, elə-belə deyil”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Arşın mal alan” komediyası Moskvada nümayiş etdiriləcək

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb YENİLƏNİB

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub

Bu saata olan əsas xəbərlər

Maliyyə Nazirliyi yanında İctimai şura Milli Məclisdə büdcə müzakirələrində iştirak edir

Nazir: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır

Zəfər Günü münasibətilə Cəlilabadda ağaclar əkilib

Dadaş Məmmədov: “Dirçəliş” layihəsi Qələbəni Qarabağdakı quruculuq və dirçəliş vasitəsilə təqdim edir

Emma Edhem: Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib

Baş məşqçi: Dünya çempionatında əvvəlki nəticəmizdən daha yaxşısına ümid edirik

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Türkiyə 2040-cı ildə enerjisinin 70 faizini bərpaolunan mənbələrdən əldə edəcək

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub

“Yaşa, Xəzər!” sərgisində konseptual incəsənət nümunəsi: “Qara kürü” əsəri

Şair Sahib Məmmədov: Poetik görüşlər insanlar arasında mənəvi bağ yaradır

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

® “Bank of Baku” ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak edib

Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub

Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

Siyasi şərhçi: Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir

Bəstəkar: Azərbaycan musiqi əsərlərinin Almaniyada tədris proqramına salınması başlıca hədəfimizdir

® “Azercell“ “30 il səninlə” lotereyası çərçivəsində ilk qaliblərinə 2 “Toyota Corolla Cross” və 14 “iPhone 17 Pro” smartfonu hədiyyə etdi

® “Ziraat Bank Azərbaycan” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib

Azərbaycan və Estoniya rəqəmsal inkişaf və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirir

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə kəndli təsərrüfatına dəstək göstərilib

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm

Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır

AMEA-nın vitse-prezidenti: Reza Deqatinin fotoları illər keçsə də öz əhəmiyyətini itirməyəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib

Heyvandarlıq sahəsində yeni şərtlər - fermerlər nə qədər subsidiya alacaqlar?

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Baş nazir yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Universitetində qazaxıstanlı professor-müəllim heyəti üçün təkmilləşdirmə kursu təşkil olunub

Yağmur Soylu: X nəslinin bəyənməsi dəstək, Z nəslinin reaksiyası isə özünüifadə vasitəsidir – MÜSAHİBƏ

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur

Baş katib: “Bakı Prosesi” Şərqlə Qərb arasında birbaşa ünsiyyət üçün yol açıb

Belçikada işçilərin sayının azalacağı gözlənilir

MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi -  REPORTAJ  VİDEO

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ VİDEO

On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib

Müctəba Xamenei: ABŞ-də seçkilərin nəticələri Vaşinqtonun İran siyasətində dəyişikliyə səbəb olmayacaq

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

® “Carlsberg Azerbaijan” və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

İctimai Şura sədri: Zəfərin təməlində “Dəmir yumruq” ətrafında birləşən xalqımızın həmrəyliyi dayanır

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir

Mehman Nəcəfov: Milli ifaçılıq ənənələri gələcək nəsillərə düzgün çatdırılmalıdır

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

FIFA U-15 dünya çempionatında hakimliyin təşkilinə görə AFFA-ya təşəkkür edib

“Bir cənub şəhərində”

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovadan

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan

Tədqiqat: Dəniz səviyyəsinin qalxması ekosistem xidmətlərini ildə 164 milyard dollardan məhrum edə bilər

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Deputat: Heydər Əliyev azərbaycançılıq məfkurəsini dövlət siyasəti səviyyəsinə yüksəltdi VİDEO

Deputat: Heydər Əliyev azərbaycançılıq məfkurəsini dövlət siyasəti səviyyəsinə yüksəltdi VİDEO

“Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb

Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dünyada əqli sağlamlıq səviyyəsi zəifləyir - 92 ölkədə aparılan sorğunun nəticəsi

Nazir: Dövlət büdcəsinin əsas hədəflərindən biri özəl investisiyaların artırılmasına dəstək verməkdir

K.S.İmanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Riad Qasımov: Əhalinin gündəlik şəhər mərkəzi və geriyə hərəkəti nəqliyyat sisteminə əlavə yük yaradır VİDEO

Riad Qasımov: Əhalinin gündəlik şəhər mərkəzi və geriyə hərəkəti nəqliyyat sisteminə əlavə yük yaradır VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNİB VİDEO

Romanın qonaqları - Bir şəhər, min bir turist... FOTOREPORTAJ

Ramil İskəndərli: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayağıdır

İƏİT-in vergi cinayətləri ilə mübarizə sahəsində təşviq etdiyi vahid yanaşma səmərəli prinsiplərə əsaslanır

Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan dövlət maliyyəsi təsnifatını beynəlxalq GFSM standartına 95 faiz uyğunlaşdırmağı hədəfləyir

Ucarda fermerlərin toxum təminatına dəstək məqsədilə satış məntəqəsi fəaliyyətə başlayıb

Sahil Babayev: Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır

Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 faizdir

Ankarada Azərbaycanın biznes və investisiya mühiti təşviq edilib

Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb

Mehdixan Vəkilov: 148 manatlıq kostyumu "Avara bağı"nda dilənçiyə verən Səməd

Özəl sektorda təqribən 50 minə yaxın əmək müqaviləsi artımı olub

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO

Maliyyə naziri: ARDNF qızılın qiyməti 5000 dolları keçdikdən sonra satışa başlayıb

Avrozonada inflyasiyanın illik səviyyəsi 4 faizə çatıb