Zelenski ABŞ-də səfərdədir
Kiyev, 28 iyul, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Zelenski Teleqram səhifəsində məlumat verib.
"Artıq ABŞ-dəyəm. Səfər çərçivəsində Prezident Tramp, onun komandası və müdafiəmizi dəstəkləyə biləcək şəxslərlə görüşlər olacaq. Bir nömrəli prioritet antiballistik və Amerika ilə strateji əməkdaşlıqdır", - deyə Zelenski bildirib.
Ukrayna Prezidenti, həmçinin senator Linds Qreminin dəfn mərasimində də iştirak edəcək.
Emil Hüseynli
AZƏRTAC-IN xüsusi müxbiri
Kiyev