Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəruri varisliyin başlanğıc günü

Zəruri varisliyin başlanğıc günü

Bakı, 3 avqust, AZƏRTAC

Müasir Azərbaycan tarixinin taleyüklü hadisələrindən biri 1993-cü ilin 15 iyununda Ümummilli Lider Heydər Əliyevin müstəqillik dövrü təqviminə Milli Qurtuluş Günü adı ilə düşmüş hakimiyyətə qayıdışıdırsa, digəri heç şübhəsiz, 2003-cü il avqustun 4-də Ulu Öndərin ən layiqli varisi İlham Əliyevin Baş nazir vəzifəsinə təyin edilməklə siyasi olimpə gəlişi oldu. Bu iki hadisənin siyasi önəminə görə yanaşı yer alması heç də təsadüfi olmayıb, zəruri varislik tələbatından qaynaqlanıb. Əgər 1993-cü ilin 15 iyunu dünyaşöhrətli siyasi xadim və dövlət xadimi Heydər Əliyevin Azərbaycan Respublikası Ali Məclisinin sədri, az sonra xalqın böyük əksəriyyətinin etimadı ilə Prezident seçilməsi ölkənin qurtuluş tələbatından irəli gəlmişdisə, yeni Lider İlham Əliyevin 2003-cü il avqustun 4-də Baş nazir təyin edilməsi gələcək qüdrətli Azərbaycan dövlətinin təməli oldu. O zaman xalqımızın əzəmətli oğlu Heydər Əliyevin İlham Əliyevə etimadının yeganə doğru addım olduğunu ötən 20 ilin misilsiz nəticələri parlaq şəkildə təsdiq edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat qeyd edib ki, həyat göstərdi ki, Ulu Öndərin siyasi uzaqgörənliyi həmişə olduğu kimi, qibtə ediləcək dərəcədə dəqiq və vaxtında verilmiş qərar imiş. Keçilən yüksəliş yolu, qazanılan möhtəşəm uğurlar sübut etdi ki, bütün həyatını Vətənin tərəqqisinə həsr etmiş Ulu Öndər sonrakı illər üçün də Azərbaycanın taleyini özü qədər inandığı, sonadək etibar etdiyi bir insana həvalə etməklə nə qədər dahiyanə bir qərar vermişdir. Ölməz rəhbər müstəqil Azərbaycanın sonrakı onilliklərdəki inkişaf konsepsiyasını da özünəməxsus bir siyasi məharət və uzaqgörənliklə müəyyən etmişdir. Unudulmaz Heydər Əliyevin düşündüyü xoş gələcəyi bu gün xalqımız yaşamaqdadır.

2003-cü il avqustun 4-də Prezident Heydər Əliyevin təqdimatı ilə hakim Yeni Azərbaycan Partiyası Sədrinin müavini İlham Əliyevin Baş nazir təyin olunmasına hamılıqla razılıq vermiş Milli Məclis, əslində, tezliklə dünyanın siyasi olimpində Azərbaycanın yeni yüksəkliklərə qalxacağına səs vermişdi. Beləliklə, 2003-cü il avqustun 4-də Prezident Heydər Əliyevin Fərmanı ilə Baş nazir təyin olunan və ardınca həmin il oktyabrın 15-də Ulu Öndərin etimad çağırışına cavab olaraq xalqın mütləq səs çoxluğu ilə Prezident seçilən İlham Əliyev modern bir Lider olaraq qısa zamanda ölkənin daxili və xarici siyasətində yeni yüksək hədəflər müəyyən etdi, əksər sahələrdə ciddi irəliləyişə və tarixi yüksəlişə nail oldu.

Ümummilli Liderin ideya və siyasətinin ən sadiq davamçısı Prezident İlham Əliyev doğma Azərbaycanımızı iqtisadi və siyasi baxımdan regionun lider dövləti, dünyanın sivil və tərəqqi edən ölkəsinə çevirməyi bacardı.

Ölkəmiz Prezident İlham Əliyevin Ulu Öndərin arzu və vəsiyyətlərini dönmədən gerçəkləşdirməklə taleyinin ən xoşbəxt dövrünə qədəm qoydu.

Prezident İlham Əliyevin Lideri olduğu Azərbaycan təkcə regionda deyil, dünyada da mükəmməl siyasi kursu ilə vacib tərəfdaşa çevrilə bildi. Ən yüksək beynəlxalq tribunalarda ölkəmizin səsi eşidildi və dövlətimizin başçısı düşmənlərimizə yerini göstərdi. İndi heç kəs Azərbaycanla təhdid dilində danışa, regionda ölkəmizin iştirakı olmadan hər hansı bir layihə həyata keçirə bilməz. Çünki artıq bu coğrafiyada milli maraqlarımızı siyasi xəttinin prioriteti seçən Prezident İlham Əliyevin, güclü Azərbaycan dövlətinin sözü keçir.

