YAPONİYADA ZƏLZƏLƏ
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, sentyabrın 1-də Yaponiyanın ən böyük Honsü adasının Sakit okean sahilindəki Fukusima prefekturasında Rixter cədvəli ilə 5,8 bal gücündə zəlzələ olmuşdur. Dağıntılar və ölənlər barədə hələlik heç bir məlumat verilmir. Yerli hakimiyyət orqanları xəbər verirlər ki, sunami təhlükəsi də yoxdur. Yeraltı təkanlar böyük bir ərazidə, o cümlədən Tokioda hiss olunmuşdur. Zəlzələnin mərkəzi dənizin sahilə yaxın hissəsində, 10 kilometr dərinlikdə yerləşmişdir.
Fukusimada baş vermiş zəlzələ bu təbii fəlakətin öyrənilməsi ilə əlaqədar keçirilən təlimlərlə eyni vaxta təsadüf etmişdir. Təlimlərdə ölkənin baş naziri Dzünitiro Koidzumi başda olmaqla, bir milyona yaxın adam iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [18:31]
TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar
- 12.11.2026 [16:43]
YAP Veteranlar Şurasının VIII Qurultaydan sonrakı ilk iclası olub
- 12.11.2026 [15:28]
Rumen Radev: Azərbaycanla əməkdaşlıqdan məmnunuq VİDEO
- 12.11.2026 [15:23]
“Tarixi Zəfər, sülhə sədaqət”: Zəfər Günü Nyu-Cersidə qeyd edilib
- 12.11.2026 [14:57]