Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfərə aparan yol

Zəfərə aparan yol

Bakı, 4 noyabr, AZƏRTAC

Tariximizin ən möhtəşəm hadisələrindən biri olan Qarabağ Zəfərinin 5-ci ildönümü tamam olur. Beş il əvvəl Azərbaycan Respublikası Prezidentinin qətiyyəti, ordumuzun şücaəti və xalqımızın bir yumruq kimi birləşməsi uzun illər erməni işğalı altında qalmış torpaqlarımızın azad olunmasına gətirdi. Suverenliyimiz bütün ərazilərimizdə bərpa olundu. Biz bu Zəfəri 44 günlük savaşda əldə etdik, lakin Zəfərə gedən yol kifayət qədər uzun oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı

Bəxtiyar Paşayevin və bu fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini

Məhəmməd Məhərrəmovun “Zəfərə aparan yol” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Dünyada ağalıq iddiasından əl çəkmək istəməyən qüvvələr tərəfindən qızışdırılan mənfur qonşularımızın nankorcasına torpaqlarımıza göz dikməsi, həmin güclərin hərtərəfli dəstəyi ilə təzəcə müstəqillik qazanmış Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal etməsi ilə nəticələnmişdi. Dünyanın amansız siyasətini anlamayanlar tərəfindən romantik xəyallarla ölkədə hakimiyyət davasının aparılması çox ağır siyasi şərait yaratmışdı - ölkəmiz parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir zamanda Azərbaycan xalqının təkidli çağırışlarına cavab olaraq Ulu Öndər Heydər Əliyev ölkəni bu ağır vəziyyətdən çıxarmaq missiyasını öz üzərinə götürdü. Bu gün 5 illiyini qeyd etdiyimiz böyük Zəfərə doğru yol başladı. Bu yolu getmək asan olmadı, qarşımıza çox maneələr qoyuldu. Bu Zəfərə çatmaq üçün nəhəng işlər görüldü.

Birincisi, yüksək döyüş hazırlığına və döyüş qabiliyyətinə malik, hər hansı bir siyasi təsirdən uzaq olan peşəkar nizami ordu yaradıldı;

İkincisi, dünyada baş verən hər cür iqtisadi təlatümlərə davamlı, istənilən böhran vəziyyətində ölkənin bütün ehtiyaclarını tam təmin edə bilən iqtisadiyyat formalaşdırıldı;

Üçüncüsü, Azərbaycanın beynəlxalq imicinin artırılması üçün düşünülmüş, ardıcıl və məqsədyönlü xarici siyasət aparıldı. Azərbaycanın süni yaradılmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqsızlığa məruz qalan tərəf olması, Ermənistanın işğalçı olması dünya dövlətlərinin diqqətinə çatdırıldı və haqlı mövqeyimiz bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qəbul edildi. Bu iş asan olmadı, çünki uzun illər boyu ermənilər və onların havadarları tərəfindən aparılan informasiya təbliğatı insanlarda ermənilərin təcavüzə, haqsızlığa məruz qalması kimi təsəvvürlər formalaşdırmışdı. Məhz əsası Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu xarici siyasət nəticəsində bu tilsim qırıldı – artıq dünyada əksəriyyət ermənilərin danışdıqlarının onların xəstə təxəyyülünün məhsulu olduğunu qəbul etməyə, erməni yalanlarına inanmamağa başladı;

Dördüncüsü, yenə də əsası Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası ətrafında ölkədə və xaricdə yaşayan azərbaycanlıların milli həmrəyliyi yaradıldı. Bəlkə də tariximiz bütün soydaşlarımızın bir yumruq kimi belə birliyini görməmişdi. Dünyanın hər yerində bütün azərbaycanlıların ürəyi vətənimizlə döyünür, hər gün insanlar Prezident İlham Əliyevin verəcəyi müjdəli xəbərləri səbirsizliklə gözləyirdi.

Əlbəttə, yuxarıda sadalananlara əlavə olaraq Zəfərə gedən yolda ölkədaxili siyasi sabitliyin yaradılmasını, ictimai və dövlət təhlükəsizliyini ən yüksək səviyyədə təmin olunmasını, bütün dövlət institutlarının bir amal uğrunda çalışmasını da qeyd etməliyik. Daxili siyasi sabitliyi olmayan ölkələrin böyük məqsədlərə çatması mümkün deyil. Bütün bu işlərin başında əvvəlcə Ulu Öndər Heydər Əliyev, sonra isə onun siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev durdu. Belə böyük, möhtəşəm Zəfər ancaq ağıllı və müdrik siyasətçinin, sərkərdənin rəhbərliyi altında qazanıla bilərdi ki, bu da baş verdi.