Sonrakı mərhələdə dövlətimizin başçısı üçün ölkəmizin adına bütün bu uğurlar kifayət deyildi. Qarşıda daha böyük hədəf - Qarabağın işğaldan azad olunması, Vətənin bütövləşməsi, ümumxalq həsrətinin sona yetməsi yolunda addımlar atılması kimi ali məqsədlər dayanırdı. Bütün fəaliyyəti dövründə humanizm prinsiplərinə sadiq qalan, qan tökülməsinin əleyhinə olan Prezident İlham Əliyev sabitlik adası kimi görmək istədiyi Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində işğalçı Ermənistana davamlı olaraq barış əli uzatdı. Lakin qarşı tərəfin qəbulolunmaz davranışları, təmas xəttində yeni təxribatlara əl atması Vətənin bütövlüyü uğrunda müqəddəs müharibəni qaçılmaz etdi.

Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı kimi Prezident İlham Əliyev Qarabağda azğın düşmənlə, siyasət meydanında isə erməni maraqlarının əsirinə çevrilmiş ikili dünya ilə amansız savaşa çıxdı. Prezident İlham Əliyev Vətən uğrunda bu müqəddəs savaşla Azərbaycan tarixinin ən böyük və ən şərəfli Zəfər epopeyasını yazdı.

2020-ci ilin payızında 44 gün ərzində torpaqlarımız işğaldan azad edildi, düşmən rəzil məğlubiyyətə uğradıldı. Prezident İlham Əliyev Azərbaycana qalib ölkə statusunu qazandıran sərkərdə kimi tarixə silinməz möhürünü vurdu.

Deputat sonda bildirib ki, Azərbaycanın dövlət başçısı Vətənə, xalqa bağlı Lider nümunəsi sərgilədi. Düşmən ölkə ictimaiyyətinin nümayəndələri belə şəxsiyyətinə və xarizmatik keyfiyyətlərinə görə Azərbaycan liderinə həsəd aparırlar.

Bütün bunlar 2003-cü ilin avqust və oktyabrında Ulu Öndər Heydər Əliyevin və onun ömrü boyu sədaqətlə xidmət etdiyi xalqının qərar və seçimdə nə qədər haqlı olduğu qəti olaraq təsdiqini tapdı. Yanılan anti-Azərbaycan qüvvələr və ölkəmizin düşmənləri, qalib Azərbaycan oldu!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qərbi Azərbaycana həsr olunmuş kitabının özbək dilində nəşri təqdim edilib

“Google”, “Meta” və “TikTok” İndoneziyada hökumətin təklif etdiyi yeni müəlliflik hüququ qanununa etiraz edir

44 gündə qazanılan Zəfərin arxasında onilliklərin zəhməti və güclü iradə dayanır - ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb

BŞTİ-nin tabeliyindəki bağçalarda valideyn konfranslarına başlanılıb

Azərbaycan və Böyük Britaniya təqvimlərinin müqayisəli təhlili: Kelt ənənələrindən Novruza qədər

Küveytdə KƏŞ-ə üzv dövlətlərin vahid hərbi komandanlığının qərargahı yaradılacaq

Sadır Japarov namizədliyini dəstəkləmək üçün 60 min seçici imzası toplayıb

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Edinburqdan Oksforda, oradan Sauthemptona: azərbaycanlı gənc tədqiqatçının elm yolu - MÜSAHİBƏ

OPEC qlobal neft tələbatının artımına dair proqnozlarını dəyişməyib

Oktyabrda OPEC-in sutkalıq neft hasilatı 2 milyon barelədək artıb

Saymon Stil: COP31-də genişmiqyaslı tədbirlər barədə razılığa gəlmək imkanımız var

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub

Prezident İlham Əliyevin Xankəndi müraciəti: Zəfərdən yeni strateji hədəflərə - TƏHLİL

Mədəniyyət Nazirliyi qrant müsabiqəsi elan edib

“Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində bir qrup tələbə təltif edilib

Professor: Sahibkarlar dövlət dəstəyinin müqabilində ölkənin iqtisadi və intellektual inkişafına töhfə verməlidirlər

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 VİDEO

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

Bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik?

“Azparking” adından istifadə edilməklə vətəndaşlara qarşı fişinq hücumları həyata keçirilir

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

Moskvada “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub

Azərbaycan və Qana kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdən keçirib

Müəllim: Kamançanın tədrisində milli ifaçılıq ənənələri qorunmalıdır

Fondu zərərdə olsa da “Arini”nin qurucusu Londonda 40 milyon funt sterlinqə malikanə almağa razılaşıb

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Rumıniya nəqliyyatçıları Azərbaycan üzərindən keçən Orta Dəhlizin genişləndirilməsində yeni imkanlar görürlər

Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb

Qida təhlükəsizliyi sahəsində məsafədən təlimlərə start verilib

Azərbaycan Honkonqun nüfuzlu universitetləri ilə akademik əlaqələri gücləndirir

AzMİ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin layihəsində iştirak imkanı əldə edib

