Yevlaxda 3 minə yaxın ailəyə bayram sovqatı çatdırılıb
Yevlax, 27 may, AZƏRTAC
Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə Yevlaxda da qurbanlıqlar kəsilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi ayrılmış kəsim məntəqəsində gigiyenik qaydalara və dini ənənələrə əməl edilməklə kəsilən qurbanlıq heyvanların əti şəhid ailələri, imtiyazlı və aztəminatlı şəxslər olmaqla, ümumilikdə 3 minə yaxın ailəyə çatdırılıb.
Rayondakı məscidlərdə xalqımızın xoş rifahı və ölkəmizin tərəqqisi naminə dualar edilib, İslam dininin, müqəddəs “Qurani-Kərim”in tövsiyə etdiyi mənəvi dəyərlərə riayət etməyin vacibliyi xatırlanıb.
Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Müxbir – Tahir Ağaməmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [21:35]
Lənkəranda 64 yaşlı kişinin meyiti tapılıb
- 04.11.2026 [19:39]
Cəlilabadda ağacəkmə aksiyası
- 04.11.2026 [18:55]
Şəmkirdə “Zəfər marafonu” keçirilib - qaliblər mükafatlandırılıb
- 04.11.2026 [17:10]
Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır
- 04.11.2026 [16:44]
Xaçmazda ekoloji aksiya: 500-ə yaxın qoz və zeytun tingi əkilib
- 04.11.2026 [16:01]
“Bir cənub şəhərində”
Bu saata olan əsas xəbərlər
- [20:00]
Cəlilabadda ağacəkmə aksiyası
- [19:39]
“Bir cənub şəhərində”
- [16:01]