Beşinci ildönümünü qeyd etdiyimiz bu böyük Zəfər öz tarixi əhəmiyyətinə görə bütün türk tarixində xüsusi yer tutur. Bu, təkcə bizim torpaqlarımızın azad edilməsi ilə məhdudlanmır. Bu Zəfərin mənəvi, maddi-iqtisadi, mədəni, siyasi əhəmiyyətlərini saymaqla bitməz. Zəfərimizin mənəvi əhəmiyyəti ən başlıca olaraq ondadır ki, artıq biz bir azərbaycanlı kimi dünyanın hər bir yerində başımızı dik tutaraq gəzə bilirik. Otuz il çiynimizdə daşıdığımız ağır yük - namus ləkəsi üstümüzdən qaldırılıb. Həsrətini çəkdiyimiz müqəddəs torpaqlarımız əsirlikdən azad olunub.

Eyni zamanda, bu Zəfər, istər ölkə daxilində, istər xaricdə yaşayan hər bir azərbaycanlıda Qələbəyə layiq olmaq istəyi, məsuliyyəti yaratdı. Zəfərə layiq olma məsuliyyəti – bu çox böyük mənəvi hissdir. Artıq hər kəs “mən nə edə bilərəm, hansı töhfəni verə bilərəm” deyə özünə sual verir, daha çox məsuliyyətli olmağa çalışır, hər kəs özünü böyük Zəfərimiz, şəhidlərimiz qarşısında borclu hesab edir, məsuliyyətli hesab edir. Təbii ki, hər kəs öz öhdəliklərinə məsuliyyətlə yanaşsa, şəhidlərimiz kimi can-dildən vətənimiz naminə şəxsi maraqlarını qurban verərək vətənimizin maraqlarını üstün tutsa, bu həmin məsuliyyətin dərk edilməsi deməkdir. Tələbə öyrənməli, özü də bugünkü dünyanın reallıqlarına cavab verən müasir bilikli mütəxəssis kimi yetişmək üçün yorulmadan öyrənməlidir, müəllim isə həmin biliklərin mənimsənilməsi üçün öz üzərində çalışaraq ən innovativ öyrətmə metodlarına yiyələnməlidir. Bu, bütün peşə sahiblərinə də aiddir. O zaman biz Zəfərimiz qarşısında, şəhidlərimiz qarşısında borcumuzu yerinə yetirmiş sayıla bilərik.

Bizim böyük Zəfərimiz son illər müxtəlif sahələrdə əldə edilən uğurların ilham mənbəyi oldu. İstər elmdə olsun, istər idmanda, sənətdə, həyatımızın bütün sahələrində qazanılan uğurlarda böyük Zəfərimizin əks-sədası var. Bu, Zəfərimizin insanlarımıza bəxş etdiyi ruh yüksəkliyinin təzahürüdür.

Qazandığımız bu böyük Zəfər dünyadakı proseslərə də təsirini göstərib. Mübaliğəsiz deyə bilərik ki, türk dövlətləri birliyinin formalaşması prosesi məhz böyük Zəfərimizdən sonra sürətlənib. Bu Zəfər bütün dünya türkləri üçün bir ilham mənbəyinə, cəsarət mənbəyinə çevrildi, tarixini unutmuş, haradasa başqalaşmış insanları ayıltdı, öz tarixi mənliyinə qaytardı və artıq kiçik uşaqlardan tutmuş yaşlılara kimi hər kəs “Mən türkəm” deyə hayqırmağa başladı. Bu Zəfər bizi bizə qaytardı.

Zəfərimizin maddi-iqtisadi əhəmiyyətindən danışarkən 30 illik işğalın ağır nəticəsi olan dağıdılmış şəhər və kəndlərimizin sürətlə bərpasını və Azərbaycan iqtisadiyyatına inteqrasiyasını deyə bilərik. Bəli, erməni vəhşiliyinin bariz nümayişi olan viran qoyulmuş yurdlarımız daha müasir və gözəl şəkildə bərpa olunur, bir çoxu yenidən qurulur. Doğma yurdlarından didərgin düşmüş soydaşlarımız öz evlərinə qayıdır və böyük həvəslə Qarabağın dirçəldilməsində iştirak edirlər. Hər bərpa olunan şəhər, qəsəbə, kənd böyük Zəfərimizin təntənəsini göstərir. Azad olunan torpaqlarımız zülmətdən çıxmış kimi çiçəklənməyə başlayıb. Otuz ildir Azərbaycan iqtisadiyyatından qopardılmış bərəkətli Qarabağ torpaqları bu gün ölkə iqtisadiyyatına önəmli töhfələr verməkdədir, kənd təsərrüfatı dirçəldilir, sənaye müəssisələri salınır. Musiqi mədəniyyətimizin beşiyi olan Şuşamız azaddır. Sanki musiqimiz də nisgilli idi. İndi Bayatı-Şirazımız, Qarabağ şikəstəmiz, bütün muğamlarımız daha gur və əzəmətli səslənir. Musiqimiz də sevinməyə başlayıb. Mədəniyyət abidələrimiz, məscidlərimiz öz əzəmətli görkəmlərinə qayıdır.