Ekspert: ABŞ-dəki aralıq seçkilərdən sonra Tramp-Kim sammitinin baştutma ehtimalı artır

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi üzrə razılıq əldə edilib

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb

İngiltərə Bankının keçmiş baş iqtisadçısı: Britaniya iqtisadiyyatı ciddi böhranla üzləşə bilər

Milli Kitabxanada “Xalq şairi Balaş Azəroğlu – 105” adlı ənənəvi kitab sərgisi açılıb

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

AYNA 35 avtobus marşrutu üzrə müsabiqə elan edib

Azərbaycan Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forumda təmsil olunub

Neft bazarında qeyri-müəyyənlik davam edir

Milli Kibertəhlükəsizlik Agentliyi: Dövlət Yol Polisinin adından fişinq hücumları müşahidə olunur

Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanda kiberhücum indikatorlarının sayı 3 dəfə artıb

Lüksemburq: LuxAz assosiasiyası “La Fête de bienvenue” tədbirində Azərbaycan mədəniyyətini təqdim edib

Azərbaycan 30-cu Ümumdünya İnvestisiya Konfransında təmsil olunub

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

Böyük Britaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərilib

® “Birbank Taksit” kartı ilə noyabr alış-verişlərinə əlavə 5 faiz bonus

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

Konqo müstəmləkəçilik dövründə Belçikaya aparılan insan qalıqlarının qaytarılmasını tələb edir

Bakıda Frankofon Filmlər Festivalı təşkil olunacaq

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır

“Ağırlıq qüvvəsi haqqında şagirdlərin hansı yanlış təsəvvürləri var?” - metodik vəsait

Gələcəkdə maliyyə qurumlarının təhlükəsizlik sistemlərində süni intellektin rolu daha da artacaq – ŞƏRH

Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı: alimlərin yeni tədqiqatları

Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb

Qızılın qiyməti kritik həddə yaxın səviyyədədir

ADPU-da Konstitusiya Günü qeyd olunub

Səməd Vurğunun son sevincinə çevrilən “Aygün”

BMT-nin komitəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib

İspaniyada ümumi tətil səbəbindən 200-dən çox aviareys ləğv edilib

Avropanın gələcəyi faciəlidir

Türkiyə Prezidenti iqlim sammitlərinin təşkilində təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkür edib

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib

İran zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasına icazə verməyəcək

Astarada baş verən yol qəzasında 16 nəfər xəsarət alıb YENİLƏNİB VİDEO

Astarada baş verən yol qəzasında 16 nəfər xəsarət alıb YENİLƏNİB VİDEO

Mərkəzi Bankın nümayəndələri Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcəklər

Prezident İlham Əliyevin Xankəndidəki müraciəti dərin tarixi və siyasi məna daşıyır - ŞƏRH

İsraildə zəlzələ hava limanının fəaliyyətini dayandırıb

“Müharibə və insan” adlı silsilə film nümayişləri yekunlaşıb

Azərbaycan “Xəzərdən Çinə: Sivilizasiyalararası qarşılıqlı öyrənmə” mövzusunda beynəlxalq konfransda təmsil olunub

Birləşmiş Ştatlarda benzinin qiyməti iyuldan bəri ilk dəfə 4 dollardan aşağı düşüb

BMT-nin Baş katibi: İqlim ədaləti qarşıdakı onilliyin əsas vəzifəsidir

ABŞ-də xam neft hasilatı gələn il rekord həddə çatacaq

Romada bomba xəbərdarlığına görə bir neçə məktəb təxliyə edilib

Avstriya Aİ-ni qanunsuz miqrasiyaya qarşı daha sərt tədbirlər görməyə çağırıb

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu ardıcıl dördüncü aydır artırır

Tayland sahillərində neft tankerinin batması nəticəsində 6 ekipaj üzvü itkin düşüb

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Fermer və təsərrüfatlara 1,9 milyon manatadək aqrar sığorta ödənişi edilib

Əvəz Quliyev: Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqamətlərindən biri sahibkarlıq mühitinin dəstəklənməsidir

BDYPİ: Mikroavtobusun texniki nasazlığı qəzaya səbəb olub

Hər baxışda bir ümid - COP31-dən rəngli FOTOLAR

Bu il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Ali təhsildə süni intellekt: UNEC beynəlxalq konfransa ev sahibliyi edəcək

Maliyyə naziri: Azərbaycan həm vergi, həm gömrük güzəştləri təqdim edir

Səadət Şıxıyeva: Qənbəroğlunun ədəbi mirası xüsusi tədqiqə layiqdir

“Bayraktar Teknoloji” Azərbaycan 2027-ci il üzrə təcrübə proqramına qəbul elan edib

Nazir: Dövlət büdcəsi növbəti il prioritetlərinə uyğunlaşdırılıb

Qeyri-iş günlərində avtovağzallar 93 minə yaxın sərnişinə xidmət göstərib

Qulu Ağsəs: “Saat 6-nı gözləyirəm” müharibənin və Zəfərin kitabıdır