Zığ şosesində sürüşmə baş verib
Bakı, 18 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən verilən məlumata görə oktyabrın 18-də Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata əsasən, uçqun zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət edib. Divarın digər hissəsində qabarmalar müşahidə olunur. Piyada səkisində deformasiya və əyilmələr hiss edilir. Proses davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə Badamdar sürüşmə ərazisində isə saat 18:00-a olan monitorinqin nəticəsinə əsasən gərginlik qalmaqdadır. Sürüşmənin sol hissəsində müxtəlif istiqamətli yeni çatlar əmələ gəlib. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evinin uçmuş hasarlarında uçqun və töküntü prosesləri qeydə alınıb, sağ hissənin isə asılı vəziyyətdə qaldığı müşahidə olunub. Sürüşmənin digər hissəsində yerləşən fərdi yaşayış evinin divarlarında quraşdırılmış mayaklarda heç bir dəyişiklik qeydə alınmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.11.2026 [14:35]
COP31-də qurulan Tropikal Kəpənək Bağçası xüsusi diqqət çəkir VİDEO
- 10.11.2026 [12:34]
Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO
- 10.11.2026 [11:18]
COP31-in ikinci günü enerji və infrastruktura həsr olunub
- 09.11.2026 [21:41]
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb
- 09.11.2026 [22:50]
Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib
- 09.11.2026 [22:18]
Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib
- 09.11.2026 [22:13]
Qarsda Zəfər yürüşü təşkil edilib
- 09.11.2026 [22:10]
Azərbaycanın iki cüdo hakimi beynəlxalq “B” kateqoriyası qazanıb
- 09.11.2026 [22:09]
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
- 09.11.2026 [21:41]
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb
- 09.11.2026 [20:21]
Hikmət Babaoğlu: Biz gənc nəsli Zəfər ruhunda yetişdirməliyik
- 09.11.2026 [19:55]
Bayrağımızın ucalığı dövlətimizin qüdrətindən qaynaqlanır - ŞƏRH
- 09.11.2026 [19:43]
İsveçdə yanacağın və ictimai nəqliyyatın qiymətlərinin artacağı gözlənilir
- 09.11.2026 [19:23]
Anar Əsgərov: İşğaldan azad olunmuş ərazilərə yeni gənclik ruhu qayıdıb
- 09.11.2026 [18:41]