Qazandığımız Zəfərin siyasi əhəmiyyəti haqda istənilən qədər danışmaq olar. Ən böyük siyasi əhəmiyyəti odur ki, bu gün Azərbaycan dövləti bir mötəbərlik simvoludur. Bu gün Azərbaycan dünya dövlətləri arasında öz sözünü deyə bilən, sayılan bir dövlətdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bütün mötəbər beynəlxalq tədbirlərin ən arzuolunan iştirakçısıdır, dünya siyasətçilərinin sayğı ilə görüşdüyü dövlət başçısı, dünya mətbuat orqanlarının həvəslə müsahibə aldığı həmsöhbətdir. Bu gün Azərbaycan qarşısına şərtlər qoyulan deyil, özü şərtləri müəyyən edən dövlətdir. Böyük Zəfərimizin sayəsində. Bu Zəfər bizə böyük ümidlər verdi, böyük arzular meydana çıxdı. Tarix boyu yad dövlətlər tərəfindən parçalanaraq bizdən qoparılan torpaqlarımız, başımıza gətirilən müsibətlər xatırlandı, zatən heç vaxt unutmadıq ki. İndi bu Zəfər bizi daha böyük yollara, daha böyük amal uğrunda yaşamağa və çalışmağa səslədi.

Bu gün Azərbaycanı dünya okeanında inamla irəliləyən bir gəmiyə bənzədə bilərik. Bu okeanda daim baş verən fırtınalara baxmayaraq bəzən yavaş, bəzən də sürətlə gedirik. Qarşımıza çıxarılan maneələri dəf edərək, yolumuza döşənmiş “dənizaltı” minaları aşkarlayıb zərərsizləşdirərək yalnız irəli gedirik. 44 günlük savaşda qazandığımız və hazırda 5 illiyini qeyd etdiyimiz böyük Zəfərin bizə verdiyi ilhamla, inşallah, ölkəmiz, xalqımızın ürəyində saxladığı arzularına çatdıracaq bu yolu uğurla gedəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Praqada azərbaycanlı musiqiçilərin iştirakı ilə “Rammstein Symphonic Experience” konserti

ABŞ-də zavodda kimyəvi sızma olub: 11 nəfər xəstəxanaya yerləşdirilib

Üçrəngli bayrağımız azad torpaqlarda milli qürurumuzun və birliyimizin rəmzi kimi dalğalanır – ŞƏRH

Rubio: Rusiyanın razılığı olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verilə bilməz

Şimali Koreya ən son torpedo silahını sınaqdan çıxarıb

ABŞ Senatı Trampın 161 namizədini hələ də təsdiqləməyib

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

FT: Netanyahu Trampdan İrana qarşı hərbi əməliyyatları bərpa etməsini istəyir

Pentaqon rəhbəri mümkün impiçmentdən narahat olmadığını bildirib

Zelenski: Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır

Tramp: Əbu-Dabi danışıqlarında irəliləyiş mümkündür

Rubio: Ukraynada sülh Moskva və Kiyev arasında razılaşmadan asılıdır

“Forbes”: “Nvidia” rəhbəri bir gündə 7,4 milyard dollar itirib

Rubio: ABŞ ideyalar irəli sürür, amma Ukrayna məsələsində uğura zəmanət verə bilməz

ABŞ və İran uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması barədə razılığa gələ bilərlər

Aİ Ukraynadakı hərbi missiyasının mandatını 2028-ci ilədək uzadıb

Cüdoçularımız Yaponiyada beynəlxalq təlimlərə qatılıblar

Şuşada bayram konserti və atəşfəşanlıq olub

COP31-in ilk günündə qida təhlükəsizliyi, kənd təsərrüfatı və iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə olunub

İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb

Üçrəngli bayrağımız milli kimliyimizin, dövlətçilik tariximizin və milli birliyimizin rəmzidir

Bolnisidə Zəfər Günü və Azərbaycan Bayrağı Gününə həsr olunmuş tədbir təşkil edilib

Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib

Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib

Qarsda Zəfər yürüşü təşkil edilib

Azərbaycanın iki cüdo hakimi beynəlxalq “B” kateqoriyası qazanıb

Dövlət Bayrağı Günü tarixi yaddaş, milli suverenlik və dövlətçilik ideologiyasının təntənəsidir

Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Hikmət Babaoğlu: Biz gənc nəsli Zəfər ruhunda yetişdirməliyik

Bayrağımızın ucalığı dövlətimizin qüdrətindən qaynaqlanır - ŞƏRH

Nadir Azəri: Azərbaycan bayrağı xalqımızın azadlıq mübarizəsinin, tarixi yaddaşının, milli kimliyinin və gələcəyə olan inamının ifadəsidir

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib VİDEO

İsveçdə yanacağın və ictimai nəqliyyatın qiymətlərinin artacağı gözlənilir

Ülviyyə Axundova: Qələbənin mahiyyətinin və dəyərinin gənclərə aşılanması mühüm vəzifələrdəndir

Folklor İnstitutunun direktoru: Xankəndidən xalqa ünvanlanan təbrik Zəfər tariximizin siyasi, mənəvi və ideoloji məzmununu bir daha nümayiş etdirir

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib

“Azərsun Holdinq” COP31-də: Dayanıqlı gələcək naminə milli dəyərlərimizi dünyaya təqdim edirik

Anar Əsgərov: İşğaldan azad olunmuş ərazilərə yeni gənclik ruhu qayıdıb

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Eka Tkeşelaşvili: Azərbaycanın iqlim sahəsində təcrübəsi bir çox ölkədə maraq doğurur

2026-cı il tarixdə ən isti dörd ildən biri olacaq

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib

“İMZA” İctimai Birliyi tərəfindən Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

Vyanada Zəfər Günü qeyd olunub

Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası

Zəfər qürurunu əks etdirən konsert

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”

Üçrəngli bayrağımız – milli dövlətçilik tariximizin və müstəqillik idealımızın təcəssümü

Türk ekspert: Azərbaycan Qələbəni sülhə, sülhü isə inkişafa çevirən ölkə nümunəsi kimi beynəlxalq nüfuzunu artırır

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Müstəqilliyimizin və milli qürurumuzun əbədi rəmzi – FOTO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Oman Sultanlığında Zəfər Günü qeyd edilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Deputat: Azərbaycanın dövlətçilik tarixində Dövlət Bayrağının xüsusi yeri var

Xankəndidə səslənən tarixi mesajlar gələcək inkişafın və sülhün aydın strategiyasıdır - ŞƏRH

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Tbilisidə Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri müzakirə edilib

Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Bu gün Dövlət Bayrağımızın ölkəmizin bütün ərazisində dalğalanması tarixi mübarizənin və dövlətçilik iradəsinin nəticəsidir – ŞƏRH

Zəfər Qurbanov: Üçrəngli bayrağımız milli qürurumuzun və dövlət müstəqilliyimizin rəmzidir

Bayrağımız qürurumuzdur, müstəqilliyimizin və birliyimizin rəmzidir

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat

Dohada Zəfər Günü qeyd olunub

Üçrəngli bayrağımız milli birliyimizin, dövlətçilik iradəmizin və qürurumuzun ifadəsidir - ŞƏRH

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

Dünya bazarında neftin qiyməti ABŞ-İran danışıqlarının nəticəsindən asılı olacaq – TƏHLİL

Zəfər Günü Tallində qeyd olunub

Fransada siyasi qüvvələr arasında gərginlik - Emmanuel Makronun təşəbbüsü etirazla qarşılanıb

Gənclər Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş süni intellektəsaslı təqdimat hazırlanıb

Dövlət Bayrağımız Azərbaycanın milli qürurunun və müstəqillik iradəsinin rəmzidir - ŞƏRH

Azərbaycançılıq məfkurəsi və gələcəyə baxış - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir

Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

Mərdəkan şosesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Politoloq: İndi bayrağımıza fəxrlə baxa bilirik

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

Brüsseldə Zəfərdən danışılıb

Alişer Salomov: Ekologiya sərhəd tanımır, dövlətlərin birgə addımlarına ehtiyac var

Əməkdar artist: Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir

Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci olub

Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir – ŞƏRH

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək