Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yarımçıq qalan arzular... - Vətən Müharibəsi Qəhrəmanının ömür yolu VİDEO

Ağstafa, 21 oktyabr, AZƏRTAC

Ağstafanın Böyük Kəsik kəndində məktəbin qapısı üzərində bir ad yazılıb: Azər Yusifli. Bu məktəbin şagirdi olmuş Azər altı il əvvəl Zəngilan istiqamətində gedən döyüşdə şəhidlik zirvəsinə yüksəlib. Bu gün onun şəhadətinin ildönümüdür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azər 1994-cü il martın 28-də Böyük Kəsikdə müəllim ailəsində doğulub. Evdə tez-tez Vətəndən, torpaqdan, Qarabağdan danışılardı və o, bu söhbətləri uşaq yaşlarından diqqətlə dinləyirdi. Hərb sənətinə maraq da elə o vaxtlardan yaranıb.

Məktəbi bitirəndən sonra Dövlət Sərhəd Xidmətinin Akademiyasına daxil olmaq istəyib, amma ilk cəhd alınmayıb. Bu, onu yolundan döndərməyib. Hərbi xidmətini başa vurub, gizir təhsili alıb və Sərhəd Qoşunlarında xidmətə başlayıb.

“Azər torpaqlarımızın işğalda qalması ilə barışmırdı”

2020-ci il sentyabrın 27-də 44 günlük Vətən müharibəsi başlayanda Azər də döyüşlərə qatılıb, amma ailəsinə bu barədə məlumat verməyib. Dəfələrlə zəng edəndə “təlimdəyəm” deyib.

Atası Nazim Yusifov o günləri belə xatırlayır: “Azər torpaqlarımızın işğalda qalması ilə barışmırdı. Döyüş yolu Füzuli istiqamətindən başladı, Cəbrayıl və Zəngilanın yaşayış məntəqələrindən keçdi. Silahdaşları ilə birlikdə kəndlərimizin azad olunması üçün vuruşdu. Yolboyu 26 mövqedə Azərbaycan bayrağını dalğalandırdı”.

Azərin əsas döyüş yolu Cəbrayılın kəndlərindən keçib. Ağır döyüşlərdən sonra Xudafərinə, oradan Zəngilan istiqamətinə irəliləyiblər.

Oktyabrın 14-də Azər atasına zəng edib. Səsi sakit olub: “Ağır əməliyyata gedirik, geri qayıtmamaq da var...”.

“Bu, Azərin bizimlə son halallaşması oldu”, - deyir Nazim kişi.

“Yaralı halda hospitaldan qaçıb döyüşə qayıtmışdı”

Silahdaşları Azəri iradəli, cəsarətli, çətin anlarda düzgün qərar verən hərbçi kimi xatırlayırlar. Onun rəhbərlik etdiyi qrup bir sıra mürəkkəb tapşırığı yerinə yetirib. O, silahdaşlarını mühasirədən çıxarıb, düşmənin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib.

Yaralananda da dayanmayıb. Sinif yoldaşı və dostu Samir Osmanov danışır ki, Azər hospitaldan çıxıb yenidən cəbhəyə qayıdıb.

“Mən də müharibədə idim. Azər gecələr mənə zəng edirdi, telefonla danışırdıq. Bir dəfə “Haradasan” - deyə soruşdum, deyirdi aşağı düşmüşəm, istirahətdəyəm. Sonra bildim ki, yaralanıb, hospitaldadır. Yaralı halda hospitaldan qaçıb döyüşə qayıtmışdı”.

Dostlar bir-birinə həm dəstək olur, həm də ehtiyatlı olmağı tapşırırdılar. Sonra Samir Azərin şəhid olduğunu eşidib.

“Həyatımda eşitdiyim ən ağır xəbər idi. O hissi dillə deyə bilmərəm. Bilənlər bilir ki, Azərlə necə qardaş idik. Həmin vaxt Azər Zəngilan istiqamətində idi, biz isə artıq Cəbrayılda”.

Təxirə salınan toy

Azərin şəxsi planları da vardı. Uzun illər sevdiyi qızla nişanlı idi, toy 2020-ci ilin oktyabrına planlaşdırılmışdı. Sadə bir arzusu vardı: xidmətdən ailəsinin yanına qayıtmaq, sevdiyi insanla həyatını qurmaq. Lakin Azər cəbhəyə getdi, planlar isə “müharibədən sonra”ya qaldı... Oktyabrın 21-də Zəngilan istiqamətindəki döyüşlər onun son döyüşü oldu.

