Zaqatalada ikiotaqlı ev yanıb
Zaqatala, 18 oktyabr, AZƏRTAC
Yanğın hadisəsi axşam saatlarında rayonun Aşağı Tala kəndində baş verib.
FHN -in Zaqatala Dövlət Yanğından Mühafizə hissəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, kənd sakini Abdulla Əzizova məxsus ümumi sahəsi 90 kvadratmetr olan ikiotaqlı birmərtəbəli fərdi yaşayış evi yanıb.
Hadisə yerinə rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğınsöndürənlərin səyinə baxmayaraq evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [20:47]
Qazaxda V İdman Festivalına start verilib
- 17.11.2026 [20:32]
Göyçayda aqrar təsərrüfatlara növbəti baxış keçirilib
- 17.11.2026 [18:32]
Şəki Tibb Kollecində Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib
- 17.11.2026 [17:56]