Oktyabr ayında toy üçün hazırlanan ev bu dəfə başqa mərasimə, vida mərasiminə hazırlaşdı. Azər isə nişanlısına verdiyi sözü tuta bilmədi, amma uğrunda döyüşdüyü torpaqlar azad olundu.

Ömrü 26 il çəksə də, adı əbədi qaldı

Ailəni ziyarətə gələn döyüş yoldaşları, məktəb dostları və komandirlər, ilk növbədə, Azərin səmimiyyətindən, cəsarətindən, heç bir tapşırıqdan çəkinməməsindən danışırlar. Çətin vəzifə qarşıya çıxanda irəli atılar, məsuliyyəti öz üzərinə götürərdi.

Azərin “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunması atası üçün həm böyük qürur, həm də fəxarət mənbəyidir.

Böyük Kəsikdə Azəri tanıyanlar onu hələ də mehriban sinif yoldaşı, sadiq dost, qayğıkeş övlad kimi xatırlayırlar. Eyni sinifdə oxuyan dostları indi onun xatirəsini yaşadırlar. Məktəbin onun adını daşıması da bu ehtiramın ifadəsidir.

Azər Yusiflinin ömrü 26 il çəkdi. Ancaq bu ömür Vətənə sədaqətin, iradənin və fədakarlığın nümunəsinə çevrildi. O, ailəsinin qurulmasını arzuladığı xoşbəxt gələcəyə çata bilmədi, lakin uğrunda canından keçdiyi torpaqların azadlığı naminə tarixə öz adını yazdı. Bu gün onun şəhadətə ucalmasının ildönümündə xatirəsi ehtiramla yad edilir. Azər kimi qəhrəmanların fədakarlığı xalqımızın yaddaşında yaşayır, onların Vətən naminə göstərdiyi şücaət gələcək nəsillərə örnək olur.

Müxbir - Ruslan Novruzoğlu

 

Yarımçıq qalan arzular... - Vətən Müharibəsi Qəhrəmanının ömür yolu VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Hörmüz boğazı yaxınlığında dəniz minalarına düşən dörd tanker zədələnib

Şimali Koreya ABŞ-nin hazırkı siyasəti fonunda Vaşinqtonla dialoqda maraqlı deyil

Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Böyük Britaniya qida keyfiyyəti standartlarını Aİ ilə uyğunlaşdıracaq

Fransa daxili işlər naziri iğtişaşları hökumətin uğursuzluğu adlandırıb

CNN: Tramp ABŞ-də aralıq seçkilərin nəticələrini Ağ Evdən izləyəcək

Çempionlar Liqasının IV turunun ilk günündə 9 qarşılaşma olub

“Bavariya” Çempionlar Liqasında “Atletiko Madrid”ə qalib gəlib

İspaniyanın nəqliyyat naziri qatar qəzasından sonra istefa verdiyini açıqlayıb

PSJ Çempionlar Liqasında 17 dəqiqəyə dörd qol vuraraq rekord müəyyənləşdirib

NYT: ABŞ və Venesuela hərbi razılaşma üzrə danışıqlar aparır

Oman sahillərində tankerə hücum edilib

Baş məşqçi: “Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm

Media: İsrail Trampın 4 milyard dollarlıq maliyyə yardımının dayandırılması ilə bağlı açıqlamasına təəccüblənib

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

Fransada zərgərlik fabrikindən 50 kiloqramadək qızıl oğurlanıb

Yəmən hökuməti SEPAH-ı husilərə hərbi dəstəyi artırmaqda ittiham edib

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar

“Turan” klubu CEV Çempionlar Liqasında qələbə qazanıb

Ankarada Azərbaycanın Zəfər Günü qeyd olunub

Ayxan Mehdizadə: XIX əsrdə Bakı, Gəncə, Şuşa və Dərbənd silah istehsalının mühüm mərkəzləri olub

Leo Qabriadze: Teatrımızın tamaşasını Azərbaycan auditoriyasına təqdim etməkdən məmnunuq

Samuxda yeniyetmə və gənclər şanlı Zəfər dastanını qəhrəmanların dilindən dinləyiblər

“Xilasedici” komandası CEV Çempionlar Liqasında ilk oyununa çıxıb

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH  VİDEO

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH VİDEO

Şərur rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Avropada bomba hədələri ilə əlaqədar yeddi təyyarədə axtarış aparılıb

Qazaxda Vətən müharibəsi iştirakçıları gənclərlə görüşüblər

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub

Bu saata olan əsas xəbərlər

Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır

Suha Çubukçuoğlu: Avropanın rəqabət qabiliyyətliliyi müdafiə potensialı kimi ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır - ŞƏRH

Günay Əfəndiyeva: Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın əmanəti kimi qoruyub saxlamalıyıq

Süni intellekt jurnalistin faktları yoxlamaq və redaksiya məsuliyyətini daşımaq funksiyasını əvəz etməməlidir – RƏY

Kansler: Ukraynadakı müharibənin nəticəsi uzun illər Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Avropada siyasi elitalara inamın azalması Avropa İttifaqının birliyini təhdid edir - ŞƏRH

Professor: Fransa ilə Almaniyada etirazlar sosial-iqtisadi çağırışların və ictimai etimad məsələlərinin aktuallığını göstərir

Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib

Futzal liqalarında transfer pəncərələrinin tarixləri müəyyənləşib

Turizm eksperti: Qış turizminin inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır

Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib

Aktrisa Yevgeniya Dodina: BIAF-da çox şən ab-hava hökm sürür

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub

Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?

SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

® Kino biletləri də “ABB mobile” tətbiqində

Siyasi şərhçi: Avropada artan sosial narazılıq hökumətlərin böhranı idarə etmək qabiliyyətini sınağa çəkir

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın aparıcı ali təhsil müəssisələrində olub

Direktor: Xətai Tibb Mərkəzinə gündə 380-400 nəfər müraciət edir

Rza Əliyev: Azərbaycanın təşəbbüsləri mədəni yaxınlığı konkret əməkdaşlığa çevirir

Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər

Fransanın 2027-ci il büdcəsi ilə bağlı suallar yaranıb

® “Expressbank” Bərdədə 300 ağac əkib

Rəhman Quliyev: Qarşıdan gələn qış mövsümü Azərbaycan turizmi üçün kifayət qədər perspektivli olacaq

Baş katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb, 50-yə yaxın insan itkin düşüb

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

Fransada kütləvi etirazlar Makron hakimiyyətinin idarəçilik böhranının göstəricisidir - ŞƏRH

Məlahət İbrahimqızı: Ulu Öndərin zəngin siyasi irsi Türk dünyasının tarixində mühüm yer tutur

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiya üzvlərinin diqqətinə çatdırılıb

Daşkənddə Qazaxıstan futbolçularının kütləvi zəhərlənməsi ilə bağlı cinayət işi açılıb

Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub

Aşıq Ədalət Dəlidağlı: Gənclər aşıq sənətini yaşatmalı, ənənələrimizi gələcək nəsillərə ötürməlidirlər

AHİK-in nümayəndə heyəti Türkmənistanda həmkarlar ittifaqları ilə əlaqələrin inkişafını müzakirə edib

Azərbaycanda əczaçılıq sektorunun inkişafı: sənaye potensialı, investisiyalar və yeni iqtisadi imkanlar

Vışeqrad dördlüyü prezidentlərinin sammiti: Əsas mövzu Ukraynaya dəstək və Aİ-nin genişlənməsidir

Budapeştdə İkinci Dünya müharibəsi dövrünə aid 240-dan çox partlayıcı aşkarlanıb

Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu

Media: Türkiyədə ikinci Atom Elektrik Stansiyasının tikintisi 30 milyard dollara başa gələcək

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

“Aramco”nun xalis mənfəəti 2,6 milyard dollar artıb

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib

Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan FOTOREPORTAJ

Qəlbindəki nur ilə seçilən azərbaycanlı

“Liverpul”un futbolçusu “Fənərbağça” ilə oyunu buraxacaq

Sosial həssas qrupdan olan daha 20 tələbə aylıq 200 manat təqaüd alacaq

® “Bir” və “CineMastercard”dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə “Birbank”da

Rusiya Ukraynanın 9 vilayətində enerji infrastrukturuna zərbələr endirib

Fransalı nazir: Aksiyalarda gözyaşardıcı qazdan və qumbaralardan istifadə dayandırılmayacaq

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

Qazi Bəbir Qasımov: Vətən müharibəsində tarixi ədalət öz yerini tapdı

Ursula Fon der Lyayen: Hörmüz böhranı Avropa üçün 127 milyard avro əlavə xərc yaradıb

“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib

® “Bank of Baku”nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində

İspaniyada futbolçunun vəfatı ilə əlaqədar bir neçə oyun təxirə salınıb

İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Azərbaycan Dəmir Yolları” yükdaşıma infrastrukturunun inkişafı və rəqəmsallaşma planlarını açıqlayıb

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı